Keçmiş məhbusları yenidən məhbəsə çəkən “əllər” - Nə baş verir?
Əvvəllər məhkum olunmuş şəxslərin reabilitasiya problemi yenidən gündəmdədir. Son zamanlar baş verən və mətbuat səhifələrinə qədər gəlib çatan cinayət hadisələri ilə bağlı xəbərlərdə “əvvəllər məhkum olunmuş şəxs” sözləri əskik olmur.
Faktlara diqqət edək:
İyulun 3-də Yevlağın Malbinəsi kəndi ərazisində Nicat Hüseynova bıçaqla xəsarətlər yetirilib. Nicat Hüseynov Yevlax xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Yevlax Rayon Polis Şöbəsi əməkdaşları qətli törədən Murad Hüseynovu saxlayıblar. İlkin araşdırmalar zamanı Nicat Hüseynovun həbsxana həyatı yaşadığı, qətlin mübahisə zəminində törədildiyi üzə çıxıb.
Qətldən 1 gün əvvəl isə Sumqayıt ŞPİ əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki evlərin birindən 200 manat oğurlamaqda şübhəli bilinən Xızı rayon sakini, əvvəllər məhkum olunmuş Rafiq Novruzovu saxlayıb. Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 25.650 manat və 9800 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş İlham Abbasov saxlanılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində isə əvvəllər dəfələrlə məhkum olunmuş Vəli Əliyevlə və Füzuli Nəcəfovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. İttihama görə, bu ilin yanvar ayında Bakıda, metronun “Nizami” stansiyasının yaxınlığında Saatlı rayon sakini, 1996-cı il təvəllüdlü Emin Şəmiyev bıçaqlanaraq qətlə yetirilib. Qətli törətməkdə şübhəli bilinən Şirvan şəhər sakinləri, əvvəllər dəfələrlə məhkum olunmuş 1994-cü il təvəllüdlü Vəli Əliyev və 1990-cı il təvəllüdlü Füzuli Nəcəfov Şirvan şəhəri ərazisində saxlanılıblar. İlkin məlumata görə, hadisəyə tərəflər arasında yaranan mübahisə səbəb olub.
Qeyd olunanlar son 1 həftə ərzində əvvəllər məhkum olunmuş şəxslərlə bağlı gələn xəbərlərin çox cüzi hissəsidir...
Sabiq polis rəisi Mahmud Hacıyev deyir ki, əvvəllər məhkum olunmuş şəxslərin yenidən məhbəs yerinə qayıtması problemi hər zaman aktualdır: “Cəmiyyətdəki insanlar xarakterik xüsusiyyətlərinə görə eyni deyillər. Təhsilinə, intellektinə, dünyagörüşünə görə cəmiyyətdə fərqli insanlar var. Sovet dövründə deyirdilər ki, məhbəsə düşənlər orada tərbiyələnir. Bu isə yanlış yanaşma idi. İnsan 1 dəfə məhbəsə düşəndən sonra onun tərbiyələnmə prosesi getmir. Tam əksinə, oradakı yazılmamış qanunlar onun psixologiyasında müəyyən dəyişikliklər əmələ gətirir. Həmin dəyişikliklər sonradan şəxsin məhbəsə qayıdışını şərtləndirən əsas amillərdəndir”.
Mahmud Hacıyev deyir ki, sosial-iqtisadi problemlər də məhkumluq həyatı yaşamış şəxslərin yenidən həbs yerlərinə qayıtmasına yol açan amillərdəndir: “Şəxs həbsdən çıxır və sosial-iqtisadi problemlər onu sıxır, dolana bilmir. Bir tərəfdən də işsizlik problemi ilə üzləşir. Əlaqədə olduğu, təmasda olduğu çevrənin də ona böyük təsiri olur. Ona görə də psixoloji durumu ağır olan belə şəxslərin geriyə yolu həmişə açıq olur”.
Mahmud Hacıyev deyir ki, şəxsin 2-ci dəfə məhbəsə qayıdışı onun sonrakı məhbəs həyatlarını da asanlaşdırır: “2-ci qayıdışdan sonra mühit daha doğma olur. 3-cü qayıdış üçün daha heç bir baryer qalmır. 2-ci məhkumluqdan sonra məhbus azadlığa çıxır, daha böyük problemlərlə üzləşir. İş tapmır, cibində çörək almağa, işıq, qaz, su, elektrik xərclərini ödəməyə pulu da olmur. Ya cinayət eləməlidir, ya da kiminsə əlinə baxmalıdır. İşəgötürənlər əvvəllər məhkum olunmuş şəxslərdən uzaq gəzməyə, onların keçmişinə görə iş verməməyə çalışırlar. Mərkəzi Avropa ölkələrində isə tam əks proses var. Əgər eyni vakant yerə 2 nəfər iddia edirsə, onlardan biri əvvəllər məhkum olunmuş şəxsdirsə, çalışırlar ki, işə məhz həmin şəxsi götürsünlər. Bunu ona görə edirlər ki, şəxs keçmişinə görə cəmiyyətdən kənar qalmasın, öz yerini tutsun. Sovetlər birliyi dövründə məhbəsdən çıxmış şəxslərin işlə təmin olunması praktikası vardı. Belə şəxsləri mütləq qaydada işlə təmin edirdilər. Çalışırdılar ki, azadlığa çıxan məhkuma sahə inspektoru daim nəzarət edirdi. Onun işlə təmin olunması üçün addımlar atılırdı. O dövrdə şəxs azadlığa çıxandan sonra sahə inspektoruna bu haqda məktub gəlirdi. Sahə inspektoru həmin şəxsin qayğısını çəkirdi, işləməməsinin səbəbi ilə maraqlanırdı. İş vermirdilərsə, sahə inspektoru xahişə gedir, məhbəsdən yeni çıxmış şəxsin işlə təmin olunmasını istəyirdi. Polis rəisləri, xidmət üzrə müavinlər daim ərazi üzrə əvvəllər məhkum olunmuş şəxslərlə maraqlanırdılar. Çalışırdılar ki, həmin şəxslər tez bir zamanda işlə təmin olunsunlar. Bu cür addımlar əvvəllər məhkum olunmuş şəxslərin cəmiyyətə inteqrasiyası yolunda çox yaxşı nəticələr verirdi. İşlə təmin olunmuş, maddi durumu normal olan əvvəllər məhkum olunmuş şəxslərin cinayət törətmə ehtimalları da dəfələrlə azalır. Bu gün isə durum fərqlidir. İdarə və müəssisələr özəlləşib, sahə inspektorlarının özəl şirkət sahiblərindən əvvəllər məhkum olunmuşların işlə təminatını xahiş etmək imkanları da xeyli məhdudlaşıb. Özəl mülkiyyət sahiblərinin böyük əksəriyyəti isə əvvəllər məhkum olunmuş şəxslərin adlarını belə eşitmək istəmirlər. Belə şəxslərin işlə təminat məsələsi ortaya gələndə ”Sən Allah, xətanı məndən uzaq elə" deyirlər. Bunun da səbəbləri var. İşsizlik məhkumun geri qayıtmasına yol açan əsas amildir".
Mahmud Hacıyev deyir ki, yenidən cinayət törətmiş məhkumlar ilk sorğu-sual zamanı əsasən işsizlik problemini qabardırlar: “Deyir ki, işsizəm, nə edim? Oğurlamasam, soyğunçuluq etməsəm dolana bilmirəm. Mənim özümə də vaxtı ilə polis rəisi kimi belə cavablar çox veriblər. İnsanlar da var ki, həbsdən çıxıblar, ən ağır işlərə qatlaşıb özlərini, ailələrini dolandırır. Yəni hər kəsin psixologiyası eyni deyil. Ümumilikdə isə belə halların azalması üçün əvvəllər məhkum olunmuş şəxslərlə bağlı çox ciddi addımlara ehtiyac var. İşsizlik, cəmiyyətə adaptasiya problemləri aradan qaldırılmalıdır”.
