Azərbaycan polisi rusiyalı həmkarları ilə birgə əməliyyat keçirdi - HƏBS OLUNANLAR VAR
Azərbaycan Respublikasının və Rusiya Federasiyasının daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən, cari il iyunun 3-dən 10-dək hər iki ölkənin sərhədyanı rayonlarının ərazisində «Sərhəd» şərti adı altında birgə kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib.
regionxeberlericom.az DİA.AZ-a istinadən xəbər verir ki, əməliyyatın əsas məqsədi transmilli mütəşəkkil cinayətkar dəstələrin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində birgə kompleks təşkilati-praktiki tədbirlərin, həmçinin sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların icrasının yerinə yetirilməsi olub.
Rusiya Federasiyası Dağıstan Respublikasının sərhədyanı bölgələrini və ölkəmizin Qusar, Quba, Xaçmaz, Zaqatala, Şəki, Balakən, Qəbələ, Qax və Oğuz rayonlarını əhatə edən tədbirlər nəticəsində müxtəlif cinayətlər törətdiklərinə görə axtarışda olan 31 şəxs, o cümlədən Rusiya Federasiyası tərəfindən axtarılan 16 nəfər tutulub, itkin düşmüş hesab olunan 6 nəfər tapılıb, dövlətə borclu qismində axtarılan 63 nəfər saxlanılıb.
Qanunsuz saxlanılan 8 avtomat silahı, 2 qumbaraatan, 1 pulemyot, 6 tapança, 100 tüfəng, 37 qumbara, 36 ədəd silah sandıqçası, 23 qumbara alışdırıcısı, 15 ədəd müxtəlif hərbi ləvazimat və sursat, 7716 ədəd müxtəlif çaplı patron götürülüb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqədar 13 fakt aşkar olunub, ümumi çəkisi 5 tona yaxın 10753 ədəd çətənə kolu məhv edilib.
Bundan başqa, tədbirlər zamanı ölkəmizin sərhədyanı rayonlarının ərazisində törədilən 5 müxtəlif cinayətin açılması da təmin edilib.
Ümumən insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına, həmçinin hər iki dövlətin milli maraqlarına, qanunçuluq prinsiplərinə ciddi riayət olunmaqla gerçəkləşdirilən belə birgə kompleks əməliyyat-axtarış tədbirlərinin gələcəkdə də keçirilməsi planlaşdırılır.
Paylaş:
Müəllif : Yazar
Tarix:13-06-2019, 12:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-06-2019, 12:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26