Bakıxanovda 8 binanın alkaponları sökülür -sakinlər etiraz edir
Bakıda “Diqlas” Ticarət Mərkəzinin yanmasından sonra “Uğur-2" yaşayış kompleksinin 8 binasının alkapon üzlükləri sökülməkdədir. Artıq 3 binanın alkaponlarının qoparılması qalıb. Binaların fasad üzlüklərinin sökülməsinə səbəb alkaponların tezalışan maddə olmasıdır.
Doğrudur, alkapon üzlüklər xüsusi yaraşıq verirdi, şirkət buna külli miqdarda vəsait xərcləmişdi. Ancaq “Diqlas” yanğını məsələni qətiləşdirdi və söküntü reallaşdı. Əks halda, alkaponlar sökülməyəcəkdi.
İndi sakinləri maraqlandıran binaların fasadlarına nə üzlük vurulacağıdır. Bildirilir ki, 8 binanın fasadına sadə emusiya vurulması nəzərdə tutulub. Sakinlər isə gözləyirdilər ki, başqa üzlük vurulacaq, binaların zahiri gözəlliyi başqa komplekslərdən fərqlənəcək. Çünki əvvəlki görünüşü barədə həmişə başqaları ağız dolusu danışırdılar, tərifləyirdilər.
İndi isə sadə emusiya ilə binaların fasadlarının rənglənməsi heç də sakinlərin ürəyincə deyil. Onu da deyək ki, hazırda binaların həyətinə giriş məhdudlaşdırılıb, fəhlələr işi davam etdirir, ərazidə qərargah qurulub, yanğınsöndürən maşın keşik çəkir. Bir neçə il qabaq binaların alkapon üzlüklərinin yığışdırılması barədə tapşırıq olub. Lakin işin ağırlığına görə gündəmdən çıxıb.
“Diqlas” Ticarət Mərkəzinin yanması, ətrafdakı alkapon üzlüklü obyektlərin külə dönməsi “Uğur-2" ilə bağlı real addım atmağa vadar edib. Ona görə də 2000-dən çox sakinin yaşadığı 20 mərtəbəli 8 binanın bütün alkaponları sökülməlidir.
Bildirilir ki, alkaponlar söküldükən sonra mənzillərin çıxarışları (kupça - E.S.) sakinlərə paylanacaq. Hətta iddialar var ki, alkaponların sökülməsi şərt kimi qarşıya qoyulub, yalnız bu halda “kupça”lar şirkətə verilə bilər.
Bu qərar isə sakinlərin ürəyincədir. Onlar deyirlər ki, həm çıxarışların verilməsi prosesi sürətlənəcək, həm də təhlükəsizlik tədbirləri görülür.
Sakinlər bildirirlər ki, bu alkaponlar binalara xüsusi yaraşıq versə də, əsas məsələ insanların təhlükəsizliyidir.
2015-ci ilin mayında Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş məşum yanğın hadisəsində böyük itkilərin olması da məhz hündürmərtəbəli binanın tezalışan - poliuretan adlı materialla üzlənməsi ilə əlaqələndirilmişdi.
İstintaqın gəldiyi, sonradan məhkəmə hökmü ilə bərkidilən qənaətə görə, binanın üzlüyü tezalışan kimyəvi birləşmələrdən ibarət olub və yanarkən zəhərli qazlar ayrılıb.
Son illərdə Azərbaycanda yaşayış və ofis binalarının fasadlarına alkapon üzlüklərin çəkilməsi geniş yayılmışdı. Halbuki bu inşaat materialı həm yanğın, həm də sağlamlıq baxımından təhlükəlidir.
Bəzi iddialara görə, alkapon biznesinin arxasında güclü əl və ya əllər olduğundan bu inşaat materialından istifadə geniş yayılmışdı.
Amma alkaponun həm sağlamlığa təhlükə yaratması, həm də yanğına qarşı həssaslığı təhlükələrə yol açır. Bu barədə danışanlar konkret faktlar da göstərirlər. Məsələn, bir neçə il qabaq “Binə” ticarət mərkəzində şüşə-alkapon konstruksiyalardan ibarət paltar satışı mağazası yanmışdı.
Ekspertlər də bildirirlər ki, alkapon örtüklər oda qarşı həddən artıq həssasdırlar, qısa müddətdə alışır və alovlanır, yanğını qarşısıalınmaz məcraya yönəldə bilir. İsti, günəş şüaları alkopana pis təsir göstərir. Alkapon vurularkən havanın izolyasiyası istənilən səviyyədə olmur. Bu material həm də səs ötürəndir. Qısa bir vaxt keçəndən sonra onun dekorativ xüsusiyyətləri də itir. Mütəxəssislər hesab edirlər ki, onu sənayedə istifadə etmək olar. Lakin inzibati binalarda, yaşayış məntəqələrində, məktəb, bağçaların tikintisində istifadə etmək məsləhət deyil.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:21-06-2019, 10:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:21-06-2019, 10:46
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Dünən, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
28-11-2024, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
28-11-2024, 10:11