Həkimlər 2 aylıq körpəni necə öldürdü? – İnsanı dəhşətə gətirən hadisə
“Oğlum Ağakişiyev Atilla Elnur oğlu 15 may 2019 -cu ildə anadan olub, 2 ay yarimlıq idi . Uşaq həm hamiləlik dövründə, həm də hamiləlikdən sonrakı dövrdə özəl və həmçinin dövlət xəstəxanalarında müayinə olunub”.
regionxeberlericom.az bildirir ki, bunu Bizimyol.info-ya xəstəxanada dünyasını dəyişən 2 aylıq Atillanın atası Elnur Atakişiyev deyib.
O, bildirib ki, uşaq tam sağlam idi, heç bir xəstəliyi olmayıb: “Narahatlığı avqust ayının 1-dən özünü göstərdi. Ondan əvvəl isə uşaq qaytarırdı. Doğuşa qədər 2 saylı qadın məsləhətxanasında işləyən həkim bütün müayinələr aparıb. Bütün bu dövrlərdə həm özəl, həm də dövlət müəssisələrində analizlər verilib, əvvəl də, uşaq doğulanda da problem olmayıb”.
Elnur Atakişiyev bildirib ki, uşağın çəkisi və boy artımı ilə bağlı müayinələr həm özəl, həm də dövlət tibb müəssisələrində aparılıb. Sahə həkimi də yoxlayıb: ”Artım müsbət olub. Yəni mənfi heç nə yazılmayıb. Sadəcə, son 7 gün ərzində – avqustun 1-dən geriyə olan tarixi desəm, iyulun axırlarından başalayaraq, uşaq qusmağa başlayıb. Biz əvvəlcə Sevil adlı sahə həkiminə məlumat verdik, bildirdik ki, süd körpənin mədəsinə çatmamış ağzından geri gəlir. Sidiyə də yaxşı çıxa bilmir. Çıxanda da uşağın pompersində ləkə olur. Hətta biz o ləkəni də göstərdik. Biz həkimə dedik ki, şübhələnirik, bəlkə ciddi xəstəlyi var. Sahə həkimi cavabında bildirdi ki, heç nəyi yoxdur, narahat olmayın. Uşağın qidasın dəyişin. Ola bilər ki, dadı xoşuna gəlmir. Sünnəti də etdirin”.
Atakişiyevlər ailəsi həkimim sözü ilə hərəkət edərək , uşağın həm qidasını dəyişib, həm də sünnətn etdiriblər. O gündən sonra körpədə ağırlaşmalar, yenidən həmin əlamətlər görünüb: “Həftənin 3-cü günü xəstəlik başladı. 6-cı gün biz onu həkimə apardıq . Amma 3 gün ərzində də həkimlə müntəzəm əlaqə saxlayırdıq, danışırdıq. Sonra müayinə etdirdik. Atilla yeməyi az da olsa yeyirdi. Yenə də qaytarırdı. Həkim yeməyi dəyişdirməklə yanaşı, sünnətlə bərabər bir də şam yazmışdı. Və bunun da heç bir xeyri olmadı”.
Həkimin dediyinə əməl edən ailə sonda uşağın halının pisləşdiyini deyir. Onlar tez həkimə zəng ediblər, həkim isə uşağın tez xəstəxanaya çatdırılmasını məsləhət verib. Bu məqamda ailədə istər- istəməz şübhələr yaranmağa başlayıb. Onlar görüblər ki, yeməyi də yerində deyil.
Elnur Atakişiyev deyir: “Mən gördüm, uşaq normal nəfəs almır. Çox tərləyirdi . Biz əvvəlcə uşağı yaxınlıqdakı özəl “HP Güvən” klinikasına apardıq. Biz Mehdabad qəsəbəsində – Binədi Gənclər şəhərində qalırıq. Orda da həkim ödənişlə qəbul etdi. Müayinə edib: “Siz körpəni aparıb reanimasiyada yatırtmalısınız” dedi. Həkimin adın bilmədik, sadəcə, növbədə olan pediatr idi. Axşam saat 11-i keçmişdi. Biz təcili apardıq ki, uşağa nəsə olmasın. Həkim dedi ki, vəziyyəti pisdir. Taxikardiyası, ürək döyüntüsünün pozğunluğu və təngnəfəslik var. Bunu evə aparmaq olmaz”.
Həmin həkim onlara ya “ Baku Medical Plaza”, ya da “OMED” klinikasına aparmağı məsləhət bilib. Ailə “Baku Medical Plaza” klinikasına üz tutub. Klinikada yenə də eyni qaydada ödənişlər olunub. Heç bir analiz götürülmədən xəstəyə sistem qoşulub. Həkim qəbulu və ona köçürülən qlükoza və s. daxil olmaqla 160 manat pul klinikanın xəzinəsinə ödənilib.
Sonra klinikanın qadın pediatrı Elnur Atakişiyevə deyib ki, körpənin stasionarda yatırılması üçün 600 manat ödəniş etməlidir. Atakişiyev razılaşıb. Cünki ailə ancaq körpənin sağlamlığın düşünüb. Körpənin ata-nası şok içərisində, uşağının hayında olduğu üçün də heç bir həkimin adını soruşmayıblar. 600 manat ödənilib, reanimanitoloq xanım gəlib, ailə ilə aralarında belə bir dialoq olub:
Həkim: Uşağın vəziyyəti ağırdır.
Ailə: Ağırdır ki, gətirmişik. Yardım edin, nəsə edin.
Həkim: Biz bunu ağır formada götürə bilməyəcəyik. Artıq fərqli ödəniş etməlisiz.
Ailə: Nəyə görə fərqli ödəniş tələb olunur?
Həkim: Vəziyyəti ağır olduğu üçün reanimasiyaya yatırılmalıdır. Onun da ayrıca pulu var. Təcili yardımın giriş hissəsində resepşn var. Ora yaxınlaşın. Ödəyin, sonra…
Həkimin “resepşn” dediyi qeydiyyat masasına yaxınlaşıblar. Orda ailədən 3 min manat ödəniş etmək tələb olunub. Atakişiyevlər buna da razılaşıb.
Elnur Atakişiyev deyir: “Onlara da, növbətçi baş həkim olan cavan oğlana da dedim ki, üstümdə 600 manat var, onu verirəm, siz uşağı yerləşdirin, qalan hissəsini də götürüb gəlirəm. Saat təxminən 2 olardı. Dedilər: “Yox, biz bunu edə bilmərik”. Baş həkimə yalvardıq-yaxardıq ki, uşağn halı çox pisdir, uşağı götürün, indi gecədir, səhərə az qalıb, saat 7-yə qədər ödəyəcəyik, təki uşaq yaşasın. Növbətçi həkim isə cavabında dedi: “Mən sizi başa düşürəm, amma rəhbərlik qoymur”.
Mən xahiş-minnət elədim, dedim, rəhbərliyin xəbəri olmayacaq, saat 7-yə kimi gətirirəm. Çünki uşaq aparatdan ayrılsa, oksigeni çatmayacaq, öləcək. Növbətçi həkim olmadı. Təcili yardıma zəng etdik, onlar da qəbul etmədi.
“Boynumuzda qalacaq” deyə yardım göstərməkdən imtina etdilər. Qarayev adına 2 saylı Uşaq Xəstəxanasına da dedik, onlar da körpəni götürmədi. Çaşıb qalmışdıq, nə edəcəyimizi bilmirdik. Gözümzün önündə övladımız ölüm-qalım savaşı verərkən bizim əlimizdən heç nə gəlmirdi. Uzun yalvar-yaxardan sonra təcili yardım karetası uzunmüddətli gecikmə ilə axır gəlib çıxdı. Mənə atası olaraq ərizə yazdırdılar ki, uşaq yolda vəfat edərsə, təcili yardım xidməti məsuliyyət daşımır.
