reklam
Regionxeberlericom.az » Hadisə » Azərbaycanda hamilə gəlinə təcavüz edilib

reklam

Azərbaycanda hamilə gəlinə təcavüz edilib


Saatlı rayonunda zorlamada təqsirli bilinən 1989-cu il təvəllüdlü Amil Babayevin (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İki uşaq atası olan Amil Babayev 2 noyabr 2018-ci il tarixdə, saat 23 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi VAZ-2101 markalı avtomaşına benzin doldurmaq üçün Saatlı rayonun Şirinbəy kəndinin ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinə gəlib.

Həmin vaxt o, əri Samir Səmədov və onun valideynləri ilə birlikdə kənddə yaşadığı evdən acıq edərək çıxmış və anası Yetər Əliyevanın Sabirabad şəhərində yerləşən mənzilinə getməkdən ötrü yolun kənarı ilə Şirinbəy kəndinin çıxışına doğru hərəkət edən 2000-ci il təvəllüdlü Səbinə Səmədovanı görüb.

Maşınına minmək istəmədi, izləməyə başladı

Bu zaman Amil Babayev Səbinə Səmədovaya fiziki zor tətbiq etməklə cinsi əlaqədə olmaq qərarına gəlib. Bu səbəbdən o, avtomobilini onun yanında saxlayaraq maşına əyləşməsini təklif edib.

Amma Səbinə Amilin avtomobilinə minmək istəməyib və onun bu təklifindən imtina edib. Təklifindən imtina edildiyini görən Amil yolboyu piyada hərəkətdə olan Səbinəni izləyib.

Zorla maşınına mindirdi

Həmin vaxt Amil məqsədinə nail olmaq üçün avtomaşını Səbinənin yanında saxlayıb və onun sağ biləyindən tutaraq uca səslə üstünə qışqırıb, onun avtomaşına minməsini tələb edib.

Amil fiziki zor tətbiq etməklə Səbinəni avtomaşının qabaq sağ oturacağına əyləşdirib və düyməni basaraq qapını bağlayıb.

Çöllük sahədə qadına dəhşət yaşatdı

Həmin vaxt Amil Səbinən Şirinbəy kənd sakini Samir Səmədovun arvadı olduğunu deməsinə və qışqıraraq yalvarmasına, öz evlərinə aparmaq barədə xahişinə məhəl qoymayıb.

Belə olan halda Amil Səbinəyə zor tətbiq etməklə avtomobildən düşməsinə imkan verməyib və avtomaşını idarə edərək Saatlı rayonun Məmmədabad kəndi ərazisində qaranlıq çöllük sahəyə sürüb.

Hamilə olmasına da əhəmiyyət vermədi

Orada avtomobili saxlayıb və Səbinəni nalayiq şöyüşlər söyüb, bu gecə yanında olacağını və onu heç yerə buraxmayacığını bildirib.

Həmin vaxt Səbinə Amilə hamilə olmasını desə də, Amil onun bu sözlərinə də əhəmiyyət verməyib. Sonra avtomobildən düşərək Səbinəni oturduğu oturacaq istiqamətinə gəlib və onu zorla maşından düşürüb.

Müqavimətini qırdı və təcavüz etdi

Amil Səbinəni avtomobildən düşürdükdən sonra itələyərək yerə yıxıb. Sonra əlləri və ayaqları ilə müqavimət göstərən Səbinənin müqavimətini qıraraq əynində olan paltarını soyundurub.

Daha sonra Amil Səbinə ilə intim əlaqədə olmağa başlayıb.

5 il 6 ay cəza və ümumi rejim

İstintaq orqanı tərəfindən Amil Babayevin barəsində Cinayət Məcəlləsinin 149.1-ci (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) maddəsi ilə ittiham elan edilib.

Amil Babayevin cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Oruc Cəlilovun sədrlik etdiyi kollegiyada baxılıb.

Məhkəmənin hökmü ilə Amil Babayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi hökm edilib.

Hökmdən narazı qalan Amil Babayev apelyasiya şikayəti verib. İki azyaşlı uşağının olduğunu qeyd edən məhkum cəzasının yüngülləşdirilməsini istəyib.

Amil Babayevin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Elşad Əliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Amil Babayevin şikayəti təmin edilməyib.


Paylaş:


Müəllif : Tarix:
22-06-2019, 22:15
Sikayət   


loading...
Загрузка...