“Ağdamda bütün binalar darmadağın edilib” - alman jurnalistin Ağdam təəssüratları
"Der Freitag.de” saytının müxbiri Nik Afanasjev: "İki minarəli məsciddən başqa bütün binalar darmadağın edilib”
Almaniyanin "Der Freitag.de” saytının müxbiri Nik Afanasjevin Dağlıq Qarabağdan hazırladığı yazıda diqqətçəkən məqamlar çoxdur. Onları bir-bir diqqətinizə çatdıracam.
Məqalədə mənə ən çox təsir edən Ağdamla bağlı qeyd oldu. Nə yazıq ki, mən heç vaxt Ağdamda olmamışam. Müxbir Nik Afanasjevin sözlə cızdığı Ağdam məni dəhşətə gətirdi. Maraqlıdır ki, jurnalist də gördüklərindən şok keçirib. Yazır ki, bu şəhərin düşdüyü vəziyyət haqqında məlumatlı idim. Buna baxmayaraq gördüklərim məni sarsıtdı.
Ağdam haqqında danışan bir erməni jurnalistə deyir ki, bir vaxt Ağdamın bazarından ürəyin istəyən hər şeyi ala bilərdin. İndi isə Ağdam Hiroşimanı xatırladır. İşğala qədər 40 min adamın yaşadığı şəhərdəki bütün binalar raket atəşi altında darmadağın olub. Xarabaya çevrilmiş şəhərdə ayaqda qalan yalnız iki minarəli məsciddir və bu, jurnalistə xeyli təəccüblü gəlib. Çünki dərhal diqqət çəkən bu məscid sübut edir ki, bu ərazi müsəlmanlara məxsusdur. "Nə yaxşı ermənilər bu məscidi dağıtmayıblar”, bu suala jurnalisti Ağdama aparan erməni sürücü çiynini çəkməklə cavab verir.
Başqa kimsədən nəsə soruşmaq isə mümkün deyil. Çünki burada adam yaşamır.
XIX əsrə aid olan məscidin qarşısındakı nar ağaclarının kölgəsində 7 inək otlayır...
Xatırladaq ki, Hiroşima bəşər tarixində nüvə silahının hərbi məqsədlə tətbiq olunduğu ilk şəhərdir. ABŞ Silahlı Qüvvələri tərəfindən Yaponiyanın kapitulyasiyasını sürətləndirmək məqsəd ilə həyata keçirilib. 1945-ci il 6 avqust tarixində "B-29” bombardman təyyarəsi kod adı "Balaca oğlan” olan atom bombasını Yaponiyanın Hiroşima şəhərinə atıb. Nəticədə 150 min nəfər məhv olub.
Azərbaycanımızın bir parçası olan Ağdam indi belə bir tarixi fəlakət yaşamış şəhərlə müqayisə olunur...
Jurnalist Xankəndində təşkil olunmuş futbol turnirindən bəhs edir. Müstəqil Futbol Konfederasiyası tərəfindən təşkil edilən yarışın açılış törənini aparan şəxsi ironiya ilə FIFA-nın sabiq prezidenti Yozef Blatterə bənzədən jurnalist onun aşağıdakı fikrinə diqqət çəkir: "Bu gün Avropanın paytaxtı Stepanakertdir”. Və natiqin bu çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanır. Məqalədə qeyd olunur ki, hazırda Dağlıq Qarabağda (yazıda daha çox "Artsaq” ifadəsi işlədilir) 150 min əhali yaşayır. Onlardan 12 min nəfəri futbol yarışının açılışına qatılıb...
Jurnalist yazır ki, qanuni baxımdan bu ərazi Azərbaycana məxsusdur. Ancaq hazırda Ermənistanın nəzarətindədir. İrəvandan avtobusla bura 7 saata gəlmək olar.
Müstəqil Futbol Konfederasiyası 2013-cü ildə yaradılıb. Hazırda heç bir ölkə tərəfindən tanınmayan 55 üzv ölkə bu qurumda bir araya gəlib. 2014-cü ildə yaradılmış "Donetsk Xalq Respublikası” və "Luqansk Xalq Respublikas”nın futbol komandaları da bu turnirə qatılmaq fikrində idi. Ancaq bəli olmayan səbəbdən onlar son anda turnirə gələsi olmadılar.
39 yaşlı yerli alverçi Armen jurnalistə deyir ki, əlbəttə, tanınmayan ölkələr üçün belə bir turnirin keçirilməsi yaxşıdır. Ancaq tanınan ölkələrin futbol turniri daha maraqlı olur. Alverçi bildirir ki, yerli gənclər elektron siqaretə (E-siqaret) daha çox maraq göstərir. Burada kişilərin hamısı siqaret çəkir, qadınlar isə siqaret çəkmir və alverçi hesab edir ki, bu, elə belə də olmalıdır. Qadın siqaret çəkməməlidir.
Armen söyləyir ki, onun uşaqlığı müharibə illərinə təsadüf edib: "Başimiza bomba yağanda mən burada idim”. Jurnalist yazır ki, Armen heç vaxt başqa ölkələrdə olmayıb. O, deyir ki, mən Almaniyaya getmək üçün bir il yalnız su və çörəklə keçinməliyəm və pul yığmalıyam: "Burada yaxşı iş tapmaq çətindir. 100 avro ala bilərsən. Ən yaxşı işdə isə 500 avro da qazanmaq olar”. Qeyd olunur ki, gənclər daha çox hərbçi və polis olmaq istəyir. Çünki onlara yüksək maaş verilir, yəni 500 avronu məhz onlar alır: "Bu maaşın yüksəkliyinə görə bir çoxu müharibənin bitməsini istəmir. Axı müharibə bitsə hərbçilərə kimsə o qədər maaş verməz”...
Daha sonra isə Armen əsəbləşir və deyir ki, azərbaycanlılara inanmaq olmaz: "Onlar bazarda pomidor satmaqdan başqa bir işə yaramırlar..."
Jurnalist yazır ki, bir bazar alverçisi "bazar alverçisi” adlandırdığı başqa birisinə dodaq büzürsə oradan uzaqlaşmaq lazımdır. (Etiraf edim ki, bu cümlə mən xüsusi ləzzət verdi. E.H)
Məqalədə deyilir ki, Dağlıq Qarabağda "Toyota-Limouzin”lərlə tez-tez qarşılaşmaq olar. Hərbçilər və polislər həmin avtomobildən istifadə edir. Onlar ağzında dişi qalmayan nənələrin yanından sürüb gedirlər. Dağlıq Qarabağın iqtisadiyyatından danışmağa dəyməz. Yalnız kənd təsərrüfatı mövcuddur. Sovet dönəmindən qalan fabriklər çoxdan qapanıb. Buraya sərmayə qoyuluşu da yox səviyyəsindədir. Yerli istehsalda olan ən yaxşı şey "vətənpərvərlik əhval-ruhiyyəsidir”.
Münaqişə hər addımda özünü göstərir. Turnirin açılışı ərəfəsində Azərbaycan tərəfindən snayper 18 yaşlı əsgəri vurub öldürdü. O, hərbi xidmətini başa vurmaq ərəfəsində idi. Ən ağır döyüşlər isə 2016-ci ildə oldu...
Jurnalist yazır ki, münaqişənin həlli ağlabatan görünmür. Çünki Ermənistan və Azərbaycanın münaqişənin həlli ilə bağlı fikirləri tam fərqlidir. Azərbaycan ərzilərin qaytarılmasını tələb edir, Ermənistan isə belə düşünmür.
Yeni baş nazir Nikol Paşinyanın gəlişi Dağlıq Qarabağda da insanlar tərəfindən ümidlə qarşılanıb. Ona münasibət yaxşıdır. Baxmayaraq ki, keçmiş prezident Serj Sarkisyan əslən bu regiondan idi. Burada düşünürlər ki, Nikol Paşinyan maaşları qaldıra bilər. Yerli məmurların xalqa yaxınlaşması və daha düzgün çalışması da mümkün görünür. Burada "demokratiya” sözü isə çox nadir hallarda işlədilir...
Elbəyi Həsənli, Sürix
Musavat.com
Paylaş:
Müəllif : Yazar
Tarix:22-06-2019, 17:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:22-06-2019, 17:25
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26