Rəşad Sadıqov futbol karyerasını bitirir? - GÖZLƏNİLMƏZ AÇIQLAMA
“Qarabağ” futbol klubunun dünənki oyunu azarkeşlərin istədiyi kimi keçmədi. Bunu sosial şəbəkələrdə oyun haqqında edilən paylaşımlardan görmək mümkündür. Şəbəkə istifadəçilərinın əksəriyyəti Ağdam təmsilçisinin “APOEL”i məğlub etməsini gözləsələr də, oyun 2:2 hesabı ilə yekunlaşdı. Maraqlıdır ki, əsasən də “Facebook” şəbəkəsində futbol azarkeşləri klubun yarımmüdafiəçisi Rəşad Sadıqovun futboldan getməsini tələb ediblər. Paylaşımlarda, Rəşad Sadıqovun “Qarabağ”ın qələbəsinə maneə olduğu və onun dövrünün getdiyi öz əksini tapıb.
Bəs görək, futbol yazarları bu barədə nə deyir?
Tanınmış futbol yazarı Natiq Muxtarlı Lent.az -a Rəşad Sadıqovu əvəzləyəcək yeni bir futbolçunun yetişdirilmədiyini deyib. O, Rəşadın hələ də Azərbaycan futbolunda əvəzolunmaz yeri olduğunu bildirib:
“Futbol elə bir oyundur ki, orada səhv etməmək mümkün deyil. Rəşad Sadıqov da səhv etməlidir və edir də. Ancaq təəssüf ki, bizim futbol ictimaiyyəti bu məsələyə münasibət bildirərkən reallığı nəzərə almırlar. Söhbət Azərbaycan futbolunun reallığından gedib. Rəşadın yığmadan da getməsini istəyirdilər. Getdi. Nə dəyişdi yığmada? Bəlkə, Rəşaddan sonra nəticələr yüksəldi? Yox, əksinə, yığma tarixin ən pis dönəmini keçirir. Deməli, Rəşad yığmada heç kimin yolunu kəsmirmişdi, heç kimin yerini dar etmirmişdi.
“Rəşad getməlidir” deyənlər həm də bu suala cavab verməlidirlər: Rəşad hansı gənc futbolunun yolunu kəsir, yerini dar edir? Bəlkə AFFA-nın Berlində açdığı futbol məktəbində yetişənlər Rəşadın ucbatından oynaya bilmirlər? Rəşada qalsaydı, çoxdan gedərdi. Amma məhz 37 yaşlı, hərdən səhv edən bu adamın bir ayağının səviyyəsində olmayan futbolçular yetişdirə bilmədiyimiz üçün qalıb Rəşad. Rəşad təkcə meydanda lazım deyil. Meydandan kənarda da liderdir bu adam. Xarakteri, nizam-intizamı ilə. Avtomobilini yüksək sürətlə idarə edib süpürgəçini öldürən, kimlərinsə himayəsi ilə həbs olunmayan Araz Abdullayev kimi “gənc” yenə də şakərindən qalmırsa, futbol oynamaq əvəzinə yenə də avtoşluq edib kimisə öldürmək istəyirsə, onda Rəşad lap 50 yaşına qədər də qalmalıdır futbolda. İkinci Rəşad yetişənə qədər. Yaxşı olardı ki, cəmiyyət o ikinci Rəşadı yetişməyə qoymayanların getməsini tələb edərdi. Onlar getsə, ikinci Rəşad yetişsə, Rəşada “get” deməyə ehtiyac qalmaz. Özü gedəcək. Bunu, onun xarakteri diktə edir. Əgər Rəşadın bir ayağının səviyyəsində olacaq futbolçu yetişdirə bilməmişiksə, Rəşad qalmalıdır. Mütləq qalmalıdır. Camaat, Azərbaycan futbolunun problemi Rəşadın gedişi ilə həll olunmayacaq. Rəşaddan əvvəl gedəsi şəxslər var. Onların getməsini tələb edin”.
