Kişinin arvadının başını kəsməsi ilə bağlı ŞOK İDDİA
Qobustanda kişinin arvadının başını kəsməsi ilə bağlı bir sıra təfərrüat məlum olub.
Məlumata görə, əvvəllər Rəsulovlar ailəsində hər hansı söz-söhbət, yaxud dava-dalaş olmayıb. Amma qətl hadisəsini törədən 41 yaşlı Elnur Rəsulovun psixi problemləri olduğu və hətta psixiatr yanına getdiyi də qeyd olunur. Hadisənin də məhz bu psixi pozuntu səbəbilə baş verdiyi ehtimal olunur. Əldə etdiyimiz məlumata görə, E.Rəsulov evdə qollarını doğramaq istəyirmiş. Bu zaman həyat yoldaşı Billurə Rəsulova ona mane olmaq istəyib. Nəticədə E.Rəsulov əlindəki bıçaqla arvadının başını kəsərək onu öldürüb.
Ailənin 3 uşağı var, ən böyüyü 14 yaşındadır.
Elnur Rəsulovun Penitensiar Xidmətin Qobustan rayonu ərazisindəki 8 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində işlədiyi də qeyd olunur.
Xatırladaq ki, hadisə martın 28-də saat 18 radələrində Qobustan rayonunun Nərimankənd kəndində baş verib.
Rayon Prokurorluğunun yaydığı məlumata görə, 35 yaşlı Rəsulova Billurə Ələkbər qızına məxsus üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi barədə məlumat daxil olub.
Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilərək, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 41 yaşlı Elnur Rəsulovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Billurə Rəsulovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən hadisədən sonra Elnur Rüstəmov özünə bıçaqla xəsarətlər yetirmiş və hazırda o, Şamaxı rayon Mərkəzi Xəstəxanasında stasionar müalicədədir.
Faktla bağlı Qobustan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:29-03-2021, 11:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:29-03-2021, 11:44
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti