Kəlbəcərdəki əsas su hövzələri Ordumuzun nəzarətinə keçib... - 6 erməni kəndi susuz qalıb
Azərbaycan-Ermənistan sərhəddində vəziyyət sabit deyil. Daha doğrusu, ermənilər həmin istiqamətdə mövqelərimizi atəşə tutaraq, təxribata əl atırlar. JAMAZ.İNFO xəbər verir ki, son belə hadisə dünən baş verib.
Belə ki, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 2-si saat 13:55-dən 17.00-dək Vedi rayonunun Arazdəyən və Basarkeçər rayonunun Zərkənd kəndləri ərazisində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi və Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bu əsnada, erməni tərəfi məlumat yayıb ki, Qara göl və ona yaxın ərazilərdə yerləşən su mənbələrinin hamısı Azərbaycan Ordusunun nəzarəti altındadır. Onların iddiasına görə, həmin mənbələr üzərində qurulmuş bəndlərdəki axarlar da Azərbaycanın nəzarətində olduğundan Sünik bölgəsində ciddi su qıtlığı yaranmağa başlayıb.
Belə ki, Kəlbəcər istiqamətində yeni mövqelərdə yerləşən Ordumuz ərazidəki su mənbələrini də nəzarətinə alıb. Həmin su mənbələrinin bir qismi əkin sahələrinin suvarılması üçün nəzərdə tutulsa da, müəyyən hissəsi də əhalinin içməli su ilə təmin edilməsinə hesablanıb. İndi erməni tərəfi iddia edir ki, Azərbaycan hərbiçiləri Sünik vilayətinə aid olan 6 kəndə içməli və əkin suyu verməkdən imtina edib. Həmin kəndlər sırasında Zərkənd, Ağqoyunlu, Azat, Zod və daha ikisinin adı çəkilir. Lakin erməni tərəfi suyun verilməsi ilə bağlı Azərbaycan tərəfi ilə hər hansı bir danışıq apardığı barədə açıqlama verməyib.
Paylaş:
Müəllif : Yazar
Tarix:3-08-2021, 09:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:3-08-2021, 09:47
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti