Rusiyalı nazir Azərbaycan idmançılarına öz peyvəndlərini təklif etdi
Rusiya İdman Nazirliyi MDB ölkələrinin milli komandalarında çıxış edən idmançıların yerli "Sputnik" peyvəndi ilə aşılanma variantını nəzərdən keçirməyə hazırdır.
regionxeberlericom.az "sport24.ru"ya istinadən xəbər verir ki, bu barədə idman naziri Oleq Matıtsin sözügedən ölkələrin Rusiyadakı səfirləri ilə görüşü zamanı deyib.
Nazir bildirib ki, bu, Tokio Yay Olimpiya Oyunlarının təhlükəsiz keçirilməsinə doğru addımdır: "Pandemiya, koronavirusun milli sərhədləri olmadığını açıq şəkildə nümayiş etdirdi. Hamı üçün bu çətin dövrdə idmanın birləşdirici rolu xüsusi əhəmiyyət kəsb edir. Hamımız böyük idman ailəsinin bir hissəsiyik. Buna görə də, prioritet olaraq, MDB-yə üzv ölkələrin milli komandalarının idmançılarının Rusiya peyvəndi ilə aşılanması imkanlarını nəzərdən keçirməyə hazırıq".
Qeyd edək ki, hələlik Azərbaycan idmançıları peyvənd olunmayıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:27-02-2021, 16:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-02-2021, 16:25
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti