Azərbaycandan “Qrin kart” qazanan minlərlə ailə ABŞ-a gedə bilmirlər - SƏBƏB
“Qrin kart” (Diversity Visa 2021) proqramına Azərbaycandan seçilmiş 1439 nəfər və onların ailə üzvləri ciddi problemlə üzləşiblər. “Turan”ın xəbərinə görə, “Qrin kart” qazanmış azərbaycanlı iştirakçılar üçün viza müsahibələr Bakıda deyil, Tiflisdə aparılır. Pandemiya ilə əlaqədar 2020-ci ilin sentyabrında başlanılmalı olan müsahibələr yeddi ay sonra, bu ilin mart-aprel ayından başlayıb. Vaxt çox az qaldığına görə iyul ayından başlayaraq bütün ölkələrdəki ABŞ səfirliklərində iştirakçılara intensiv olaraq müsahibələr təyin edilir, lakin Tiflisdəki ABŞ səfirliyində bu proses olduqca ləng aparılır. Belə ki, səfirlikdə hər həftə müsahibə üçün cəmi bir neçə adam qəbul edilir və bu da bir çoxunun faktiki olaraq ABŞ-a getmək şansının itirilməsinə səbəb olmaqdadır.
Qaliblər “Turan”a göndərdikləri məktubda bildiriblər ki, artıq bu məsələ onlar üçün arzudan çox, kabusa çevrilib: “Məsələ ilə bağlı biz ABŞ-ın Gürcüstandakı səfirliyinə dəfələrlə e-maillar yazıb və zənglər etmişik. Lakin onlar şablon cavab verərək Kentaki Konsulluq Mərkəzinə (KCC) müraciət etməyimizi tövsiyə edir. KCC isə bildirir ki, intervülər ölkələrdəki ABŞ səfirliklərinin qəbul sorğusuna əsasən təyin edilir. Biz bu cür laqeyd davranışa layiq deyilik! Lotereyada iştiraka seçildikdən sonra, tələb olunduğu müvafiq sənəd və sübutların hazırlanmasına xeyli vaxt, vəsaitlər xərclədik və ailəlikcə səbirlə intervüləri gözlədik. Ancaq indi bu ”qələbə" sevinci bizim ailələrimiz üçün kabusa çevrilib və bəzilərimiz, ümumiyyətlə, “seçilməsək daha yaxşı olardı” deyirik".
ABŞ-ın Azərbaycandakı səfirliyi də məsələyə geniş münasibət bildirib. Ümumi nəticə isə belədir: “Pandemiyanın təxminedilməz xarakteri ilə əlaqədar bu il nə qədər müxtəliflik vizası verəcəyimizi təxmin etmək qeyri-mümkündür. Amma çox güman ki, 2021-ci il üçün qanunla icazə verilmiş bütün müxtəliflik vizalarını verməyəcəyik”. Beləliklə, görünən budur ki, Amerikaya köçmək arzusu bir çox insanların ürəyində reallaşmamış qalacaq. Bu, Azərbaycan məsələsidirmi, yoxsa ABŞ hazırda ölkəsinə yeni adamlar qəbul etmək istəmir? Əslində Tramp “Qrin kart”ın ləğvini istəyirdi, Bayden fərqli siyasət yeridəcəyini deyirdi. Görünən budur ki, bəhanə kimi görünsə də, pandemiya təxminən 10 minədək (ailələri ilə birgə) azərbaycanlının arzusunu ürəyində qoyub.
Qeyd edək ki, “Qrin kart” yəni yaşıl kart ABŞ-da insalara kəsə yaşamağa və işləməyə icazə verən sənəddir. “Qrin kart” proqramı ABŞ Dövlət Departamenti tərəfindən 1990-cı ildə hazırlanıb. Hazırlanma məqsədi isə ABŞ-da immiqrantların müxtəlifliyini artırmaq, eyni zamanda çatışmayan işçi qüvvəsini digər ölkələrin vətəndaşları hesabına aradan qaldırmaq idi. Müraciət edənlər arasından hər il 50 000 nəfər şəxs qalib olur və onlar leqal olaraq ABŞ-a köçə bilir. Proqramda seçimlər kompüter vasitəsilə təsadüfi aparılır. Qalib gəlmək üçün xüsusi bir kriteriyalar yoxdur. Qaliblər təsadüfi kompüter vasitəsilə seçildiyi üçün yaş, təhsil, iş təcrübəsi, dil biliyi kimi amillər qalib olmaq üçün rol oynamır. ABŞ-da ziddiyyətlərə səbəb olan lotereya dünyada son dərəcə böyük populyarlığa malikdir. Dünyada təxminən hər il 50-55 min nəfər bu imtiyaz almaq hüququna malikdir. “Qrin kart”ı olan bir şəxs ABŞ vətəndaşı sayılır, sadəcə, bir ömür boyu yaşayış və iş icazəsi alır. Bu hüquq onun həyat yoldaşına və 21 yaşınadək subay uşaqlarına da verilir.
Qeyd edək ki, bu bir lotereya oyunudur və hamının da şansı eynidir. Təxminən 100 nəfərdən biri qalib olur. Qalib gəlməyənlər növbəti il yenidən qeydiyyatdan keçmir, qalib gələnə kimi hər dəfə lotereyada iştirak edirlər.
Lotereyada iştirak etmək üçün orta məktəbi bitirmək yetərlidir, bu da olmasa, son 5 ildə istənilən sahədə 2 illik iş təcrübəsi əsas götürülür, ingilis dilini bilmək isə şərt deyil.
Bəs görəsən, şərtlərin çətinləşdirilməsinin səbəbi nə ilə bağlıdır?
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, burada həm pandemiya şərtləri, həm də ABŞ əhalisinin son zamanlar miqrantlara qarşı münasibətinin sərtləşməsi rol oynayır: “ABŞ-ın ”Qrin kart" proqramı tək Azərbaycanla bağlı deyil. Pandemiya ilə əlaqəli bütün ölkələrdə qalib gələnlər müəyyən əngəllərlə, problemlərlə qarşılaşır. Amerikaya giriş Tramp dönəmində xeyli azaldılmışdı. Hətta “Qrin kart” proqramının tamamilə ləğv edilməsi düşünülürdü. Bayden hakimiyyətə gəldikdən və and içdikdən sonra ilk fərmanlarından biri “Qrin kart”la bağlı məhdudiyyətlərin aradan qaldırılması oldu. Amma pandemiya şərtləri və epidemioloji vəziyyətlə əlaqəli mərkəzi hökumətə, yəni ABŞ administrasiyasına müəyyən məhdudlaşdırıcı tədbirlərin davam etdirilməsi izni verildi. Nəticə etibarilə “Qrin kart” proqramının iştirakçılarının Amerika Birləşmiş Ştatlarına getməsi, ümumiyyətlə, ilkin müsahibələrdən keçməsi çətinləşdi. Bakıda, ümumiyyətlə, səfirlikdə bu müsahibələr dayandırıldı və Qafqaz bölgəsində Tiflis seçildi".
Cəfərli vurğuladı ki, həm Ermənistandan, həm də Azərbaycandan “Qrin kart” udanlar məhz Tiflisdə ilk mərhələni keçməlidirlər: “Sadəcə, orada da ciddi problemlər var. Çünki say məhdudiyyəti var. Gün ərzində məhdud sayda şəxslər müsahibə üçün qəbul edilir. Say məhdudiyyəti var. Həm də gediş-gəlişlə bağlı müəyyən problemlər var. Quru sərhədlər bağlıdır, Azərbaycanla Gürcüstan arasında ancaq hava yolu ilə uçmaq mümkündür. Gündə bir reysin olduğunu nəzərə alsaq, Gürcüstan istiqamətində həddindən artıq böyük tələbat var. Ona görə də müəyyən problemlər davam edir. Mənə elə gəlir ki, bu problemlər tək Amerikanın miqrant gəlişinin qarşısını kəsməklə əlaqəli deyil, əksinə, ”Qrin kart" proqramı gələn miqrantların keyfiyyətinə təsir göstərir. Yəni mütəxəssislərin, dili bilənlərin, müəyyən sahədə bilgiləri olanların Amerikaya dəvət olunmasında “Qrin kart” proqramının xüsusi rolu var idi. Ona görə düşünürəm ki, həm bu pandemiya, həm də, ümumiyyətlə, son zamanlar Amerika əhalisində miqrantlara qarşı münasibətin kifayət qədər sərtləşməsi ilə əlaqəli Demokratlar Partiyası da bu məsələdə çəkinirlər. Respublikaçıların bu məsələdə çox sərt mövqe tutduğunu, bu mövqenin də əhalinin böyük bir qismi tərəfindən dəstəkləndiyini nəzərə alaraq deyə bilərik ki, Demokratlar tam Respublikaçılar cizgisində olmasalar da, açıq miqrant siyasəti yürütməkdən çəkinirlər".
Paylaş:
Müəllif : Yazar
Tarix:6-08-2021, 09:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:6-08-2021, 09:27
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01