Azərbaycanlı diaspor rəhbəri Rusiyada vəfat etdi
Kalininqrad şəhərində fəaliyyət göstərən Azərbaycan diasporunun rəhbəri, tanınmış ictimai xadim Tofiq Rzayev 70 yaşında vəfat edib.
Bu barədə DiasporPress.az məlumat yayıb.
Qeyd edək ki, Tofiq Rzayev 1951-ci ildə Neftçala şəhərində anadan olub. Peşə karyerasına Bakıdan başlamış həmyerlimiz Azərbaycan və Rusiyada müxtəlif dövlət vəzifələrində çalışıb. O, Bakıda Elm Assosiasiyasının vitse-prezidenti olub, bir müddət Milli Məclisdə çalışıb, daha sonra fəaliyyətini Rusiyanın Kalininqrad vilayətində davam etdirib. Kalininqrad vilayətinin qubernatorunun köməkçisi olan Tofiq Rzayev, Vilayət Dumasında çalışıb və bu dövlət qulluğu sahəsində mükafatlara layiq görülüb.
T.Rzayev hazırda Kalininqrad ticarət-sənaye palatasının üzvüdür. Yubileyi ərəfəsində o, Azərbaycan Sahibkarlar Konfederasiyası tərəfindən Azərbaycanla Rusiya arasında biznes əlaqələrin möhkəmlənməsinə verdiyi töhfələrə görə fəxri fərmanla mükafatlandırıb.
T.Rzayev Kalininqrad vilayətində fəaliyyət göstərmiş Ümumrusiya Azərbaycan Konqresinin yerli bölməsinin rəhbəri olub. Sovetlər İttifaqının vitse-admiralı olmuş Həmid İsrafilbəyovun Kalininqrad vilayətində xatirəsinin əbədiləşdirilməsi ideyası da T.Rzayevə məxsusdur ki, o, bu işdə vilayət rəhbərliyinin müsbət cavabını alıb. Vətənpərvər həmyerlimiz bu layihənin reallaşması üçün ciddi səylər göstərib.
Paylaş:
Müəllif : Fuad
Tarix:28-06-2021, 13:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:28-06-2021, 13:28
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Dünən, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
28-11-2024, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
28-11-2024, 10:11