Tanınmış psixoloq Azad İsazadə deyir ki, məhkum olunmuş şəxslərin reabilitasiyası psixoloji durumlarından çox asılıdır: “İlk dəfə həbs olunan şəxs cəzaçəkmə müəssisəsində yeni mühitlə üz-üzə qalır. Oranın öz ”qanunları", qaydaları var. Oğru dilində buna “varavskoy zakon” deyirlər. Məhbəsə ilk dəfə düşən şəxs oğru dünyasının üzvüdür, deyil, fərq etməz. İnsan, sadəcə, o qaydaları, qanunları qəbul edir. Həmin qayda-qanunlarda kobud ədalət var. Həmin kobud ədalət real ədalət deyil. Amma həmin şəraitə görə həmin qayda-qanunlar keçərlidir. İnsan həmin qaydaları qəbul edir. Etməsə, oradakı çoxluqda olan kontingentlə mübahisə yaranır. Ora ilk dəfə düşmüş şəxs - xırda bir cinayətə, avtoqəzaya görə həbsə alınmış insan içəridəki qaydalarla 4-5 il yaşayır. Həmin müddətdə cəmiyyət inkişaf edir. Həbsə alınan şəxs isə həmin inkişafdan kənarda qalır. Məhkumluq həyatı başa çatandan sonra isə inkişaf etmiş cəmiyyətə uyğunlaşa bilmir. Sosial, psixoloji reablitasiya yoxdur. İş tapmaq problemi həll olunmur. Belə bir halda şəxs özünün 5 il yaşadığı mühitdə olan qayda-qanunlar ədalətli sayır. Biz gündəlik həyatda ədalətsizliklərlə rastlaşırıqsa, belə şəxslər 5 il ərzində formalaşan düşüncəsinə, psixologiyasına görə 2 qat daha artıq rastlaşır. Şüuraltı hesab edir ki, türmə daha ədalətlidir. Yəni psixoloji baxımdan içəri qayıtmaq üçün heç bir baryer qalmır. “Kişinin başına iş gələr” düşüncəsi hakim düşüncəyə çevrilir. İş 1 dəfə gəlibsə, fərqi yoxdur, 2-ci, 3-cü dəfə də, hətta 5-ci dəfə də gələ bilər. Məhbəsdə olmayan şəxsin içəri düşmək qorxusu var. 1 dəfə orada olandan sonra isə bu qorxu da aradan qalxır, adiləşir".
Azad İsazadə deyir ki, əvvəllər məhkumluq həyatı yaşamış şəxslərin reabilitasiyası üçün addımlar atılmalıdır: “Sivil ölkələrdə məhkumların reabilitasiyası üçün xüsusi proqramlar var. 2 istiqamət üzrə tədbirlər görülür. Dövlət penitensiar sistemin tamamilə demoktarikləşməsinə çalışır. Cinayət törətmiş şəxsə münasibət də fərqli olur. Şəxsin yalnız və yalnız azadlıq hüququ əlindən alınır. Qalan hüquqları isə özündə qalır. Hətta elə ölkələr var ki, məhkumların müəyyən kateqoriyası şənbə-bazar günləri öz evlərinə də gedə bilirlər. Digər tərəfdən isə azadlıqdan məhrum edilmiş, həbs müddətini bitməsinə 1 il qalmış şəxslərlə sosioloqlar, psixoloqlar çox ciddi şəkildə işləyirlər. Məşhur terrorçu Breyvik məhbəsdə ola-ola institut bitirib, hazırda elmi iş yazır. Halbuki o, ömürlük həbsə məhkum olunub. Bunu ona görə edirlər ki, birdən sabah şəxsi azadlığa buraxsalar, o, cəmiyyətdə özünü yad bilmir. Breyvik sabah azadlığa çıxıb gedib hansısa institutda dərs də deyə bilər. Bu cür yanaşma bizə gülməli gəlir. Sosial, psixoloji reabilitasiya da məhz məhkum olunmuş şəxslərin cəmiyyətə inteqrasiyası məqsədi daşıyır. Şəxsin həbs müddəti bitəndə onun bircə hüququ - azadlıq hüququ bərpa olunur. Qalan hüquqları isə o, həbsə alınan andan özündə olur. Ona görə də cəmiyyətə inteqrasiyası çox rahat olur, təkrar cinayət yoluna qayıtmır”.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:5-07-2019, 10:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:5-07-2019, 10:41
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti