Nigar özünü və iki azyaşlı uşağını binadan aşağı niyə atıb, daha əvvəl nələr baş verib... - HƏTTA HAKİM GÖRDÜKLƏRİNDƏN ŞOKA DÜŞÜB
Ötən ilin dekabrında Yasamalda 30 yaşlı ananın əvvəlcə iki azyaşlı uşağını, ardınca özünü yaşadığı binadan yerə atması xəbəri eşidənləri şoka saldı. Xoşbəxtlikdən onların hər üçünün həyatını xilas etmək mümkün oldu. Bəs gənc qadını bu dəhşətli əmələ əl atmağa vadar edən səbəblər nə olub, o hansı hadisələrin təsiri altında nəinki özünün, üstəlik iki azyaşlı övladının canına qıymağa cəhd edib?
Bu hadisəni törədən həmin gənc qadın hazırda etdiyi əmələ görə hakim qarşısına çıxarılıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Lakin qadın hadisə günü baş verənləri “yuxu” adlandırır, heç nəyi xatırlamadığını deyir.
Virtualaz.org-un xəbərinə görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, N.Cəfərova ötən il dekabrın 20-də saat 21:00 radələrində paytaxtın Yasamal rayonu, Kənar Dairəvi küçəsi, ev 28 ünvanında - yaşadıqları binanın 4-cü mərtəbəsindən azyaşları övladları – 2017-ci il təvəllüdlü Hüseyn Cəfərovu və 2019-cu il təvəllüdlü Oktay Cəfərovu mənzilin yataq otağının pəncərəsindən yerə atıb. Daha sonrasa özü də pəncərədən yerə atılıb. Ana və hər iki övladı kəllə-beyin travması alıblar. Xəstəxanaya çatdırıldıqlarından onların həyatını xilas etmək mümkün olub.
Törətdiyi cinayət əməlinə görə, N.Cəfərovaya qarşı Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb, Yasamal rayon prokurorluğunda faktla bağlı cinayət işi başlanıb. İstintaqa ilkin ifadəsində N.Cəfərova ailədaxli narazılığa görə belə bir addım atdığını, ərinin narkotik istifadəçisi olduğunu, azyaşlı övladları narkotikə qurşanmasınlar deyə onları və özünü öldürmək qərarına gəldiyini deyib.
Lakin sonrakı istintaq araşdırması zamanı N.Cəfərovanın hərəkətlərini ölçüb-biçmək iqtidarında olmadığı, hadisəni anlaqsız vəziyyətdə törətdiyi müəyyən edilib. Məhkəmə zalına qoltuq ağacında gətirilən Nigar Cəfərova ittihamın mahiyyəti üzrə dindirilərkən əksər suallara “bilmirəm, hər şey yadımdan çıxıb” cavabı verib.
Dövlət ittihamçısı N.Cəfərovadan neçə ildir ailə həyatı qurduğunu, ərinin onu incidib-incitmədiyini soruşub. N.Cəfərova sualları bu cür cavablandırıb: “Qrup yoldaşım idi, evli olduğumu bilirəm, üç övladım var. Yoldaşım işə gedib-gəlirdi. Nə işlə məşğul olduğunu bilmirdim. Hər gün evdə olub-olmadığını yadıma sala bilmirəm. Ərimlə münasibətlərimiz normal idi. Axır vaxtlar canım xəstə düşmüşdü”.
Hadisə baş verdiyi günü xatırlamaqda çətinlik çəkən N.Cəfərova deyir ki, hər şey ona yuxu kimi gəlir: “Balkona stul qoymuşduq. O gün sanki yuxu kimi gəlir. Qaçıb uşağı tutmaq istəyirdim. Ayağımı, başımı tərpədə bilmirdim. Uşağı tutmaq istəyəndə özüm də yerə düşmüşəm”.
Daha sonra prosesdə təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Fazilə Məmmədova dindirilib.
Hakim təqsirləndirilən şəxsin anasına deyib: “O diskə baxanda mən dəhşətə gəldim. Sizin qızınızın ailədaxili problemləri olub, ya yox? Siz anasınız, bunu hiss etməmiş olmazdınız...”
F.Məmmədova deyib ki, qızının ailəsində o qədər də ciddi problemlər olmayıb. Amma son vaxtlar qızı Nigar gün ərzində yorğun düşdüyünü, halsız olduğunu, başında kəskin ağrılar yarandığını deyirdi: “Həkimə aparmışdıq, dərman yazmışdı. Dərmanları tam içmədi. Çox vaxtı dilinin altına “qlisin” dərmanı qoyurdu. Bütün günü halsız olurdu. Yoldaşı Cavid aşpaz idi. Üç ay olardı pandemiyaya görə işləmirdi, evdəydi”.
Məhkəmə prosesində şahid qismində dindirilən Ziya Cəfərov qardaşı Cavidin içki içmədiyini, narkotik vasitələrdən istifadə etmədiyini, həyat yoldaşı ilə mehriban dolandıqlarını deyib: “Həmin gün qardaşım Cavid zəng vurdu, qışqıra-qışqıra mənə dedi ki, tez özünü bura çatdır. Gəldim, baxdım gördüm yerdədirlər. Xəstəxanaya apardım”.
Təqsirləndirilən şəxsin ailə üzvləri - bacısı və atası, həmçinin digər şahidlər də anoloji ifadə veriblər. Şahidlərin ifadəsinə görə, Nigargilin ailəsində narazılıq baş verdiyini eşitməyiblər, onları mehriban, sakit ailə kimi tanıyıblar. Nigarın özünə gəlincə isə onun son bir neçə ayda halsız, yuxulu olduğunu, kəskin baş ağrılarından əziyyət çəkdiyini söyləyiblər.
Sonda məhkəmə zalına gətirilən azyaşlı Mehdi Cəfərovun müttəhimlər kürsüsündə əyləşən anasına şüşə kabinanın o biri üzündən al sallaması məhkəmə iştirakçılarını, zalda əyləşənləri kövrəldib...
Məhkəmə prosesi mayın 8-də davam edəcək.
Virtualaz.org
Paylaş:
Müəllif : Yazar
Tarix:4-05-2021, 11:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:4-05-2021, 11:52
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26