“HAKİM QAYNATASINI ŞİKƏST EDƏN İDMANÇIYA ƏN AŞAĞI CƏZANI VERDİ” - Bəhruz Dilbazi prezidentə müraciət etdi
Ötən ilin sentyabr ayında keçmiş qayınatası – 1953-cü il təvəllüdlü Bəhruz Dilbazini Binəqədi rayon İcra şöbəsində icra məmurunun otağında 2 azyaşlı nəvəsinin gözü qarşısında döyərək, ağır xəsarətlər yetirən kikboks üzrə 5 qat dünya çempionu Ehram Məcidovun məhkəmə prosesi yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə Ehram Məcidova 3 il 6 ay həbs cəzası kəsilib.
Qeyd edək ki, Ehram Məcidova qarşı Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə), 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma; ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 228-ci (soyuq silah gəzdirmə) maddələri ilə ittiham irəli sürülmüşdü.
Ötən prosesdə dövlət ittihamçısı çıxış edərək, E.Məcidovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Zərərçəkmişin vəkilləri isə prokurorun az cəza istədiyini deyərək etiraz etmişdilər.
Ancaq hakim hətta prokurorun istədiyi cəzanı da xeyli azaldıb. Belə ki, hakim Eldar İsmayılov, qəribə də olsa, Ehram Məcidova qarşı irəli sürülən ittihamları yüngülləşdirib. Onun ittiham edildiyi Cinayət Məcəlləsinin 126.2.3-cü (hansı ki, 9 ildən 12 ilədək cəza kəsilməsi nəzərdə tutulur) maddəsini 126.1-ə (hansı ki, 3 ildən 8 ilədək cəza kəsilməsi nəzərdə tutulur) tövsiv edib. Bundan əlavə, E.Məcidovun ittiham edildiyi 228-ci (soyuq silah gəzdirmə) maddəsini (2 ilədək müddətə islah işlərindən, 3 ilədək həbsə qədər cəza nəzərdə tutulur) 221.1 maddəsi ilə (1000 manat cərimədən 1 ilədək həbs nəzərdə tutulur) tövsiv edib.
Bundan sonra da E.Məcidova həmin maddələr üzrə nəzərdə tutulan ən aşağı cəzanı verib. Belə ki, Ehram Məcidova 126.1–lə ittiham olunan şəxsə verilə biləcək ən aşağı cəzanı kəsib – 3 il. 221.1 maddə ilə isə E.Məcidova 6 ay həbs cəzası kəsib. Bu da, təbii ki, həm zərərçəkmişin, həm də onun vəkillərinin etirazına səbəb olub.
“AzPolitika.info”ya açıqlama verən zərərçəkmiş Bəhruz Dilbazi məhkəmənin qərarı ilə qətiyyən razılaşmadığını bildirdi. Onun sözlərinə görə belə qərarın verilməsi cinayətə bəraət qazandırmaq hesab oluna bilər: “Ehram Məcidov ötən il icra məmurunun otağında, 2 azyaşlı körpənin gözü qarşısında, xüsusi amansızlıqla mənə ağır xəsarətlər yetirib. Mənim üzərimə soyuq silahla – beşbarmaqla hücum edib. Düşünürəm ki, məqsədi məni öldürmək olub. Müəyyən fiziki hazırlığım olduğundan bunu həyata keçirə bilmədi. Ancaq beşbarmaqla vurduğu zərbələr nəticəsində koma vəziyyətinə düşdüm. Ondan sonra uzun müddət müalicə almışam. Dəfələrlə əməliyyat olunmuşam. Başımın iç hissəsi hazırda da plastiklə əvəzlənib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılov mənə belə bir amansızlıqla xəsarət yetirən adamın heç bir əsas olmadan ittiham olunduğu maddələrini dəyişərək, ona yüngül cəza vermişdir. Eldar İsmayılov hakim kimi deyil, qarşı tərəfin vəkili kimi davranmışdır. Hakim absurd olaraq belə qənaətə gəlmişdir ki, İcra Şöbəsində, müvafiq icra hakimiyyətinin mövcud olduğu təşkilatda Ehram Məcidovun etdikləri xuliqanlıq deyil. Eləcə də azyaşlı uşaqların gözü önündə məni dəfərlə beşbarmaqla vurmasında xüsusi amansızlıq yoxdur. Beşbarnmaqla mənə ölümünə zərbələr vurduğu halda hakim bunu 221.1-ci maddə ilə tövsiv etmişdir.”.
