Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku başlayır
Bu gün Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokuna start veriləcək.
"Report"un məlumatına görə, iki gün davam edəcək yarış Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.
Yarışın ilk günündə təsnifat, ikinci günü isə final mərhələləri keçiriləcək. Dünya Kubokunda Azərbaycanı Selcan Mahsudova batut, Fərid Mustafayev isə tamblinq növündə təmsil edəcək.
Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.
Proqrama əsasən, bu gün saat 10:00-da tamblinq üzrə kişilərin, saat 10:50-də qadınların təsnifat yarışları başlanacaq. Saat 11:40-da isə batutçu kişi və qadınlar fərdi təsnifat yarışı start götürəcək. Saat 18:30-dan etibarən batutçu kişi və qadın sinxron cütlükləri arasında təsnifat mübarizəsi gerçəkləşəcək.
Fevralın 16-sı saat 12:00-da batutçu qadınlar, saat 12:30-da kişilərin fərdi mübarizəsində finallar, saat 13:00-da mükafatlandırma və "AGF Trophy"nin təqdimetmə mərasimi olacaq. Saat 13:15-də tamblinq növündə kişilər, saat 13:45-də qadınların yarışı başlanacaq və 14:15-də mükafatlandırma mərasimi və "AGF Trophy"nin təqdimetmə mərasimi start götürəcək.
Batutçu kişi və qadın sinxron cütlüklərin final çıxışlarına saat 14:30-dan etibarən başlanılacaq. Dünya Kubokuna saat 15:00-da mükafatlandırma mərasimi ilə yekun vurulacaq.
Qeyd edək ki, Dünya Kubokunda 30 ölkənin 150-dək gimnastı mübarizə aparacaq. Biletləri Arenanın kassasından, həmçinin onlayn https://ticketing.mga.az/ əldə etmək mümkündür. Təsnifat günü üçün biletlərin qiyməti 10 manat, final gününə 15 manat təşkil edir. Ötən il Bakıda baş tutmuş batut gimnastikası üzrə Dünya Kuboku da olimpiadaya təsnifat xarakterli olub. 2021-ci ildə isə Azərbaycanda ilk dəfə batut gimnastikası üzrə dünya çempionatı təşkil ediləcək.
Paylaş:
Müəllif : Yazar
Tarix:15-02-2020, 09:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:15-02-2020, 09:33
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01