Azərbaycanda kriminal aləm üzvləri biznesmeni oğurlayıb soyundurdular - DƏHŞƏTLİ FAKTLAR
Xırdalan şəhərində biznesmenin oğurlanaraq öldürülməsi hadisəsi ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində daha 4 nəfər mühakimə ediləcək.
Bir müddət əvvəl iş adamı Valeh Nəcəfovun güllələnərək öldürülməsi hadisəsi ilə bağlı açılan cinayət işinin məhkəməsində icraatı ayrılan iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Qəhrəmani Bəşir Firuz oğlu, Həsənov İlham Əli oğlu, Qasımov Miskin Nəsir oğlu və Qurbanov Rəşad Əliağa oğlunun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Fikrət Qəribovun sədrliyi ilə baxılacaq.
Təqsirləndirilən şəxslərə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü, yəni, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə maddəsi ilə ittiham elan edilib.
Qeyd edək ki, Xırdalandakı qətldə təqsirləndirilən Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruszpeykar, Məhəmməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi artıq başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən Xəyal Paşayev 19 il, Kənan Həsənov 18 il, Bilal Bayramov 18 il, Allahverdi Ruszpeykar 13 il, Məhəmməd Əhmədov isə 13 il müddətinə azadlıqdan məhrum ediliblər.
İttihama görə, Xəyal Paşayev bir qrup şəxslə birləşərək özgənin əmlakı ələ keçirməyi planlaşdırıb.
Qeyd edilir ki, Xəyal Paşayev bir qrup şəxslə İran vətəndaşı Bəşir Qəhramaninin şəriki olmuş Valeh Nəcəfovu oğurlayaraq onu hədələyiblər. Məqsəd Nəcəfovun Bəşir Qəhramaniyə olan 31 min dollar pulunu geri qaytarmasını tələb etmək olub. Onlar Nəcəfovu oğurlayaraq Manqal restoranına gətiriblər. Orada onu soyunduraraq döyüblər.
Ailə üzvlərinə və yaxınlarına işgəncə verəcəklərini deyərək onu hədələyiblər. V.Nəcəfov dəstə üzvləri ilə razılaşıb və evdə olan xanımına məxsus qızılları verəcəyini deyib.
Birlikdə evə gedərək evdən 15 min manat dəyəri olan qızıl zinət əşyaları götürüblər. Daha sonra pulun qalan hissəsini də hədə-qorxu ilə tələb ediblər. Pulu vermədikdə isə Nəcəfovu yenidən görüşə çağıraraq onu döyüblər. İttihamda yazılır ki, Nəcəfov görüşə silahla gəlib. Dəstə üzvləri tərəfindən döyülən Nəcəfov əlini silaha atıb. Bu zaman Xəyal Paşayev və digərləri silahı Nəcəfovun əlindən alıblar. Daha sonra isə silahla atəş açılıb və güllə Nəcəfovun baş nahiyəsinə dəyib. Xəsarət alan şəxs hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, hadisə ötən il Xırdalan şəhərində baş verib. Atışmada 1970-ci il təvəllüdlü Nəcəfov Valeh Əzizağa oğlu başından güllələnərək qətlə yetirilib. Hadisə zamanı digər bir şəxs - 1985-ci il təvəllüdlü Qəbələ sakini Paşayev Xəyal Oqtay oğlu isə üç odlu silah yarası ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. O, qarın və qol nahiyələrindən yaralanıb. Yaralını xilas etmək mümkün olub.
Onu da qeyd edək ki, təqsirləndirilən şəxslər kriminal aləm üzvləridir./News24.az/
Paylaş:
Müəllif : Redaktor
Tarix:28-05-2019, 12:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:28-05-2019, 12:28
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26