"Allah ağlımı aldı, qarşınızda baş əyirəm" - 5 nəfərin öldüyü dəhşətli qəzanın TƏFƏRRÜATI
Sumqayıtda 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən şəxsin məkəməsi keçirilib.
regionxeberlericom.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən qəza törətməkdə təqsirləndirilən 1977-ci il təvəllüdlü İlham Həsənovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, hadisə mayın 10-da saat 19 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində baş verib.
Şəhər sakini İlham Həsənov sərxoş vəziyyətdə idarə etdiyi “İveco” markalı yük avtomobili ilə Şabran rayon sakini İlham Qasımovun idarə etdiyi “Mercedes” markalı minik avtomobilinə çırpıb.
Nəticədə “Mercedes” markalı avtomobilin sürücüsü və sərnişinləri, həmyerliləri Saleh Musayev, Məhəbbət Musayeva, Amil Məmmədov və Vidadi Nuriyev hadisə yerində ölüblər.
Elan olunmuş ittihamla İlham Həsənov özünü təqsirli bilib.
Məhkəmədə zərərçəkmişlər narazılıq edib. Bildiriblər ki, müstəntiq işə laqeyd yanaşıb. Belə ki, zərərçəkmişlər bildirir ki, təqsirləndirilən şəxs narkotik vasitənin təsiri altında olub. Amma istintaq zamanı bunu ekspertizaya göndərərək müəyyən etməyiblər.
"5 nəfər dünyasını dəyişən şəxsin qanından analiz götürüblər. Amma bunun qanından analiz götürməyiblər. Deyiblər ki, qanı azdır. Necə olur ki, ölən adamlardan qan götürüblər, amma bu adamdan yox?"- deyə zərərçəkmişlər bildirib.
Daha sonra məhkəmə təqsirləndirilən şəxsə ifadə verməyi təklif edib.
İlham Həsənov özünü təqsirli bilib və əməlindən çox peşman olduğunu deyib:
"Burada ölənlərin ailəsindən üzr istəyirəm, baş əyirəm. Mən başqa söz deyə bilmirəm. O qədər peşman ki... Mən həmin gün atamın qəbrini ziyarətə gedirdim. Həmin gün elə bil ki, Allah mənim ağlımı aldı. Qarşınızda baş əyirəm, üzr istəyirəm".
İlham Həsənov bir oğlunun olduğunu, əsgər yola saldığını deyib.
Suallara cavab verən İlham Həsənov içkili olmadığını söyləyib. Amma hakim xatırladıb ki, istintaqda içkili olduğunu təsdiqləyib:
"Mən onda özümdə olmamışam. Ağlım başımda deyildi. Amma içkili olmamışam".
Hadisə yerindən qaçmasının səbəbi haqda danışan İlham Həsənov bunları deyib:
"Mən hadisəni görüb qorxdum. Kimsə deyir ki, qorxmaram, amma mən qorxdum. Necə deyim, necə izah edim bilmirəm. Hadisə dəhşət idi. Mən içkili olduğum üçün qaçmamışam. Qorxduğum üçün qaçmışam".
İlham Qasımov "50-50 vurandan sonra atan yadına düşüb, məzarına getmisən" fikirləri ilə razılaşmayıb.
Hakim hadisənin təfərrüatı haqda ittiham altında yazılanları xatırladıb. Məlum olub ki, İlham Qasımov əks yola çıxaraq "Mercedes" markalı maşını vurub. Maşını 30 metrdən artıq sürüyərək qəbiristanlığın ərazisinə salıb. Daha sonra yük maşını "Mercedes"in üzərinə aşıb. Buna görə də maşında olan şəxslərdən heç birini xilas etmək mümkün olmayıb.
İlham Həsənov bu haqda da danışıb: "Bilmədim ki, bu necə oldu. Maşın fırlanmalı idi, amma fırlanmadı. Sanki maşını qaldırıb digər maşının üstünə qoyublar. Bunu heç cür başa düşə bilmirəm".
Prokuror xatırladıb ki, İlham Həsənov yük maşınları üçün nəzərdə tutulan zolaqla hərəkət etməyib. O, minik avtomobilləri üçün nəzərdə tutulan, yüksək sürətə icazə verilən zolaqla hərəkət edib.
Məhkəmənin davamında mərhumların qohumları və zərərçəkmişlər ifadə verib.
Ramin Bağırov zərərçəkmiş kimi ifadə verib. O, İlham Həsənovun qəza törətdiyi avtomobilinin sahibidir. Bağırov etibarnamə ilə maşını İlham Həsənova veribmiş. Bağırov dəymiş zərəri tələb etmədiyini deyib.
Məhkəmədə mərhum Vidadi Nuriyevin atası Mövlud Nuriyev də ifadə verib. O deyib ki, qəzada oğlu ilə yanaşı yaxın qohumlarını da itirib. Qəzada ölən digər şəxslər onun qohumudur və onlar birlikdə Goranboydan əsgər ziyarətindən gəlirmişlər.
Mövlud Nuriyev bildirib ki, sürücü İlham Həsənov narkotik vasitədən istifadə edib:
"Normal insan, ağlı başında olan insan qəzanın qarşısını alardı. Təsəvvür edin ki, maşını vurub, 30 metr sürüyüb, sonra da üstünə aşırıb. Ağlı başında olsaydı, saxlayırdı. İndi deyir ki, bilmirəm, xatırlamıram".
Zərərçəkmiş iki nəvəsinin yetim qaldığını söyləyib. Deyib ki, buna görə də mülki iddia ilə məhkəməyə müraciət edəcəklər.
Məhkəmə araşdırması davam etdirilir.
Qeyd edək ki, İlham Həsənovun törətdiyi əmələ görə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Paylaş:
Müəllif : Yazar
Tarix:4-09-2019, 12:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:4-09-2019, 12:37
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11