ADNSU-nun iki dosenti vəfat edib
Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin iki dosenti vəfat edib.
Ali təsil müəssisəsinin Faydalı qazıntı yataqlarının geologiyası və işlənməsi kafedrasının dosenti Məmmədkərim Abbasov 71 yaşında dünyasını dəyişib.
Bundan əlavə, universitetin Neft-qaz mühəndisliyi kafedrasının dosenti Cahangir Axundov isə 84 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, M.Abbasov 1949-cu ildə anadan olub. O, 1966-1971-ci illərdə Geoloji-kəşfiyyat fakultəsini bitirərək dağ mühəndisi-geoloq ixtisasına yiyələnib. Geologiya mineralogiya elmləri namizədi M.Abbasov 1984-cü ildən ADNSU-da işləyib. 1988-1990-cı illərdə Konqo Xalq Respublikasında müəllim, 1994-1999-cu ilədək Geoloji Kəşfiyyat Fakültəsinin dekan müavini, 1989-2007-ci illərdə fakültə dekanı vəzifəsində çalışıb. Alim 44 məqalə, 24 tezis, 16 dərs vəsaiti və 2 dərslik müəllifidir.
C.Axundov isə 1936-ci ildə anadan olub. 1953-58-ci illərdə Azərbaycan Sənaye institutununun Neft-mədən fakültəsini bitirib və təhsilini bitirdikdən sonra ixtisası üzrə işləməyə başlayıb. 2009-cu ildən ADNSU-nin “Neft-qaz mühəndisliyi kafedrasının” dosenti olub. Alimin 15 elmi məqalə və 5 ədəd dərslik kitabları nəşr olunub.
Paylaş:
Müəllif : Yazar
Tarix:30-04-2021, 10:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-04-2021, 10:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti