Bakıdakı "Kral" şadlıq evi bədlik gətirir... - VİDEO
Ölkəmizdəki bir sıra şadlıq evlərində zaman-zaman ciddi qanun pozuntularının aşkarlandığı, əlaqədar qurumların bu qəbildən olan şadlıq evlərinə qarşı tez-tez müxtəlif cərimələr tətbiq etdiyi məlumdur.
Lakin şadlıq evləri ilə bağlı şikayətlərin hələ də davam etdiyi təəssüf doğuran reallıqlardan biridir.
Bu günlərdə Moderator.az-a paytaxtdakı Həsən Əliyev küçəsində yerləşən “Kral” şadlıq evinin qanunazidd fəaliyyəti ilə bağlı ilginc videomaterial fakt daxil olub.
Videodan da göründüyü kimi, şadlıq evinin kababxanasından qalxan tüstü bütün ətraf əraziləri hisə qərq etməkdə, əsl “müharibə şəhəri” effekti yaratmaqdadır. “Kral”dan yüksələn tüstü o qədər qatıdır ki, bu mənzərəni ilk dəfə görən şəxsə elə gəlir ki, yanan manqallardakı kababların yağı deyil, şadlıq sarayının özüdür.
“Kral” şadlıq sarayının bu şəkildəki fəaliyyətindən ən çox narazı olan isə heç şübhəsiz həmin əraziyə yaxın yerlədə yaşayan vətəndaşlardır. Belə gedərsə, isti yay günlərində təmiz havanın həsrəti ilə yaşayan sakinlərin günün-günorta vaxtı öz mənzillərində əleyhqazla dolaşacağı gün uzaqda deyil. Hətta Moderator.az-a daxil olan məlumata görə, ötən həftənin bazar günü ərazidə yaşayan sakinlər şadlıq sarayının yaratdığı ekoloji narahatçılığa görə etiraz aksiyası keçiriblər. Bu səbəbdən də ümid edirik ki, əlaqədar dövlət qurumları, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Kral”ın "rəiyyət" və qanunlara etdiyi bu hörmətsizliyin qarşısını alacaq, ən azından şadlıq sarayının baca sisteminin müvafiq tələblərə uyğun şəkildə yenidən təşkilinə nail olmaqla paytaxt sakinlərini özgə mədəsinə gedən kababların acı tüstüsünü ciyərlərinə çəkmək əzabından xilas edəcək...
Paylaş:
Müəllif : Yazar
Tarix:12-06-2019, 09:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər
Ölkəmizdəki bir sıra şadlıq evlərində zaman-zaman ciddi qanun pozuntularının aşkarlandığı, əlaqədar qurumların bu qəbildən olan şadlıq evlərinə qarşı tez-tez müxtəlif cərimələr tətbiq etdiyi məlumdur.
Paylaş:
Müəllif :
Yazar
Tarix:12-06-2019, 09:33
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26