Abramoviç “Çelsi”ni satmaqdan imtina etdi
Rusiyalı biznesmen Roman Abramoviç İngiltərənin “Çelsi” futbol klubunu satmaqda maraqlı deyil. Bu barədə Britaniyanın “The Telegraph” nəşri yazıb.
Mənbənin məlumatına görə, Abramoviçin indiki qərarına “Çelsi”nin baş məşqçisi Frenk Lempardın işi təsir edib. Belə ki, Lempardın başçılığı altında klub İngiltərə Çempionatının turnir cədvəlində 12 matçda 26 xal toplayaraq, üçüncü yeri tutur. Bu göstərici ilə klub lider olan “Liverpul”dan 8 xal geri qalır.
Xatırladaq ki, daha əvvəl Abramoviçin bu ilin may ayında investisiya vizası ilə bağlı yaşadığı problemlər səbəbindən “Çelsi”ni satacağı barədə xəbərlər yayılmışdı.
Qeyd edək ki, Abramoviç “Çelsi”ni 2003-cü ildə sahibkar Ken Beytsdən 140 milyon funt sterlinqə alıb. Bundan sonra “Çelsi”nin tarixində ən uğurlu dövr başlayıb. Abramoviçin rəhbərliyi altında “Çelsi” beş dəfə İngiltərə çempionu, iki dəfə İngiltərə Superkubokunun və Çempionlar Liqasının qalibi olub. Klub, həmçinin beş dəfə İngiltərə Kubokuna və üç dəfə İngiltərə Liqasının Kubokuna sahib olub.
Paylaş:
Müəllif : Redaktor
Tarix:23-11-2019, 10:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:23-11-2019, 10:49
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01