Boşanıb ata evinə qayıdan qadın QARDAŞ QATİLİ oldu –ƏSL SƏBƏB BILINDİ
Ağdaşda qardaşını qətlə yetirməkdə təqsirləndirilən 1996-cı il təvəllüdlü Ülkər Ələkbərovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb.
İstintaqla müəyyən edilib ki, ötən il noyabrın 12-də Xosrov kənd sakini Ü.Ələkbərova qardaşı Xancan Umarovu 9 bıçaq zərbəsi ilə qətlə yetirib.
Qardaşını öldürən qadın bildirib ki, 2016-cı ildə ailə həyatı qurub, iki övladı olub: “2019-cu ildə həyat yoldaşından boşanaraq ata evimə qayıtmışam. Evdə atamla və anamdan savayı qardaşım Xancan, bacım Jalə qalırdı. Qardaşım Xancan ruhi-əsəb xəstəliyindən əziyyət çəkirdi. Bu səbəbdən o, hər gün mənlə və digər ailə üzvləri ilə dalaşırdı. Anamı, atamı, məni və bacımı yumruq-təpiklə döyürdü. Xancanın təxminən 6 il əvvəl ailəsi dağılmışdı. Həmin vaxtdan bəri ailəsinin dağılmasında hamımızı günahkar bildirdi. Bu səbəbdən bizə qarşı aqressiv idi. Onun elədikləri ilə bağlı Ağdaş rayon Polis Şöbəsinə müraciətlər etmişik. Sonuncu dəfə Xancan anamız Reyhanı döydüyünə görə Ağdaş rayon məhkəməsi tərəfindən 6 ay müddətinə azadlıqdan məhrum edilib. Xancan 6 ay azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra yenidən yaşadığımız evə qayıdaraq mütəmadi olaraq məni və digər ailə üzvlərini nalayiq söyüşlərlə təhqir edirdi. Təxminən 1 ay müddətində Xancan ruhi-əsəb xəstəliyi ilə əlaqədar Səhiyyə Nazirliyi 1 saylı Respublika Psixiatriya Mərkəzində müalicə olunub. Lakin xəstəxanadan qayıdandan sonra yenə öz əməllərindən əl çəkmədi. Məni və digər ailə üzvləri söyüb, döyürdü. Hətta hadisədən bir müddət əvvəl heç bir səbəb olmadan atamı söydü, daha sonra stəkanı onun başına çırpdı”.
Ülkər Ələkbərova hadisə günündən danışıb. O deyib ki, hadisə günü övladları Səid, Rəşad və bacısı Jalənin azyaşlı övladı Uğurla birlikdə televizora baxıb:
“Həmin vaxt Xancan da evin 2-ci mərtəbəsində yerləşən otaqda idi. Ona yemək verdim. Yeməyini bitirəndən sonra çay və şirniyyat istədi. Ona dedim ki, evdə şirniyyat yoxdur. Bacımın uşaqlar üçün aldığı 3 ədəd şirinçörək var idi. Xancan onu istədi. Bildirdim ki, o şirniyyat evdə olan 3 uşaq üçün alınıb. Lakin o mənim dediklərimə məhəl qoymadan mebelin içinə qoyulmuş şirniyyatı götürmək istədi. Qabağına keçib imkan vermədim. Yenə dedim ki, uşaqların şirniyyatına əl vurmasın. Xancan həmin vaxt məni şillələməyə başladı, yumruqla sifətimdən vurdu. Saçımdan tutaraq yerə yıxdı və sürüməyə başladı. Onun əlindən çıxaraq o biri otaqda sobanın yanındakı mətbəx bıçağını götürdüm. Bıçağı götürməkdə məqsədim üstümə gələn Xancandan özümü qorumaq olub. Bu zaman bacım Jalə arxadan gələrək Xancanı saxlamaq istədi. Lakin o Xancana mane ola bilmədi. Xancan üstümə gələndə qolu istiqamətdən onu bıçaqla vurdum. Lakin o yaralanmasına baxmayaraq boğazımdan tutub məni boğmağa başladı. Bu zaman özümdən ixtiyarsız ona bıçaqla zərbələr vurdum”.
Qadın bildirib ki, qardaşını öldürdüyünə görə peşmandır: “Onu öldürmək məqsədim olmayıb. Niyyətim özümü ondan qorumaq idi”.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ü. Ələkbərova 9 il müddətinə azadlıqdan məhrum edilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:27-07-2021, 17:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-07-2021, 17:05
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26