Daha bir güləşçimiz erməniyə qalib gəldi
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir.
regionxeberlericom.az-un ONA-a istinadən məlumatına görə, beşinci yarış günündə yunan-Roma güləşi üzrə yarışa start verilib.
Dünya və Avropa çempionu Eldəniz Əzizli (55 kq) ilk görüşündə serbiyalı Sebastyan Kolomparı cəmi 1 dəqiqə 54 saniyəyə məğlub edib. O, 1/4 finalda Nuqzari Tsurtsumiaya da vaxtından əvvəl – ilk hissədə qalib gəlib və yarımfinala yüksəlib.
63 kq çəki dərəcəsində çıxış edən Taleh Məmmədov təsnifat mərhələsində Donior İslamovdan (Moldova) güclü olub. Pəhləvanımız ikinci döyüşündə Mixay Mihutu sınağa çəkib. Gərgin keçən döyüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb. O, yarımfinalda Stiv Berqe (İsveç) ilə münasibətinə aydınlıq gətirəcək.
Güləşçilərimizdən Elvin Mürsəliyev (77 kq) startda Roland Şvartsa (Almaniya) 0:6 hesabı ilə uduzub.
İslam Abbasov (87 kq) da ilk qarşılaşmasında Almaniya təmsilçisi ilə güləşib. Təmsilçimiz çətinliklə də olsa, Denis Kudlanı məğlub edib. Yığma üzvü 1/8 finalda rusiyalı Olimpiya çempionu David Çakvetadze ilə qüvvəsini sınayıb. Həmyerlimiz bu deuldən də qalib ayrılıb. Abbasov 1/4 finalda ermənistanlı Maksim Manukyanla mübarizə aparıb. Güləşçimiz Avropa və dünya çempionu ilə görüşdə rəqibinə heç bir şans verməyib. Manukyanı 6:1 hesabı ilə məğlub edən İslam yarımfinala yüksələn üçüncü güləşçimiz olub.
Millimizin ən ağır çəkili güləşçisi Sabah Şəriəti (130 kq) təsnifat mərhələsində çexiyalı Stepan David üzərində inamlı qələbə qazanıb. O, 1/8 finalda Rza Kayaalpla (Türkiyə) üz-üzə gəlib və xalçadan rəqib üstün ayrılıb.
Qeyd edək ki, Avropa çempionatında sərbəst güləşçilərin yarışında Hacı Əliyev (65 kq), Cəbrayıl Həsənov (79 kq), Şərif Şərifov (92 kq) qızıl, Ağahüseyn Mustafayev (70 kq) gümüş, Mahir Əmiraslanov (57 kq) və Nurməhəmməd Hacıyev (97 kq) bürünc medal qazanıb. Həmçinin qadınların yarışında Elmira Qəmbərova (59 kq) üçüncü yeri tutub.
Paylaş:
Müəllif : Yazar
Tarix:12-04-2019, 16:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:12-04-2019, 16:42
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01