“Lotu Quli”nin adamı saxlanıldı
Rusiyanın Samara vilayətində Azərbaycan diaspora nümayəndələri arasında narazılıq pik həddə çatıb.
regionxeberlericom.az xəbər verir ki, bu barədə "CO Onlayn” nəşri məlumat yayıb.
Məlumatda qeyd olunur ki, hazırda Birləşmiş Ərəb Əmirliyində yaşayan azərbaycanlı "qanuni oğru”, kriminal aləmdə "Lotu Quli” kimi tanınan Nadir Səlifovun metodları regionda artıq etirazla qarşılanır.
Nəşr iddia edir ki, azərbaycanlı "qanuni oğru”nun Samaradakı nümayəndəsi Zaur Novruzovdur. O, 2019-cu ilin aprelində sözügedən ərazidə "Sxodka” keçirib. 30 nəfər Azərbaycan diaspora nümayəndəsinin iştirak etdiyi yığıncaqda sahibkarlardan pul yığılması tələb olunub. Lakin Novruzovun bu tələbi narazılıqla qarşılanıb. Belə ki, bəzi tərəflər onun bu pulların böyük qismini özünə götürdüyünü iddia ediblər. Nəticədə tərəflər arasında dava düşüb və Novruzov əlindən bıçaq yarası alıb. Bundan başqa Zaurun yanında olan 32 yaşlı Yalçın Tamazanov da sinəsindən bıçaqlanıb.
2019-cu ilin mayın 10-da Novruzovun əhatəsində olan iki şəxs güllələnib. Bunlar "sxodka”da sinəsindən bıçaq zərbəsi alan Yalçın Tamazanovla Elçin Xəlilov olub. Maraqlıdır ki, hər iki şəxs tibbi yardımdan imtina ediblər. Qısa zaman sonra isə onlar Samara vilayətindən ayrılıblar.
Bu hadisələrdən sonra Zaur Novruzov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik maddə aşkarlanıb. Lakin "Lotu Quli”nin adamı bunu inkar edərək narkotikin onun cibinə qəsdən atıldığını bildirib. Nəşrin məlumatına görə, bəzi azərbaycanlılar Nadir Səlifovun biznesini aparma üsulundan narazıdırlar. Son baş verən hadisələr də məhz bundan qaynaqlanır.
Paylaş:
Müəllif : Yazar
Tarix:21-06-2019, 09:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:21-06-2019, 09:26
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Dünən, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
28-11-2024, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
28-11-2024, 10:11