“Onlar əllərindən gələni etdilər…” – Yurçeviç getmə səbəblərindən danışdı
Futbol üzrə Azərbaycan millisinin son baş məşqçisi Nikola Yurçeviçin Yenisabah.az-a müsahibəsi:
- Azərbaycan millisinin Millətlər Liqasındakı rəqiblərindən yəqin ki, xəbərdarsınız. Komandamızın qrupdakı şanslarını necə dəyərləndirirsiniz?
- Düşünürəm ki, püşk Azərbaycan üçün çox yaxşı oldu. Qrupda favorit millilərdən heç biri yoxdur. Azərbaycan millisinin bu qrupda uğurlu ola bilər. Uğurlu olması üçün böyük şansları var.
- AFFA-nın baş katibi və icraçı vitse-prezidenti Elxan Məmmədov bildirib ki, miliyə gətiriləcək baş məşqçi əcnəbi olacaq. Siz də əcnəbi idiniz. Yenidən əcnəbi gətiriləcəkdisə, sizcə niyə göndərildiniz?
- Mənim üçün çətin sualdır. Bilirəm çox güclü qrupda 1 xal qazana bildik. Amma biz bəzi matçlarda çox yaxşı çıxış etdik. Çoxlu gənc futbolçulara şanslar verildi. Onlar da gələcəkləri üçün yaxşı performans göstərməyə çalışdılar. Mən Azərbaycan futbolçuları ilə işləməkdən zövq aldım və Azərbaycan millisinin baş məşqçisi olmaq mənim üçün böyük qürur idi. Bakıdakı vaxtlarım mən və mənim ailəm üçün həqiqətən çox yaxşı zamanlar oldu. Mən peşəkar futbol mütəxəssisiyəm və AFFA-nın qərarını qəbul etməliyəm. Hər kəsə gələcəkdə ən yaxşını arzulayıram.
- Milliyə yerli mütəxəssisin gətirilməsi çox müzakirə edilir. Komandamızda çalışmış biri kimi necə düşünürsünüz, millimizdə əcnəbi, ya yerli mütəxəssis fayda verə bilər?
- Bu sualı cavablandıra bilməyəcəyəm.
- Komandamızda antirekorda imza atdınız və çox tənqid edildiniz. Sizcə, günah sizdə idi, ya futbolçularda?
- İnsanlar reallığı başa düşməlidir. Digər komandaların Avropa klublarında mübarizə aparan futbolçuları var. Azərbaycanlı futbolçuların isə əksəriyyəti yerli çempionatda çıxış edir. Bu da böyük bir fərq yaradır. Mən heç vaxt futbolçularımı günahlandırmayacağam. Onlar əllərindən gələni etdilər. Amma yenə deyirəm, Millətlər Liqasında Azərbaycanın daha yaxşı nəticələr əldə etmək üçün şansları daha çoxdur.
- Millimizdə başqa problemlər nədən ibarət idi?
- Düşünürəm ki, Azərbaycanın xaricdə oynayan daha çox futbolçuya ehtiyacı var. Liqada mübarizə aparan 8 klubun heyətindən beynəlxalq səviyyəyə cavab verən futbolçular tapmaq kifayət qədər çətindir. Azərbaycanın yaxşı futbolçuları var, amma bir az daha yaxşılarına ehtiyacı olduğu aşkardır.
- Sizin millidə baş məşqçi olduğunuz zamanda komandamızın üzvləri Ramil Şeydayev və Emil Balayev də xarici klublarda çıxış edirdi. Hazırda hər iki futbolçu yenidən Azərbaycan klubları ilə müqavilə imzalayıb.
- Ramil və Emil çox yaxşı futbolçulardır. Onlar öz bacarıqları ilə Azərbaycan millisi üçün çox vacib oyunçular sayılır. Düşünürəm ki, onların daha çox oynamağa və ciddi məşqlərə ehtiyacı var. Çünki belədə həm klub, həm də milli üçün daha yaxşı olacaq. Əlbəttə, futbolçular üçün xaricdə oynamaq daha yaxşıdır, çünki daha yaxşı liqalar performansın artmasına təkan verir. Amma bu mümkün deyilsə, Azərbaycan klublarında çıxış etmək də yaxşı qərardır. Əgər oyunçular hər hansı bir klubda oynamaqla milli komanda üçün də yaxşı formada bir futbolçuya çevriləcəksə, sözsüz yerli klublarda oynamaq da əlverişlidir.
- "Sabah" klubunun baş məşqçisi Jeliko Sopiç Azərbaycana gələndə sizdən hər hansı məsləhət almışdımı? Və ya futbolçular haqqında danışmısınınızmı?
- Yox. Biz ümumi futboldan danışdıq. Düşünürəm o çox yaxşı məşqçidir və "Sabah" onunla uğurlu olacaq.
-Özünüz hansısa komandadan təklif almısınız?
- Bəzi klublardan təklif var var, amma görək necə olacaq.
Paylaş:
Müəllif : Redaktor
Tarix:7-03-2020, 08:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:7-03-2020, 08:41
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01