"Altı nəfər bir bıçağı tutub, iki dəfə ürəyinə vurub?" - Qubadakı səs-küylü qətl işi 3 ildir araşdırılır
2018-ci ildə Qubada qohumunun arvadını qaçıran şəxsi döyərək öldürməkdə təqsirləndirilən şəxslər növbəti dəfə hakim qarşısına çıxarılıb. 3 ildir davam edən məhkəmə araşdırması yekunlaşmaq üzrədir.
Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Şahmar Əsədov, Sadıq Dadaşov, Pərviz Əsədov, Mətləb Muradov, Zabit Yolçiyev və Nazim Mikayılovun cinayət işi üzrə məhkəmə iclası baş tutub.
Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərdən biri olan Zabit Yolçuyevin vəkili müdafiə çıxışı edib.
Müdafiəçi deyib ki, Zabit Yolçuyev günahsızdır:
"Zabit Yolçuyev deyib ki, qətlə yetirilən şəxsin yas mərasimində iştirak edib. Əgər belə olsaydı, heç mərhumun yaxınları onu evlərinə buraxmazdı.
Zabit Yolçuyevə adam öldürmə ittihamı veriblər. Ölüm hadisəsi bir şəxsin digər şəxsə qarşı hərəkətinin nəticəsində baş verə bilər. Zabit Yolçuyevin hansı hərəkəti səbəbindən mərhum ölüb? Hansı xəsarəti yetirib? Mərhumun ölümü ilə Zabit Yolçuyevin hərəkəti arasında səbəb yoxdursa, ona necə adam öldürmə ittihamı verilə bilər? Bu sualın cavabı yoxdur. Müdafiə etdiyim şəxs illər öncə ağır avtomobil qəzası keçirib və ayaq üstə güclə dayana bilir. O, mərhuma neçə ağır xəsarət yetirib? Sübuta yetirilməyən bir ittihama görə Zabit Yolçuyevə 18 il müddətinə azadlıqdan məhrum etmə cəzası istənilib. Zabit Yolçuyevə qarşı irəli sürülən ittiham sübuta yetirilmədiyi üçün onun barəsində bəraət hökmü çıxarılmalıdır".
Təqsirləndirilən Mətləb Muradovun vəkili də müdafiə çıxışında bəraət istəyib.
Vəkil deyib ki, mərhumun ürək nahiyəsinə iki bıçaq zərbəsi dəyib. Onun ölümünə səbəb də budur: "Bu işə görə 6 nəfər tutulub. 6 nəfər bir bıçağı tutub vurub? Kimi bir təpik vurub, kimi heç əlini vurmayıb. Amma kəndin gözünü qırmaq üçün belə bir addım atıldı. Bundan sonra nə kənddə elə hərəkət edən olacaq, nə də o hərəkəti edənə bu cəzanı verən olacaq.
Bu adamlara 18-20 il arası cəza istəyiblər. İnsan ömrü 300 ildir? Bu insanların taleyi həll olunur. İşə ədalətli yanaşmaq lazımdır. Ədalətli şəkildə araşdırıb öldürənə adam öldürdüyünə görə, xuliqanlıq edənə xuliqanlıq etdiyinə görə cəza verilməlidir.
Mətləb Muradov sadəcə Elşad Əsədovu və onunla qaçan qadını gətirmək üçün Bakıya gedib. Onlarla birlikdə Qalib və Elman da getmişdi. Niyə onlar buraxıldı, amma Mətləb həbs edildi? Mən demirəm ki, onlar həbs edilsin, amma eyni əməli, eyni hərəkəti ediblər. Verilmirsə, Mətləb Muradova da bu ittiham verilməsin. Verilirsə, hamısına verilsin.
Başqa bir məsələ də var ki, guya mərhum Elşadla qaçan Aynur ifadəsində deyib ki, Bakıdan gələndə Mətləb deyib ki, Elşadı öldürmək lazımdır. Amma Aynur məhkəməyə gətirilmədi, dindirilmədi. Mətləb Muradov Aynurun ən yaxın qohumlarının yanında bu sözü necə deyə bilərdi?
İşin ədalətli araşdırmasını istəyirik. Məhkəmə müdafiə etdiyim şəxs barəsində bəraət hökmü çıxarmalıdır".
Qeyd edək ki, digər təqsirləndirilən şəxslərin də vəkilləri müdafiə etdikləri şəxslərə istənilən cəzadan narazıdır.
Məhkəmə araşdırması davam etdirilir.
İttihamda yazılır ki, təqsirləndirilən şəxslər Aynur Əsədova və Elşad Əsədovun birlikdə qoşularaq Bakıya qaçdıqlarını öyrəniblər. Onlar bunu namuslarına toxunmaq kimi qiymətləndiriblər. Buna görə də Aynur və Elşadı axtarmaq üçün Bakıya gəliblər. Hər ikisini taparaq Qubaya aparıblar.
Qubada olarkən əvvəlcə Sadıq Dadaşov maşında oturan Elşad Əsədova bıçaqla zərbə endirib. Daha sonra digər təqsirləndirilən şəxslər Elşadı maşından düşürərək çoxsaylı bədən xəsarətləri yetiriblər. Elşad aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Elan olunmuş ittihamla Sadıq Dadaşov və Şahmar Əsədov özlərini qismən təqsirli biliblər.
Pərviz Əsədov, Mətləb Muradov, Zabit Yolçuyev və Nazim Mikayılov isə özlərini təqsirli bilməyiblər.
25 yaşlı Aynur Əsədova həyat yoldaşının əmisi oğlu 26 yaşlı Elşad Əsədov tərəfindən qaçırılıb. Məlumata görə, qadın öz razılığı ilə E.Əsədovla birgə gedib.
Hadisədən sonra qızın atası Sadıq Dadaşov, qohumları Elman Muradov və Mətləb Muradov E.Əsədovu döyərək ona ağır bədən xəsarəti yetiriblər. E.Əsədov aldığı xəsarətlərdən dünyasını dəyişib.
Onlara qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.
Paylaş:
Müəllif : Yazar
Tarix:24-05-2021, 16:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-05-2021, 16:32
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01