Onlar bilirdilər ki, körpəmiz Baku Medical Plaza-da qoşulduğu reanimasiya qurğusundan ayrılsa, öləcək. Özlərini sığortalayırdılar. Biz isə saman çöpündən, son ümiddən yapışmışdıq. Körpəni təcili yardım karetası ilə süni ürək masajı etdirməklə birtəhər Onkologiya Mərkəzini yaxınlığında yerləşən Respublika Uşaq Xəstəxanasına apardıq. Xəstənin vəziyyəti çox ağır idi. Xəstəxanaya çatdırsaq da, həkimlər məsuliyyət üzərlərində qalmasın deyə uşağa əllərini belə toxundurmaq istəmədilər”.
Elnur Atakişiyev dedi ki, Respublika Uşaq Xəstəxanasına yol gedərkən körpənin durumu çox ağır idi, bir neçə dəfə ürəyi dayandı, tibb bacıları ürək masajı ilə geri qaytarıblar: ““İnanın ki, Respublikan Uşaq Klinikasında heç bir tibbi vəsait yox idi. Sidiyi bayıra çıxarmaq üçün katetr, pambıq, iynə lazım oldu. Laboratoriya işləmirdi. Heç bir ləvazimat yox idi. Oksigen aparatı isə yarımçıq işləyirdi. Uşağın beyninə hava çatmırdı, əziyyət çəkirdi.
Gözümüz görə-görə can verirdi. Bizə dedilər ki, müdiriyyət buranın hər şeyini satır. Dedik ki, hanı buranın pambığı, iynəsi? Dedilər ki, yoxdur, müdriyyət hamısını satır. Həkimlər özləri dedi ki, uşağı qəsdən bura göndəriblər, “Baku Medical Plaza” –da bilir ki, Respublika Uşaq Klinkasında heç bir şərait yoxdur, sadəcə, məsuliyyəti öz üzərlırindən atmaq üçün xəstəni çıxarıb göndəriblər ki, gedib başqa yerdə ölsün”.
Ailənin hər yerdən əli üzülüb. Sonra başlayıblar şəhərdəki bütün özəl, dövlət xəstəxanalarına zəng etməyə. Heç biri qəbul etməyib.
Elnur Atakişiyev deyir: “Təkrar Baku Medical Plaza-ya zəng etdik. Dedilər, bizi rəhbərliklə calaşdıracaqlar. Amma telefonu söndürdülər. Yoldaşım zəng etdi, artıq qəbul etmədilər. “Siz bayaq gələnlərsiz?” deyə soruşdular. Sonra dedilər ki, sizi həkimlə birləşdirəcəyik. Amma telefonu açmadılar.
Ondan sonra Mediklaba zəng etdik . Onlar əməkdaş göndərdi, 6 min manata razılaşdı ki, uşaq orda yatırılsın. Onların da reanimasiya şöbəsinin həkimləri gəldilər. Uşağa baxıb, ofislərinə zəng etdilər. Nə danışdılarsa, dedilər: “Biz bunu götürmürük. Uşaq ağır vəziyyətdədir. Biz risk edib götürə bilmərik”. Və gəldiklərinə görə də 150 manat pul istədilər; “Gəlmə haqqımızdır” dedilər. Aramızda böyük bir mabahisə yarandı. Yəni heç bir yardım etmədən pul istədilər.
Sonda biz Bakı Dəniz Vağzalının yanındakı 3 saylı Uşaq klinikasına zəng vurduq ki, uşağa müdaxilə etsinlər. Oranın tibbi yardım xidməti bizi qəbul etdi. Yolda uşağın ürəyi dəfələrlə dayana-dayana tibbi yardım maşını ilə ora qaçırdıq. Səhər saat 5 olardı. Orda da əvvəlcə müdaxilə etmək istəmirdilər.
Deyirdilər: “Narahat etməyək, qoy canını rahat tapşırsın”. Ancaq mübarizəmizin xırda da olsa, nəticəsi oldu; uşağa müdaxilə olundu. Süni ürək aparatı qoşuldu. Ona müxtəlif sistemlər, iynələr vuruldu. Saat 9-da uşağın böyrəkləri USM olundu və sidik, qan analizi götürüldü. Məlum oldu ki, uşaqda kreotin var. Yəni böyrək fermenti aşkar olunub, bu da qanı zəhərləyir.
