"Atəşgah" sığorta şirkətinin maşını qəzaya düşüb, 2 nəfər ölüb - VİDEO - YENİLƏNİB-3
Sumqayıtda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı "Atəşgah" sığortanın əməkdaşlarından biri ölüb, biri isə yaralıdır.
“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, sürücü Anar Nəsir oğlu Rzayev qəza zamanı ağır bədən xəsarətləri alıb.
O, hadisə yerində olan şəxslər tərəfindən xəstəxanaya çatdırılıb. Vəziyyətinin ağır olduğu bildirilir. Şirkətin avtomobildə olan digər əməkdaşı K.Atayev isə hadisə yerində aldığı xəsarətlərdən keçinib. Keçirilən ilkin avtotexniki ekspertizanın rəyinə əsasən, hadisə "Mercedes" markalı avtomobilin yüksək sürətlə idarə olunması zamanı təkərinin partlaması olub.
***16:41
Sumqayıtda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərdən birinin adı məlum olub.
“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, "Mercedes" markalı avtomobil "Atəşgah" sığorta şirkətinə məxsus "Hyundai-İX35" markalı avtomobillə toqquşub və aşaraq yanmağa başlayıb.
Bu zaman yaralı halda avtomobilin içərisində sıxılmış vəziyyətdə qalan 1 nəfər yanaraq ölüb. Onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. "Hyundai-İX35"də olan Kamran Füzuli oğlu Atayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
*** 16:25
Video əlavə edilib.
*** 16:01
Sumqayıtda "Atəşgah" sığorta şirkətinin maşını qəzaya düşüb, 2 nəfər ölüb.
“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, iki avtomobil - "Hyundai-İX35" və "Mercedes" toqquşub.
Qəza zamanı zərbənin gücündən "Mercedes" aşıb və qəfildən yanmağa başlayıb. Bu zaman avtomobildə yaralı vəziyyətdə olan 2 nəfər avtomobili tərk edə bilmədikləri üçün yanaraq kül olublar. Digər minik avtomobilində olan şəxs isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Paylaş:
Müəllif : Yazar
Tarix:19-09-2019, 17:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:19-09-2019, 17:21
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01