“İsgəndər” kompleksləri ətrafında növbəti müəmma - Kremldən reaksiya gəldi
“Caliber”in süjetində yer alan kadrlar Azərbaycan gündəmini zəbt edib. Həmin kadrlarda bu fikirlər səslənib: “2-ci Qarabağ müharibəsində operativ-taktiki raketlərdən istifadə məsələsində yeni detallar üzə çıxıb. Məlum olub ki, ANAMA Şuşa ətrafında iki ədəd ”İsgəndər" raketinin qalıqlarını aşkar edib. Raketin Ermənistan ordusunun ixtiyarında olan “İsgəndər E” indeksli modelə deyil, məhz Rusiya Silahlı Qüvvələrinin istifadə etdiyi “İsgəndər M” modifikasiyasına aid olması ciddi suallar doğurur".
Süjetdə raketlərin bu iki növü arasındakı fərq izah olunur. Belə ki, “E” versiyasının məhz ixrac üçün nəzərdə tutulduğu bildirilir. Şuşada qalıqları tapılan “İsgəndər”lərin üzərindəki “M” nişanları isə onların, məsələn, Gümrüdəki 102-ci Rusiya hərbi bazasından buraxılmasını ehtimal etməyə əsas verir. Yəni sırf Rusiyanın nəzarətində olan komplekslərdən söhbət gedir. Süjetdə həmçinin Şuşaya atılan “İsgəndər”lərin partlamadığı da qeyd olunur.
Rusiya bu qalmaqallı olaya reaksiya verəcəkmi? Şuşaya raketlər Rusiyanın Gümrüdəki bazasındakı “İsgəndər”dənmi atılıb? Hazırda səslənən əsas suallar bunlardır.
Siyasi şərhçi Əhəd Məmmədli məsələyə bu cür şərh verdi: “Əslində bu çox ciddi hadisədir. Bu açıqlama və onun haqda olan süjeti Azərbaycanın Rusiyaya qarşı demarşı kimi də saya bilərik. Keçmiş Dağlıq Qarabağ ərazisində antiterror əməliyyatı qoxusu gəlir. Fikir verin ”İsgəndər"lərlə bağlı süjet nə vaxt ortaya çıxdı? Rusiyanın müdafiə naziri müavininin Qarabağa müəmmalı səfəri, orada yeni yaşayış kompleksinin açılışında iştirakı, ardınca Əliyev-Putin arasında telefon danışığı və bütün bunlardan sonra “İsgəndər”lərlə bağlı süjet. Görünür, Əliyevlə Putinin telefon danışığında bu məsələdən də söz açılıb. Əslində “İsgəndər”lərlə bağlı süjet Rusiyanın üzünə çırpılan növbəti şillədir.
Eyni zamanda, Paşinyanın “İsgəndər”lərlə bağlı açıqlamasının doğru, Moskvanın təkzibinin isə yalan olduğunun, müasir rus silahının deyilən və göstərilən qədər elə də effektiv olmadığının göstəricisidir. Bu isə Rusiyanın hərbi imicinə ciddi ziyandır. Əslində Rusiya açıqlama verməlidir. Heç bir açıqlama olmasa, bu Moskvanın fakt qarşısında acizliyinin göstəricisi olacaq".
Politoloq Məhəmməd Əsədullazadə: “İkinci Qarabağ müharibəsində Azərbaycanın uğurlu hərbi əməliyyatlar aparması, Şuşa kimi strateji bir şəhəri işğaldan azad edib, Qarabağda tam qələbəsini əldə etməsi strateji plan idi. Şuşa uğrunda ciddi döyüşlər getdi və bu siyasi müstəvidə də aparılırdı. Azərbaycanı hər vəchlə Şuşadan çıxartmaq istəyirdilər. Rusiya da bu prosesdə maraqlı tərəf idi. Çünki Şuşaya hakim olmaq Qarabağa tam hakim olmaqdı və bununla da Laçın dəhlizi və Xankəndi Azərbaycanın vizual nəzarətində olur. Məhz müharibənin gedişində Şuşaya atılan ”İsgəndər" birbaşa Rusiya və Ermənistan arasında koordinasiyalı olub. Çünki atılan bu raketin seriya nömrəsi Ermənistanın sərəncamında olmadığını göstərir. Hesab edirəm ki, bu raket Gümrüdəki 102-ci bazanın ixtiyarında olub və oradan idarə edilib. Məhz Paşinyan da açıq şəkildə bunu deyirsə, Rusiyanın müharibənin gedişində tərəf olduğunu qabardır.
Bu, çox ağır bir hərbi cinayətdir. Azərbaycan bu məsələ ilə bağlı Rusiyadan izahat tələb etməlidir. Belə bir silahların işlədilməsi çox ciddi hərbi hadisədir. Hətta Ermənistan tərəfindən deyilirdi ki, “İsgəndər” raketini biz Şuşaya atmaq istəyəndə Paşinyan icazə vermədi. Demək, Pasinyan öz sərəncamlarında olan “İsgəndər”in atılmasına icazə verməyib, bu raketi Gümrüdəki Rusiya bazası atdığı ehtimalını ortaya atmış olur".
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Qarabağda “İsgəndər” raketlərinin qalıqlarının tapılmasına münasibət bildirib. Sitat: “Bu, yeni informasiyadır. Bu barədə məlumatım yoxdur. ”İsgəndər"lər konflikt zamanı tətbiq olunmayıb və bu, təsdiqlənib".
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:3-04-2021, 11:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:3-04-2021, 11:46
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01