Bəhruz Dilbazi mətbuat vasitəsilə ölkə prezidentinə müraciət edərək bildirdi ki, bu gün Ehram Məcidovun idmançı olduğu üçün və ya başqa bir səbəbdən ədalətli cəzadan yayındırılması sabah ölkədə cəzasızlıq mühiti yarada bilər: “İdmançıların bütün davranışı əslində ictimaiyyətə nümunə olmalıdır. Ancaq Ehram Məcidovun adı, əsasən, “razborkalarda” iştirakla gündəmə gəlib. Dəfələrlə başqalarına xəsarət yetirib. 2012-ci ildə qoşulduğu davalardan birində özü də xəsarət almışdı. Qızımın ondan ayrılmasının səbəbi də ona qarşı daim şiddət uyğulaması olmuşdur. Dəfələrlə qızımı öldürəcəyi ilə hədələmişdi. Bıçaqla, qayçı ilə uşaqlarının gözü qarşısında qızımı hədələyirdi. Uşaqlar ata kimi ondan qayğı görməyib. Dəfələrlə qızım bununla bağlı “102”yə məlumat verib. Araşdırıb baxa bilərsiniz. Bütün bunlara görə qızım 2014-cü ildə boşanmaq qərarı aldı. Əlbəttə, başqa səbəblər da var, bununla bağlı da lazım gələrsə açıqlama verə bilərəm.
Qızım boşandıqdan sonra da təhdidləri davam etdirir, hətta mənə dəfələrlə hədə-qorxu gəlmişdi. Ən dəhşətlisi odur ki, bu hədələrini açıq şəkildə indi də davam etdirir. Binəqədi rayon Məhkəməsində, telefonla arayaraq təhdid edir ki, “Hazırlaş, qısa zamanda gəlib səni öldürəcəyəm”. Bununla bağlı mənim vəkilim Baş Prokurorluğa da müraciət edib. Ancaq, təəssüf ki, nəinki buna görə məsuliyyətə cəlb olunub, hətta prokurorluq da ona yüngül cəza istədi. Onun əməllərinə 15 il cəza düşdüyü halda, cəmi 8 il iş istənildi. Niyə? Mən Ehram Məcidovun cəzasını çəkməsini tələb edirəm. Cinayətkarın cəzası mütləq verilməlidir. Bundan əvvəl də o cinayət məsuliyyətinə cəlb olunub. Bir idmançi iki dəfə ağır cinayət törətdiyi üçün məsuliyyətə cəlb olunur, ancaq layiqli cəzasını almır. Kimdir bu?”.
Bəhruz Dilbazi ölkə prezidentindən bu işi nəzarətə götürməsini xahiş edir: “Belə ağır cinayəti törədən şəxs 6 aydan sonra azadlığa çıxacaq. Üstəlik də çıxıb məni öldürəcəyini bildirdiyi halda… Beş qat dünya çempionudur deyib, cinayət törədib azadlıqda gəzməlidir? Mən isə əmək qabiliyyətimi itirmişəm. Aldıığm zərbələrdən başımda ciddi xəsarətlər qalıb. Eşitmə, görmə qabiliyyətimi böyük ölçüdə itirmişəm. Bu necə hüquqdur? Mən ədalət tələb edirəm. Ölkə rəhbərliyindən bu işi nəzarətə götürməyi xahiş edirəm! ”
Bəhruz Dilbazinin sözlərinə görə hakimi belə bir qərar çıxarmağa hazırlaşdığı əvvəlcədən məlum olub:“Hakim Eldar İsmayılovun niyə belə qərar çıxardığı mənə məlumdur, əlimdə konkret faktlar var. Bunları da açıqlamağa hazıram. Eldar İsmayılovun belə qərar çıxaracağını bildiyimdən, dəfələrlə Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevə müraciət etmişdim ki, qanunsuzluğa yol veriləcək. Təəssüf ki, diqqətə alınmadı. Mən hakimin Ehram Məcidova himayədarlıq edərək ona həddən artıq yüngül cəza verməsinin səbəblərilə, hansı vasitələrlə olması ilə bağlı əlimdəki mötəbər faktları əvvəlcə Məhkəmə Hüquq Şurasına təqdim edəcəm. Ondan sonra mətbuata da açıqlayacam. Araşdırılsın görək, Eldar İsmayılov indiyədək hansı işdə belə “humanistlik” edib? Bu işdə “humanistlik” edəcəyi isə əvvəlcədən planlaşdırılmışdı. Hətta bu işin Eldar İsmayılovun icraatına verilməsi də təsadüfi olmayıb. Bu haqda da açıqlamalarım olacaq. Diqqət edin ki, hakim Ehram Məcidovun ittiham olunduğu maddələri dəyişdirərək, yüngül maddələrlə əvəzlədikdən sonra da ona minimum cəza kəsib. Şikayətçi var, maddi ziyan ödənməyib, mülki iddia təmin olunmayıb, səmimi peşmançılıq yoxdur – minimum cəza necə verə bilərsən? 