Ac saxladı, işgəncə verdi: Qohumları videoya çəkib yaydı – MƏHKƏMƏ + FOTO
Azərbaycan rayonlarının birində (adını qeyd edəcəyik) baş vermiş cinayət hadisəsinin təfərrüatı bəlli olub.
Cinayət işinin motivlərini təqdim edir.
Hadisənin təsvirinə keçməmişdən öncə qeyd edək ki, bu nə adam öldürmədir, nə narkotik satışı, nə də dələduzluq. Bu elə bir cinayət hadisəsidir ki, az qala ölkənin bütün regionlarında müşahidə olunur – hansısa qeydə alınır, hansısa yox.
Söhbət əzab vermədən gedir. Cinayət hüququnda əzab verməyin tərifi belədir: “Mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə”.
Əlqərəz, Gədəbəyin Nova İvanovka kəndində bu əmələ məruz qalan şəxs 1934-cü il təvəllüdlü Səkinə Həsənovadır.
Səkinə Həsənova hələ gənclik zamanında evləndikdən sonra taleyinə düşən övlad payını əcəl tez aparıb.
Səkinə Həsənova qızı öldükdən sonra ərindən ayrılıb və bundan sonra bir daha ailə həyatı qurmayıb.
Səkinənin bacısı Bahar da heç zaman evlənməyib, 1988-ci ildə Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti özünün yeni mərhələsinə keçdikdə, proseslərin qurbanlarına çevriliblər.
Səkinə bacısı Baharla birlikdə Ermənistandan qaçqın düşərək Daşkəsənin Kəmərqaya kəndində məskunlaşıb.
Bundan sonra da tale Səkinənin üzünə gülməyib, 1991-ci ildə bacısı Bahar vəfat edib.
Bacısının vəfatından sonra Səkinə Kəmərqayada tək yaşayıb. 1993-cü ildə digər bacısı Sayalı onu Nova İvanovka kəndinə gətirib öz evində saxlayıb.
Səkinə gününü küçələrdə keçirir, yollardan boş butulka, zibil yığır. Bacısı Sayalı belə hərəkətlərinə görə Səkinəni tez-tez evindən qovub.
Daha sonralar isə Səkinə o biri bacısı Sayalını da itirir. Tək qalan Səkinəni dayısı oğlu Qəzənfər 2018-ci ilin payızında qeyri-rəsmi şəkildə himayəyə götürür.
İstintaq materiallarından görünür ki, ağlı başında olmayan Səkinə əvvəlki vərdişini davam etdirir, yenidən küçələrdən zibil, boş butulkalar yığır.
Səkinə nənə küçələrdən tarlalara da istiqamət alır və sakinlərin taxılını əzir. Qəzənfər bu hərəkətlərinə görə, onu dəfələrlə döyür.
İş o həddə çatır ki, Qəzənfər altsheymer xəstəsi olan bibisi qızı Səkinəyə üç il ərzində döyməklə əzablar verir.
İztirabların müəllifinə çevrilən Qəzənfər Səkinəni tövləyə salır, tövlənin qapısını bağlayır.
İstintaq müəyyən edib ki, Qəzənfər tövlədə Səkinənin qollarını, boğazını kəndirlə taxtaya bağlayaraq onu ac-susuz saxlayıb.
Bu azmış kimi o, Səkinə üçün dövlət tərəfindən təyin edilmiş təqaüd kartını da mənimsəyir və pulları özü üçün götürərək ehtiyaclarına xərcləyir.
Ancaq necə deyərlər, zalımın zülmü varsa, məzlumun da ahı var. Taleyin ironiyasına bax ki, Səkinənin tövlədə olarkən videosunu çəkib internetə yayanlar elə Qəzənfərin öz qohumları olub.
Onlar ahıl qadına əzab verilməsinə dözməyərək bu addımı atıblar, gizli şəkildə Səkinənin tövlədəki halını əks etdirən video çəkərək onu internetdə yayımlayıblar.
İstintaqın əlinə keçən Qəzənfər Cinayət Məcəlləsinin 133.2.4-cü (köməksiz vəziyyətdə olan insana əzab vermə), 145.2.5 -ci (Qanunsuz azadlıqdan məhrum etmə zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə), 179.2.4-cü (Mənimsəmə və israfetmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirli bilinib. Məhkəmənin hökmü ilə ona 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Qeyd edək ki, Səkinə Həsənova 2021-ci ilin iyun ayından Sosial Xidmətlər Agentliyinin müəssisələrindən birinə yerləşdirilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:21-12-2021, 17:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |