Qardaşının qatili illər sonra kəndə qayıtdı, qırğın düşdü - QAN DAVASI
Qohumunu qan davasına görə yaralayan Sahib Zeynalovun məhkəməsi bitib.
regionxeberlericom.az-un Bakupost.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar Mikayılovun hökmü ilə S.Zeynalov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Sahib Zeynalov qohumu Həbib Qafarova küt alətlə ağır xəsarət yetirib. Hadisə Şamaxı rayonunun Dağ-Bağırlı kəndində vaş verib.
Davada 10 nəfərdən çox adam iştirak edib. Onlar Sahib Zeynalovun qohumları və döyülən şəxsin övladları olub.
Bu kütləvi davanın səbəbi isə illər əvvəl baş verən qətl hadisəsi olub.
Belə ki, Həbib Qafarovun qardaşı 2008-ci ildə Sahib Zeynalovun qardaşını qətlə yetirib. Qətlə səbəb isə məclislərin birində tərəflər arasında baş vermiş mübahisə olub.
Bu hadisədən sonra ailələr arasında qan davası başlayıb. Qafarovlar ailəsi kəndi tərk etmək məcburiyyətində qalıb. Amma 2018-ci ilin sonlarında Qafarovlar kəndə qayıdıb. Sonuncu qanlı dava da bu zaman baş verib.
Qafarovlar kəndə qayıdan ilk gündə onların yaşadığı ev polis nəzarətində olub. Polislər evi tərk edən gün isə Zeynalovlar qisas almağa gəlib. Ailənin ona yaxın üzvü Qafarovların həyətinə gələrək onlardan kəndi tərk etmələrini istəyiblər. Amma istədikləri cavabı almayan zaman mübahisə baş verib və kütləvi dava başlayıb. Dava zamanı Həbib Qafarov və oğlu döyülüb. Ciddi xəsarəti isə Həbib Qafarov alıb.
Bu hadisədən sonra davada iştirak edən şəxslər barəsində Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi açılıb. Həmin şəxslər cərimələnib.
Sahib Zeynalov Cinayət Məcəlləsinin 126.2.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma; xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham edilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:11-06-2019, 18:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:11-06-2019, 18:26
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26