2 taekvondoçumuz Moskva Qran-Prisində medal qazandı
Moskvada keçirilən Qran-Pri turnirinin final mərhələsində iştirak edən Azərbaycanın üç taekvondoçusundan ikisi medal qazanıb.
Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, 80 kiloqram çəki dərəcəsində mübarizə aparan Milad Beigi Hərçəqani braziliyalı Migel Martinsa və özbəkistanlı Nikita Rafaloviça qalib gələrək finala vəsiqə qazanıb. O, həlledici döyüşdə Rusiya təmsilçisi Maksim Kramtçova uduzaraq turniri gümüş medalla başa vurub.
Radik İsayev (80 kq yuxarı) isə bürünc medalla kifayətlənib. Digər idmançımız Cavad Ağayev (68 kq) ilk döyüşündə britaniyalı Bredli Sindenə məğlub olaraq yarışı erkən tərk edib.
Xatırladaq ki, 42 ölkədən 128 taekvondoçunun qatıldığı yarışda fəxri kürsünün ilk pilləsində yer alan idmançı aktivinə 80 xal yazdırır. İkinci yeri tutan 48, üçüncü yerə sahib olan idmançı isə hesabına 28,8 reytinq xalı əlavə edir.
Paylaş:
Müəllif : Redaktor
Tarix:8-12-2019, 12:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:8-12-2019, 12:50
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11