İdmançımız dünya çempionatında uduzdu, sevinərək döşəyi tərk etdi - VİDEO
Sentyabrın 22-23-də Qazaxıstanın paytaxtı Nur-Sultanda qrapplinq üzrə dünya çempionatı keçirilib.
regionxeberlericom.az-un Oxu.Az-a istinadən xəbərinə görə, 15 ölkənin mübarizə apardığı bu dünya çempionatında qrapplinq üzrə milli komandamız üç idmançı ilə təmsil olunub.
Belə ki, Fərid Hadıyev (-71 kq), Nadir İmaməliyev (-77 kq) və Məhəmməd Əhmədzadə (-92 kq) həm kimano ilə, həm də kimanosuz yarışlarda öz qüvvələrini sınayıb. Lakin idmançılarımızın heç biri medal qazana bilməyib.
Daha doğrusu, Fərid Hadıyevin adı yarışda gedib. Çünki o, qarşılaşmalı olduğu üç görüşdə döşək üzərinə çıxmayıb və hakimlər qələbəni rəqiblərinə verib.Nadir İmaməliyev 1/4 finalda israilli Ömər Emanueli ilə görüşdə hesabda 2:0 öndə olsa da, ağrıdıcı fəndlə təslim olub. Maraqlıdır ki, baş məşqçi Əkbər Hadıyev ona məsləhətlər vermək əvəzinə, görüşü telefonu ilə videoya çəkib. Daha bir maraqlı məqam odur ki, idmançımız sanki qələbə qazanıbmış kimi döşəyi gülə-gülə tərk edib.İdmançılarımızdan yalnız Məhəmməd Əhmədzadə medal qazanmağa yaxın olub. Lakin o, qırğızıstanlı Bəysultan Omurzakovla görüşdə 2:0 öndə olsa da, sonradan rəqibi iki xal götürüb və son xal prinsipi ilə uduzub.
Əhmədzadə etiraz edərək təkrara baxılmasını istəyib (hətta etiraz düyməsini özü basıb). Lakin qərar dəyişməyib. İdmançımız rəqibinin əlinin qalxması mərasiminə qatılmayıb.
Qeyd edək ki, 8-9 noyabrda yeniyetmələr, gənclər və veteranlar arasında qrapplinq üzrə dünya çempionatı Bakıda keçiriləcək.
Paylaş:
Müəllif : Yazar
Tarix:24-09-2019, 16:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər
Sentyabrın 22-23-də Qazaxıstanın paytaxtı Nur-Sultanda qrapplinq üzrə dünya çempionatı keçirilib.
Paylaş:
Müəllif :
Yazar
Tarix:24-09-2019, 16:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11