Mingəçevirdəki ənənəvi Prezident Kuboku ilk dəfə ləğv olundu
Akademik avarçəkmə, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə beynəlxalq Prezident Kuboku reqatası son 13 ildə ilk dəfə ləğv olunub.
Bu barədə “Report”a Azərbaycan Milli Avarçəkmə Federasiyasının baş katibi Leylа Əliyeva məlumat verib.
O, Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində aprelin əvvəlinə planlaşdırılan yarışın koronavirusa görə baş tutmadığını bildirib: “Koronavirusla bağlı bütün yarışlar ləğv olundu. Reqatada iştirak üçün bizə Gürcüstandan və Rusiyadan müraciət olmuşdu. Amma məlum səbəblərdən heç biri alınmadı, biz də yarışı ləğv etdik”.
Bazanın idman direktoru Rəhman Hacıyev isə "Report"a açıqlamasında "Kür" Olimpiya Tədris-İdman Mərkəzinin bir aydır bağlı olduğunu bildirib: “Bu ilin əvvəlində bazada təlim-məşq toplanışı keçən komandalar var idi. Almaniya klubu, Rusiya və Gürcüstan yığmaları burada idi. Rusiyanın 70-dək avarçəkəni martın 6-dək toplanışda oldular. Hazırda idman obyekti koronavirusa görə bağlıdır. Bu səbəbdən, Prezident Kuboku olmayacaq".
R.Hacıyev artıq bütün avarçəkənlərin bazanı tərk etdiklərini bildirib: "Rusiya yığması hazırlıq prosesinin martın 6-da bitməsi səbəbindən Mingəçeviri tərk edib. Onlar hələ ötən ilin noyabrında Mingəçevirdə hazırlığa başladıqları vaxt bilirdik ki, müddət 2020-ci ilin martında bitir. Almaniya klubu martın 9-da yenidən gəlməyi planlaşdırırdı, baş tutmadı. Gürcüstan millisi martın 11-də ölkəsinə getdikdən sonra yenidən qayıtmaq istədi, alınmadı. Hamının toplanışının vaxtı bitib və gediblər. ”.
Qeyd edək ki, Prezident Kuboku 2008-ci ildən keçirilirdi.
Paylaş:
Müəllif : Yazar
Tarix:9-04-2020, 15:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:9-04-2020, 15:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11