"Səbail" klubu hakim idarəçiliyindən narazıdır
"Səbail" komandası futbol üzrə Azərbaycan Premyer Liqasındakı ilk iki tur qarşılaşmalarında hakim idarəçiliyindən narazı qalıb.
Bu barədə "Report"a paytaxt təmsilçisinin baş məşqçisi Aftandil Hacıyev açıqlama verib. 39 yaşlı mütəxəssis "Neftçi" və "Zirə"yə 1:2 hesabı ilə uduzduqları görüşlərdə ədalət təmsilçilərinin yanlış qərarlar qəbul etdiklərini bildirib.
Gənc baş məşqçi bu matçlarda penalti qərarlarının düzgün olmadığını vurğulayıb: "Neftçi" ilə görüşdə top açıq-aşkar Mamadu Mbocun əlinə dəyib. Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Ştuxlik də bunu etiraf edib. Penaltimiz verilmədi və bir xalımız orada itdi. "Zirə" ilə qarşılaşmada isə bir neçə epizod var, amma qazandığımız və yerinə yetirə bilmədiyimiz ilk penalti epizodunda qırmızı vərəqə verilməli idi. Amma bütün bunlara baxmayaraq, həm "Zirə", həm də "Neftçi" layiqli qələbə qazandı. Sadəcə, "Səbail"ə qarşı bir az diqqətsizlik var. Futbolçuların əziyyətini yerə vurmamaq üçün hakimlərimizdən xahişimiz odur ki, bir qədər diqqətli olsunlar".
Qeyd edək ki, "Neftçi" - "Səbail" matçını Rauf Cabbarov, "Səbail" - "Zirə" oyununu isə Vüqar Həsənli idarə edib. Aftandil Hacıyevin baş məşqçi olduğu kollektiv yeganə xalsız komanda kimi sonuncu pillədədir.
Paylaş:
Müəllif : Yazar
Tarix:14-09-2020, 16:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:14-09-2020, 16:11
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti