Bakıda növbəti söküntü dalğası - növbə “xruşşovka”lara çatdı
Bakıda istismar müddəti başa çatmış və eləcə də qəzalı vəziyyətdə olan binaların söküntüsünə başlanılıb. “Yeni Müsavat” xatırladır ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Bakı şəhərinin rayonlarında kəskin qəzalı vəziyyətdə olan, bərpa-gücləndirmə və əsaslı təmir işlərinin aparılması mümkün olmayan binalarda yaşayan sakinlərin köçürülməsi istiqamətində işlərə hələ 2014-cü ildən start verilmişdi.
2015-ci ildə baş verən devalvasiyalardan öncəki plana görə Bakıda və Bakıətrafı qəsəbələrdə beşmərtəbəli binalar sökülməli idi. Çünki “xruşşovka”, “stalinka” kimi adlanan bu binalar istismar müddətini başa vurmuş hesab edilir. 2016-cı ildə Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbayel, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fevral 2016-cı il tarixli qərarına əsasən, adları qeyd olunan rayonların ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi nəzərdə tutulub.
Pilot layihələrə əsasən, 5 il müddətində Suraxanı rayonunda 63, Nəsimi rayonunda 226, Xətai rayonunda 99, Nərimanov rayonunda 219, Nizami rayonunda 131, Yasamal rayonunda 18, Səbayel rayonunda 41, Pirallahı rayonunda 297 ev sökülməli idi. Hazırda bu qərara müvafiq olaraq Bakının müxtəlif rayonlarında pilot layihələr həyata keçirilir. Lakin 2-3 mərtəbəli binalar sökülüb, yerində çoxmərtəbəli tikililər ucaldılırdı. Məsələn, Nizami rayonu, Şirin Mirzəyev küçəsində artıq 4 ildir ki, ikimərtəbəli binalar hissə-hissə sökülür. Binada yaşayan sakinlərə müvəqqəti kirayə qalmaları üçün vəsait verilir və bina hazır olduqdan sonra isə tikintini aparan şirkət sökülən ikimərtəbəlilərin sakinlərinə sahəsi onların əvvəlki mənzillərinin sahəsindən 10 faiz çox olmaqla, yeni binadan ev verir. Qalan mənzillər isə satışa çıxarılır.
Uzun müddətdir ki, mətbuat səhifələrində istismar müddəti başa çatan “xruşşovka”ların nə üçün sökülməməsi ilə bağlı mövzular gündəmə gətirilirdi. Artıq növbə bu binalara da çatır. Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, müvafiq dövlət qurumlarının apardıqları araşdırmalara əsasən paytaxtın müxtəlif rayonlarında 17 qəzalı bina müəyyənləşdirilib və bu binalardakı mənzillərdə yaşayan sakinlərin köçürülməsinə başlanıb.
Qəzalı vəziyyətdə olan binalardan biri də Yasamal rayonu, Mirzəağa Əliyev küçəsi 150 ünvanında yerləşən 3 mərtəbəli, 43 mənzilli binadır. Bina 1889-cu ildə inşa edilib və uzun müddət əsaslı təmir olunmadığından qəzalı, yaşayış üçün yararsız vəziyyətə düşüb. Hazırda binadan sakinlərin köçürülməsi işləri davam edir.
Eyni zamanda Nəsimi rayonu, Azadlıq prospekti 80 ünvanında yerləşən beşmərtəbəli binanın da sökülməsi nəzərdə tutulub. Lakin bu binanın bəzi sakinləri təklif edilən şərtlərlə razı deyillər. Hazırda binanın 50 faizi köçürülüb. Yerdə qalan ailələr isə müxtəlif səbəblərdən evlərini tərk etmək istəmirlər. Sakinlərdən bəziləri 1-ci mərtəbədən ev istəyir, bəziləri kompensasiya ilə razılaşmırlar. Digər bir qismi isə ümumiyyətlə, evlərini tərk etmirlər. Şərtlərə görə bu binanın da sakinləri müvəqqəti olaraq kirayə mənzillərdə yerləşdirilməli, yeni bina hazır olduqdan sonra isə onlar ev verilməlidir. Sakinlər bildirdilər ki, eyni zamanda mənzilə görə kompensasiya məsələsi də mövcuddur. Belə ki, binada mənzilin hər kvadratı üçün söküntünü aparan şirkət tərəfindən 2500 manat miqdarında kompensasiya təklif edilir. Lakin bu məbləğlə də razılaşmayan sakinlər var. Ümumilikdə bina 11 blokludur və 102 mənzildən ibarətdir.
Onu da qeyd edək ki, digər ərazilərdə söküntüyə görə dövlət tərəfindən təklif edilən kompensasiyanın miqdarı əsasən hər kvadrata görə 1500 manat olub. Misal kimi “Sovetski” ərazisini göstərə bilərik.
Bayıl yamacı, sürüşmə zonasında yaşayan sakinlərin də köçürülməsi prosesi gedir. Orada da artıq evlərin böyük bir qismi köçürülüb. Köçürülən əhaliyə evlərinin kvadratına görə kompensasiya ödənilir. Kompensasiyanın miqdarına gəlincə isə sakinlərin sözlərinə görə, yaşayış yeri üçün hər kvadrata 1000 manat verilir. Digər yerlərə isə (zirzəmi, hamam və sairə) 250-300 manat ödənilir.
Yasamal rayonunda aparılan yuxarıda qeyd etdiyimiz söküntülərdən narazı qalan sakinlərlə ölkə başçısı İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıqları ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, eləcə də Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov görüşüblər. Onlar qəzalı binada olub, burada yaşayan sakinlər və məskunlaşmış məcburi köçkünlərin istək və arzularını dinləyiblər.
Eldar Əzizov binanın kəskin qəzalı olması ilə əlaqədar sakinlərin buradan təcili köçürülməsinin vacibliyini vurğulayaraq bildirib ki, buradakı köçürülmə dövlət əhəmiyyətli tədbirlərlə bağlı köçürülmə deyil, binanın istismara yararsız qəzalı vəziyyətdə olması ilə bağlıdır və vətəndaşlara ödəniləcək vəsait kompensasiya deyil, maddi yardım kimi qiymətləndirilməlidir: “Sözügedən bu binada sakinlərin köçürülməsi ilə bağlı ödəniləcək məbləğ şəhər üzrə maksimum həddə müəyyən edilib”.
Eldar Əzizov bildirib ki, birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən bu binada həyata keçiriləcək köçürmə işlərinin tez bir zamanda, vətəndaşların hüquqlarının pozulmasına yol verilməməsi və onlara müvafiq köməkliklərin göstərilməsi ilə bağlı tapşırılar verilib, məsələ nəzarətə götürülüb. Həmçinin sakinlərə bildirilib ki, söküləcək binanın yerində hər hansı çoxmərtəbəli bina və ya ticarət obyektinin inşası nəzərdə tutulmayıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:1-08-2019, 12:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:1-08-2019, 12:39
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01