Mənə dedilər ki, sahə həkim də bunu bildiyi halda evə buraxmalı deyildi. Analiz verilən gün bilinib, xəstəxanaya yatırılmalıydı. Çünki bu, birbaşa zəhərlənmənin əlaməti olub. Artıq qana keçib, uşağı tamamilə zəhərləyib. Baş həkim dedi ki, sizin tibbi savadınız olmadığı üçün bilməmisiniz, amma sahə həkimi bunu bilməli idi. Həmçinin həkim Baku Medical Plazanın kollektivinin ünvanına da sərt sözlər işlətdi. Dedi: “Onlar necə həkimdirlər, valideyn uşağın sidiyə çıxa bilmədiyini deyirsə, ona sistem qoşmaq düzgün deyildi. Birinci sidik ifrazı bərpa olunmalıdır, katetr qoşulmalıdır, ondan sonra sistem vurmaq olar.
Onlar isə birbaşa sistemi qoşaraq uşağın içini şişirdiblər. Biz bacardığımızı edəcəyik, amma gec diaqnoz qoyulub və səhv müdaxilə olunub deyə uşağın sağ qalma ehtimalı azdır. Baku Medikal Plaza klinikasında düzgün müdaxilə olunsaydı, sağ qalma ehtimalı az da olsa, olardı”.
Biz anladıq ki, körpənin sağalması möcüzədir. Ancaq ümidimizi üzmürdük. Ancaq saat 10-da ailəyə körpənin keçindiyi haqda məlumat və ölüm sənədi verildi. Körpənin ürək çatışmazlığından, böyrək çatışmazlığından tələf olduğu bildirildi”.
Həkimlərin ucbatından oğlunu itirən ata kimi öz qəlbinin ağrılarını dilə gətirərək, bunu olduğu kimi ictimaiyyətə çatdırmağımızı xahiş edib:
“Mən istəmirəm ki, uşaqlarımız bu tip həkimlərin əllərində həyatlarını itirsinlər. Bugünkü gün bu olub. Əgər öz cəzalarını almasalar, o savadsız həkimlər orda oturub yenə xəstələri öldürməyə davam edəcəklər. Onu da deyim, həmin sahə həkimi bizə yasa gəlmişdi. Elə davranırdı ki, sanki dünyadan gedən insan deyil, elə bil elə də ciddi bir hadisə baş verməyib. Sadəcə, hadisəni ört-basdır etmək üçün ağzımızdan söz almağa çalışırdı ki, bir yolla işi qapatsınlar. Biz də qovduq. Guya üzr istəməyə gəlib. Sevil həkim: “Sizdən çoxlu-çoxlu, bolluca üzr istəyirəm” kimi mənasız bir cümlə işlətdi. Belə çıxır ki, gündə bir insanı öldürüb, sonra da üzrlə işlərini bitmiş sayacaqlar?!”
Elnur Atakişiyev deyir ki, həm sahə həkimi, həm də “Baku Medical Plaza” klinikasının həkimləri cəzalandırılmalıdır: “Hamının balası var. Bunun qarşısı alınmasa kütləvi hal alacaq. Yaşadığım ərazidə – Mehdiabadda olan Uşaq poliklinikasının həkimləri çox savadsızdır. Hətta məndən soruşurlar ki, kreotin nədir? Deyirəm bilmirsiz, nədir? Müayinəyə aparırsan, uşağın ağzına, burnuna baxırlar sadəcə. Buna hamı baxa bilir də. Giddi müayinə yoxdur”.
Elnur Atakişiyev sonda daha dəhşətli bir faktın da üstünü açıb: “Bir də bunların bir iyrənc əməli var; uşağın adını, mənim və yoldaşımın nömrəsini qara siyahıya atıblar. Mənim indi bir qızım var. Bir gün, Allah eləməsin, xəstələnərsə, mən nə edəcəm?!”.
Paylaş:
Müəllif : Yazar
Tarix:9-08-2019, 09:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:9-08-2019, 09:56
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01