"Ərim məni çox sevdiyi üçün qısqanır" - Bıçaqlanan qadın ərini bağışladı
Sərxoş vəziyyətdə həyat yoldaşını bıçaqlayan şəxsin məhkəməsi başa çatıb. Məhkəmənin hökmü ilə ona şərti cəza verilib və azadlığa buraxılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını bıçaqlamaqda ittiham edilən 1969-cu il təvəllüdlü Mirhəbib Mirqasımovun cinayət işi üzrə məhkəmə araşdırması baş tutub.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə araşdırmasında tərəflərin barışdığı məlum olub.
M.Mirqasımov həyat yoldaşı Lalə Mirqasımovanı qısqandığı üçün bıçaqlayıb.
Məhkəmə iclasında dindirilən M.Mirqasımov özünü tam təqsirli bilərək ifadəsində göstərib ki, arvadı Lalə müxtəlif yerlərdə dayə, həmçinin gözəllik salonunda işləyirmiş.
Dayə işlədiyi vaxt Lalə Mirqasımova ona Mərdəkan qəsəbəsində işlədiyini deyərək, günlərlə evə gəlməyib, lakin karantinlə əlaqədər olaraq son zamanlar hər gün evə gəlib. Son günlər isə Lalə Mirqasımova karantin bitdikdən sonra yenə də dayə işləyəcəyini və yenə də günlərlə evə gəlməyəcəyini söyləyib.
Mirhəbib Mirqasımov isə Laləyə dayə işlədiyinə inanmadığını deyib və işlədiyi gözəllik salonunun da yerini ona göstərməsini tələb edib.
"Hər dəfə bir bəhanə ilə məni yola verirdi. Hadisə günü evdə olan zaman bu mövzu ilə əlaqədər yenə də mübahisə etdik. Yenə də Lalə işlədiyi yeri demədi. Lalənin üzündən sillə ilə vurdum. O da qızım İradəyə zəng edib döyüldüyünü dedi. İradə gəlib anasını öz evinə aparacağını dedi. Mən tək darıxdığımı, anasını aparmamasını dedim.
Qızım məni eşitmədi. Qonaq otağında mətbəx bıçağını götürüb Lalənin üstünə getdim. Qızım bıçağı əlimdən aldı. Sonra İradə həyətə çıxdı. Bu vaxt Lalə boşanacağını və bir daha evə gəlməyəcəyini dedi. Mən də dözməyib mətbəxdən digər mətbəx bıcağını götürüb bir dəfə kürəyindən, bir dəfə döş və bir dəfə sol baldırından vurdum"- deyə təqsirləndirilən şəxs bildirib.
Mirhəbib Mirqasımov arvadı Laləni bıçaqla vurmaqda məqsədinin ancaq ondan acığını çıxmaq olduğunu deyib.
Lalə Mirqasımova ifadəsində hadisəni Mirhəbib Mirqasımov kimi danışıb.
Lalə Mirqasımova həmçinin bildirib ki, Mirhəbib Mirqasımov onu çox sevdiyindən həmişə qısqanıb və bu səbəbdən aralarında tez-tez mübahisələr baş verib. O, Mirhəbibə ondan boşanacağını dediyinə görə əri hirslənib və onu vurub.
L.Miqasımova tam sağaldığını, əri Mirhəbiblə barışdığını deyib.
M.Mirqasımovun vəkili Elnur Salmanov müdafiə çıxışında tərəflər arasında barışığın olmasını, müdafiə etdiyi şəxsin peşman olmasını və əməlini ağırlaşdıran halların olmamasının nəzərə alınmasını xahiş edib.
Vəkil müdafiə etdiyi şəxsə şərti cəza təyin edilməsini istəyib.
Məhkəmənin hökmü ilə M.Mirqasımov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi təqsirli bilinib 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə cəzası şərti hesab olunub və məhkəmə zalından azadlığa buraxılıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:18-05-2021, 16:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:18-05-2021, 16:10
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01