“Qol.az” saytının baş redaktoru Aydın Bağırov da Rəşad Sadıqova böyük ehtiyac olduğunu deyib. O bildirib ki, hazırda klubun Rəşadı əvəz edəcək ikinci bir müdafiəçisi də yoxdur:
“Azarkeşlər həmişə yaxşı nəticə gözləyir. Nəticə olmayanda, bir futbolçu səhv buraxanda, onların emosional reaksiyalarının olması başadüşüləndir. Hamı dünənki matçda “Qarabağ”dan qələbə gözləyirdi. Amma fikrimcə, heç-heçə də pis nəticə sayılmamalıdır. İstənilən halda qrup ikinciliyi qalır və Ağdam klubunun 1/16 finala çıxmaq üçün yaxşı şansı var. Azərbaycan futbolu tarixində bu uğura nail olmaq üçünsə, həm də xarakterli, lider oyunçuya ehtiyac var ki, bu missiyanı uzun illərdir “Qarabağ”da Rəşad Sadıqov layiqincə yerinə yetirir. Qrupun qarşıdakı 3 oyunu Ağdam klubu üçün çox önəmlidir. Bu matçlarda Rəşada ehtiyac olacaq. Təcrübə də göstərdi ki, digər mərkəz müdafiəçisi Rahil Məmmədov hələlik Avropa kuboklarındakı oyunlara tam hazır deyil. Təəssüf ki, yay transfer pəncərəsi dönəmində mərkəz müdafiəçisi alınmadığına görə Rəşadı istənilən səviyyədə əvəz edəcək oyunçu da yoxdur. Ona görə də APOEL-lə dünənki görüşdəki səhv hər nə qədər ciddi olsa da, qarşıdakı matçlarda Rəşada ehtiyac var. Hər halda Rəşad Sadıqov özünə, komandasına və azarkeşlərə təkcə sözü ilə deyil, əməli ilə də hörmət qoymağı təsdiq etmiş azsaylı şəxsiyyətli futbolçulardandır. Bu mənada, futboldan gedib-getməməsinə də Rəşad özü lazım bildiyi anda qərar verəcək və bunu ictimaiyyətə də açıqlayacaq”.
Məşhur jurnalist, reportyor Səbuhi Məmmədli isə futbol yazarlarının əksinə olaraq, Rəşad Sadıqovun “Qarabağ”ın heyətindən getmək vaxtının gəldiyini vurğulayıb. Jurnalist “Qarabağ”ın məşhur klublarla uduzmasının əsas səbəbini Rəşadda gördüyünü bildirib:
“Qurban Qurbanov start heyətini elan edəndə və "Qarabağ" Seneqal və Fransa vətəndaşlığını daşıyan futbolçu qiyməti yarım milyon manat olan, amma "Qarabağ"a hələ ki qara qəpik xeyri dəyməyən ləng, start sürətindən məhrum Maqaye Qeyeni və artıq ləngliyi də ondan geri qalmayan Rəşad Sadıqovu meydana buraxanda, dilimi dişlədim: Düşündüm ki, bu oyunda qələbə yoxdur. Sonradan " APA sport"dan olan dostumuz Tahir Hümbətov "Facebook"da belə bir paylaşım da etdi: "Oyun necə başa çatacaq?" Dərhal da rəy yazdım: "Qarabağ" 1:2 uduzacaq. Özü də kapitanın səhvindən". Hə, "Qarabağ" kapitan Rəşadın və vitse-kapitan Maksim Medvedevin səhvindən iki qol buraxdı.
Şerif” - “Qarabağ” - 1:2 | Rəşad Sadıqov səhv edir;
4️⃣ “Qarabağ” - “Roma” - 1:2 | Rəşad Sadıqov səhv edir;
5️⃣ “Qarabağ” - “Çelsi” - 0:4 | Rəşad Sadıqov səhv edir;
6️⃣ “Qarabağ” - BATE - 0:1 | Rəşad Sadıqov səhv edir;
7️⃣ BATE - “Qarabağ” - 1:1 | Rəşad Sadıqov səhv edir;
8️⃣ “Qarabağ - APOEL - 2:2 | Rəşad Sadıqov səhv edir
Qurban Qurbanovun mətbuat konfransında dedikləri isə absurdun yekəsi idi. Məntiqlə belə anlaşıldı ki, o, Rəşadın səhvindən razı qalıbmış. Azərbaycan futbolunun-müstəqil Azərbaycan tarixində yetişdirdiyi 3 ən yaxşı futbolçudan biridir. Amma bir yerə qədər. Məncə, Qurban hoca ona bir cüt mismar verməlidir ki, butsilarini assın. Əks halda, belə səhvlər çox olacaq. Və olan da “Qarabağ”a olacaq”.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-10-2019, 18:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-10-2019, 18:05
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01