126.1 –in minimum cəzası 3 ildir. Hansı haqqla, hansı hüquqa söykənərək belə ağır cinayətə 3 il cəza verilir? Eldar İsmayılov bu iş üzrə hakim təyin olunmazdan əvvəl bu işlə məşğul idi. Əlimdə konkret faktlar var. Əvvəlcə Məhkəmə Hüquq Şurasına, sonra mətbuata təqdim edəcəm. Necə olur ki, hökm elan olunmazdan hamı bilirdi ki, nə qədər cəza kəsiləcək? Hətta özü dəfələrlə təcridxanadan mənə xəbər göndərmişdi ki, 3 il 6 ay cəza alacam.Məhkəmə müşavirə otağına getməzdən 1 ay əvvəl bu adam cəzasını necə bilirdi? Mənim bununla bağlı Baş Prokurorluğa, Bakı Ağır Cinayətlər Məhkəməsinin sədrinə müraciətlərim var. Təəssüf ki, nəzərə alınmadı.”
Vəkil Ceyhun Yusifov isə bildirdi ki, Ehram Məcidova cəza verildi demək doğru deyil: “ Məhkəmənin qərarı onun cəzasızlığının rəsmiləşdirilməsidir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılov tərəfindən birmənalı olaraq tam əsassız hökm çıxarıldı. Hakim qaynatasının şikəst edən idmançıya ən aşağı cəzanı verib. Təbii ki, bu qərardan şikayətçiyik. Hüququn imkan verdiyi bütün vasitə və üsullardan istifadə edərək ədalətli qərarın çıxarılması uğrunda mübarizə aparacağıq. Qanun hamıdan üstündür. Kiminsə hansısa naliyyətlərinin olması onun törətdiyi cinayət əməlinə qiymət verilərkən nəzərə alına bilməz. Ehram Məcidovun idmanda əldə etdiyi naliyyətlər hüquqdan bir pillə aşağıdadır. Odur ki, qanunun aliliyini sübut etmək üçün mübarizə aparacağıq. Hakimin çıxardığı qərar yalnız zərərçəkmişlərin deyil, cəmiyyətin mənafeyinə ziddir. Çünki belə qərarlar cəmiyyət üçün xoşagəlməz nümunələr yaradır. Hesab edirəm ki, yuxarı məhkəmə inistansiyası Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun çıxardığı yanlış qərarla bağlı öz sözünü deyəcək”.
Vəkil Ceyhun Yusifov bildirdi ki, Bəhruz Dilbazi tanınmış ziyalıdır, alimdir:“Müharibə vaxtı xeyriyyəçiliklə məşğul olub. Qazaxda özünümüdafiə batalyonuna şəxsi vəsaiti hesabına köməklik göstərib. Ehram Məcidov belə bir insana ağır xəsarətlər yetirərək, onu demək olar ki, şikəst edib. Bəhruz müəllimin həyatda qalması belə möcüzədir. Allah saxlayıb. Bəhruz müəllim Ehram Məcidovun ona yetirdiyi ağır xəsarətlərdən sonra dəfələrlə əməliyyat olunub. Yaxınlarda daha 2 əməliyyat keçirəcək. Bütün ailə ağır vəziyyətə düşüb. Ehram Məcidov bir ailənin həyatını qaraldıb. Belə bir adama bu qədər yüngül cəza verilməsi nə hüquqa sığır, nə də vicdana. Ümid edirəm ki, yuxarı məhkəmə inistansiyası bu ədalətsizliyi aradan qaldıracaq.”
Yazıdakı itihamlarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. /azpolitika.info/
Paylaş:
Müəllif : Yazar
Tarix:26-06-2019, 15:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-06-2019, 15:48
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01