Zəhərləndiyi deyilən 18 yaşlı qızı dayısı boğaraq öldürüb - Yenilənib
Göyçayda 18 yaşlı qızın qətlə yetirildiyi məlum olub.
Göyçay rayonu Bığır kənd sakini, 2003-cü il təvəllüdlü Məmmədova Fatimə Murtuz qızı dayısı, Bığır kənd sakini, 1989-cu il təvəllüdlü Bədəlov Vüqar Məhəmməd oğlu tərəfindən boğularaq qətlə yetirilib.
Qətli törədən Vüqar Bədəlov saxlanılıb, qızın qardaşı və digər ailə üzvləri hazırda polis şöbəsində dindirilir. Qızın anası, 1980-ci il təvəllüdlü Gülnarə Məmmədovanın övladının meyitini görərək komaya düşdüyü və bu səbəbdən xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir.
Qətl hadisəsindən sonra qızın dayısı Vüqar Bədəlov evində dəm qazından zəhərlənmə hadisəsinin baş verməsi barədə yalan məlumat uyduraraq kömək məqsədilə evə çağırdığı təcili tibbi yardım stansiyasının həkimlərinə bilərəkdən səhv məlumat verib, hər iki şəxsin dəm qazından zəhərləndiyini bildirib. Məhkəmə tibbi ekspertiza və istintaq araşdırması zamanı qızın boğularaq öldürüldüyü məlum olub.
Qeyd edək ki, dayı bacısı qızını namus üstdə öldürüb. Fatimə Məmmədovanın bir dəfə nişanlı olduğu, sonradan başqa bir oğlana qoşularaq Bakıya getdiyi və yenidən evə qayıtdığı, bu səbəbdən qətl hadisəsinin törədildiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
13.12
Göyçay rayonunda ölüm hadisəsi baş verib.
Rayonun Bığır kənd sakini, 1980-ci il təvəllüdlü Məmmədova Gülnarə Məhəmməd qızı Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, övladı - 2003-cü il təvəllüdlü Məmmədova Fatimə Murtuz qızı isə ölüb.
Məlumata görə, hadisə bu gün səhər saatlarında Gülnarə Məmmədovanın qardaşı, Bığır kənd sakini, 1989-cu il təvəllüdlü Bədəlov Vüqar Məhəmməd oğluna məxsus evdə baş verib. Fatimə Məmmədovanın meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb. Ölümün dəqiq səbəbi ekspertizanın rəyindən sonra bilinəcək. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Paylaş:
Müəllif : Fuad
Tarix:9-05-2021, 15:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:9-05-2021, 15:54
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01