Maşın bazarlarındakı fırıldaqçı şəbəkə - vətəndaşları soyurlar
Maşın bazarları vətəndaşların kütləvi aldadıldığı məkanlara çevrilməkdədir. Gələn məlumatlar belə deməyə əsas verir. Azərbaycana idxal edilən ikinci əl minik avtomobillərinin əksərinin qəzalı, suda, seldə batmış, təhlükəsizlik yastıqlarının işlək olmaması ilə yanaşı, qiymətlərin kəllə-çarxda olması dələduzlara geniş meydan açıb. İdxal-gömrük rüsumunun 2018-ci ilin yanvar ayının 1-dən çox artırılması avtomatik maşın bazarında qiymətlərə təsir etdi. Dünənə qədər 3-4 min manata olan maşınlar 5-6 min manata qədər bahalaşdı. Bundan əvvəl isə ölkə banklarında faktiki olaraq maşın kreditləri məhdudlaşdırılıb.
Beləcə vətəndaşların maşın almaq istəklərinin üzərindən bazardakı əlçatmaz qiymətlər çarpaz xətt çəkmiş oldu. Nəticədə bazarlarda dələduz sxemlər üçün münbit şərait yarandı. Dələduzlar bazarlarda vətəndaşları soymağa başladılar. Bəhs olunan fırıldaqçı sxemi belə işləyir: Bazara maşın almağa gələn, cibində 3-5 min manat pulu olan vətəndaşa yerindəcə kredit təklif edənlər tapılır. Vətəndaşın 5 min pulu var və o, uyğun avtomobil axtarır ki, ilkin ödəniş edib ala bilsin. Dəllallar ona təklif edirlər ki, bazarda müəyyən adamlar var, onlar maşını alır və sənə kreditlə yenidən satır. Məsələn, vətəndaş 10 min manatlıq maşın bəyənib, əlindəki 5 min manatı verir, qalan hissəni isə “müəyyən adam” qoyur, maşını alverçidən və ya sahibindən alır, öz adına keçirir. Sonra vətəndaşa deyir ki, ona bir və ya bir neçə aylıq sürücülük etibarnaməsi verəcək, 5 min manatın əvəzinə hissə-hissə, aylıq ödənişlə 7 min manat qaytaracaq. Həmin məbləği ödəyib qurtarandan sonra isə maşını onun öz adına keçirəcəklər. Faktiki olaraq 10 minlik maşını vətəndaşa 12-13 minə sırıyırlar. Hələ bununla canını qurtara bilsə. Vətəndaş bəzən maşını alarkən bütün bunlardan məlumatsızdır deyə, asanca dələduzluğun qurbanı olur.
Heç nədən şübhələnməyən vətəndaşa seçdiyi maşını əl ilə yazılmış, heç bir hüquqi əsası olmayan, qondarma bir kağızla satırlar. Bu zaman avtomobil üçün etibarnamə yalnız sürməyə, həm də çox qısa müddətə verilir. Bir müddət sonra avtomobilin hüquqi sahibi, yəni maşın sahibi ortaya çıxır. Maşınını qısamüddətli etibarnamənin müddəti bitdiyi üçün geri almaq istədiyi haqda Dövlət Yol Polisinə ərizə yazır. Bu halda DYP avtomobil nəqliyyat vasitəsi sahibinin tələbini təmin edir, qanunvericiliyə əsaslanaraq maşını öz sahibinə qaytarır. Vətəndaşın pulu da gedir, maşın da əlindən çıxır.
Belə şəbəkə əsasən Sumqayıtdakı maşın bazarında tüğyan edir. Bəs vətəndaş dələduzluğun qurbanı olmaması üçün nə etməlidir?
Hüquqşünas, Bakı “Hüquq” şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, nəqliyyat vasitəsini satan şəxs öz adına olan qeydiyyat şəhadətnaməsinə malik olmalıdır: “Yaxud da satmağa sərəncam vermək icazəsinin olduğunu təsdiqləyən digər sənəd - yəni etibarnamə olmalıdır. Alqı-satqı proseduru ya notariat kontorunda, ya da Baş Dövlət Yol Polisi İdarəsinin nəzdində yerləşən qeydiyyat idarəsində rəsmiləşdirilməlidir. İki şəxsin arasında əllə yazılmış və ya kompüterdə yığılmış mətni tərəflər arasında bağlanmış müqavilə adlandırmaq olmaz. Belə əlyazmaların, mətnlərin heç bir hüquqi əsası yoxdur. Ümumiyyətlə, Azərbaycanda bu cür hallar tez-tez baş verir. Təbii ki, müvafiq qurumlar bunlarla mübarizə də aparırlar. Çox zaman insanlar bu cür dələduzların qurbanları olur. Nəqliyyat vasitəsinin sahibi kimdirsə, yəni qeydiyyat şəhadətnaməsi kimin adınadırsa, həmin şəxs nəqliyyat vasitəsinə sərəncamverici hesab edilir. Adətən belə hallarda dəllallar nəqliyyat vasitəsinin sahibi ilə qeyri-rəsmi razılığa girirlər. Bundan sonra avtomobil əlyazma, cızma-qara və ya kompüterdə yığılan mətnlə satılır, hansı ki, həmin kağız parçası ilə alıcının hüquqları tanına bilməz. Beləcə alıcıdan müəyyən məbləğ alırlar. Bir neçə aydan, hətta bir neçə gündən sonra nəqliyyat vasitəsinin sahibi verilmiş bütün etibarnamələri notariat kontorunda ləğv edir. Sonra polisə müraciət edir və nəqliyyat vasitəsinin qanunsuz olaraq qaçırıldığını, ondan götürüldüyünü, yaxud kiməsə etibar etdiyini, həmin nəqliyyat vasitəsinin həmin şəxs tərəfindən qaytarılmadığını bildirir. Polis də həmin nəqliyyat vasitəsinin saxlanılması barədə göstəriş verir. Həmin nəqliyyat vasitəsini idarə edən, hansı ki, onu rəsmi olaraq aldığını düşünən şəxs də bütün bunlardan məlumatsızdır. Polis onu saxlayır. Nəqliyyat vasitəsini qoyurlar dayanacağa. Şəxs də baxır ki, artıq aldanıb. Həmin şəxslər də yoxdur. Çox vaxt həmin şəxslər müvəqqəti bir yer götürürlər, insanlara göstərsinlər ki, onlar burada fəaliyyət göstərirlər. Əslində onların bir nümayəndəsi də maşın bazarlarında fəaliyyət göstərir. Qurbanlar axtarırlar. Həmin şəxslərin niyyətləri konkret olaraq dələduzluqdur. Qanunvericilikdə bu cür şəxslərin əməlləri dələduzluq hesab olunur. Nəqliyyat vasitəsi əgər kreditlə verilirsə, satan adamın kredit vasitəsilə alqı-satqı aparmağa xüsusi icazəsi olmalıdır. Ya bank, ya da bank olmayan kredit təşkilatı olmalıdır. Əgər bunlar yoxdursa, nəqliyyat vasitəsinin alqı-satqısı Baş Dövlət Yol Polisi İdarəsində həyata keçirilməlidir. Bu adamlar qanunla tanınan vasitələrin heç birindən istifadə etməyiblər. Sadəcə, öz aralarında - şəxslər arasında alqı-satqı edirlər. Çünki hansısa quruma getsələr, ortada rəsmiyyət olmalıdır. Rəsmi olaraq tərəflərin arasında münasibət yaranacaq. Rəsmiyyət olmasın deyə onlar bu yollara əl atırlar. Vətəndaşlar beləcə dələduzların toruna düşür. Bu məsələlər hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülməli, aldanmış vətəndaşlar hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər”.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:12-09-2019, 11:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:12-09-2019, 11:52
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11