"Səhhəti pisdir, nə Mədəniyyət Nazirliyi maraqlanır, nə də..." - "Bu cür sənətkar əldən gedir, heç kim axtarmır..."
Tanınmış teatr rejissoru, Azərbaycanın xalq artisti, professor Ağakişi Kazımovun səhhətindəki son vəziyyəti öyrənmək üçün xalq artistinin evinə zəng etdim. Doğrusu, çox üzücü xəbər aldım. Xalq artisti ilə heç kim maraqlanmır, hətta səhhətinin daha pisləşdiyini öyrəndim.
Ağakişi müəllimin həyat yoldaşı, əməkdar artist Mehriban Abdullayeva Moderator.az -ın əməkdaşına xalq artistinin səhhətindən danışıb:
"Ağakişi Kazımovun səhhətində heç bir irəliləyiş yoxdur. Səhhəti çox pisdi. Nə Mədəniyyət Nazirliyi, nə TV-lər, ümumiyyətlə heç kəs maraqlanmır. Ağakişi Kazımovun Azərbaycan teatrında özünəməxsus yeri var. Şəxsən mənə çox maraqlı gəlir, mədəniyyətimizdə bu qədər xidmətləri olan 85 yaşlı sənətkar niyə yada düşmür, niyə heç kəs maraqlanmır? Səhhəti ilə bağlı bir dəfə birinci vitse-prezident Mehriban Əliyevaya məktub yazmışdım, o zaman müəyyən müddət Mərkəzi Klinik Xəstəxanasında kömək olundu. Daha sonra isə kömək dayandı. Ağakişi müəllimin səhhəti bir dəfə də pisləşdiyi vaxtda Mehriban xanıma bir neçə dəfə məktub yazsam da cavab gəlmədi. Bu cür sənətkar əldən gedir, heç kim axtarmır. Bu il 85 yaşı oldu amma bircə quru təbrik Teatr Xadimləri İttifaqından gəldi. Başqa heç nə".
Qeyd edək ki, Xalq artisti Ağakişi Kazımov 2019-cu ilin 19 dekabrında insult keçirmişdi. İnsult diaqnozu ilə bir müddət Mərkəzi Klinik Xəstəxanasında müalicə alırdı. Daha sonra 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında reanimasiyada müalicə aldıqdan sonra bir daha Mərkəzi Klinika Xəstəxanada müalicə olundu. Daha sonra uzun müddətdir ev şəraitində müalicə alır.
Paylaş:
Müəllif : Yazar
Tarix:1-02-2021, 09:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:1-02-2021, 09:12
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01