Respublika Klinik Xəstəxanasında bir ayda 4 ÖLÜM – Rəsmi qurumlar məlumatları niyə GİZLƏDİR?
Son vaxtlar Azərbaycanda doğuş zamanı ana və körpə ölümlərinin sayının yenidən artdığını müşahidə edirik. Maraqlıdır ki, baş verən ölüm hallarının çoxu dövlət xəstəxanalarında yaşanır və mətbuat açıqlamayana qədər ictimaiyyətdən gizlədilir. Bu üzdən istər rüblük, istərsə də illik rəsmi statistika reallığı əks etdirmir.
Təkcə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında bir həftədə 3 ana və körpə ölümü baş verib.
Oktyabrın 20-də 36 yaşlı qadın Respublika Klinik Xəstəxanasında doğuşdan sonra dünyasını dəyişib. 7 aylıq hamilə olan qadının vəziyyəti pisləşib və Siyəzəndən Respublika Klinik Xəstəxanasına gətirilib. Uşaq əməliyyat üsulu ilə dünyaya gətirilib və palataya köçürülüb. Bir gün sonra səhhəti ağırlaşan qadın keçinib.
Növbəti ölüm oktyabrın 25-i səhər saatlarında olub. İlk doğuşa girən qadın körpəsi ilə birgə dünyasını dəyişib. Bizim.Media həmin məlumatla bağlı dəfələrlə rəsmi açıqlama istəsə də, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) nə təsdiq, nə də təkzib edilib.
Daha sonrakı ölüm isə oktyabrın 30-da baş verib. Vətəndaş B.N. 30.10.2022-ci il tarixində saat 06:34-də Respublika Klinik Xəstəxanasının Hamiləliyin patologiyası şöbəsinə ağır vəziyyətdə yerləşdirilib. 34-35 həftəlik hamilə olan pasiyentə qəbul olarkən normal yerləşmiş ciftin vaxtından əvvəl hissəvi ayrılması, qanaxma, HELLP sindromu diaqnozları qoyulub. Əməliyyatdan sonra pasiyent həyatını itirib.
Oktyabrın 18-də Bakıya Tovuzdan gətirilən ana doğuşdan 19 gün sonra ölüb. Belə ki, sentyabrın 28-də rayonun Yuxarı Öysüzü kənd sakini, 2004-cü il təvəllüdlü Zamanə Əliyeva rayon Mərkəzi xəstəxanasına doğuş üçün gətirilib. Qadın xəstəxanada oğlan uşağı dünyaya gətirib.
Oktyabrın 2-də Respublika Kliniki Xəstəxanasında ana körpəsi ilə birgə doğuşdan sonra ölüb. Xəstəxanaya gətirilmiş 1985-cı il təvəllüdlü Abdullayeva Gülnar İlham qızı təbii yolla qız uşağı dünyaya gətirib.
Bundan sonra 37 yaşlı ananın vəziyyəti ağırlaşıb.
Oktyabrın 27-də isə Zaqatalada körpə doğuşdan sonra ölüb. İradə Çobanzadə bir neçə gün əvvəl Zaqatala Mərkəzi Xəstəxanasının Doğum Evində oğlan uşağı dünyaya gətirib. Lakin uşaq 2 gün sonra vəfat edib. Həkimlər körpənin ürəyində qüsur olduğunu desələr də, valideynləri uşağın həkim səhlənkarlığının qurbanı olduğunu iddia edir.
Təbii ki, qeyd olunan məlumatlar hansısa şəkildə ictimailəşən və bu səbəbdən mediaya çıxanlardır.
Rəsmi qurumlar yalnız onlara sorğu ilə müraciət edən zaman bu tip məlumatları açıqlamaqda maraqlı olublar. Digər hallarda baş verən faciələr və ölüm halları gizlədilir. Səbəb isə bəllidir.
Bizim.Media
Paylaş:
Müəllif : Yazar
Tarix:2-11-2022, 17:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər