Cinsiyyət orqanında heroin gətirən qadın:"Narkomanam"
İrandan cinsiyyət orqanında narkotik gətirməkdə təqsirləndirilən Şəfiqə Başqayanın cinayət işi üzrə məhkəmə başa çatıb.
İttihama görə, Ş. Başqaya İran İslam Respublikasının Parsabad şəhərində istintaqla müəyyən edilməmiş mənbədən satış məqsədi ilə qanunsuz olaraq 1 bükümdə külli miqdarda, ümumi təmiz çəkisi 44,205 qram təşkil edən heroin əldə edib.
Qadın həmin narkotik vasitəni malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə cinsiyyət orqanında yerləşdirib saxlayıb.
O, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə” gömrük postundan Azərbaycana keçən zaman saxlanılıb. Üzərində baxış keçirilsə də, heç nə tapılmayıb. Lakin özünü şübhəli apardığından Biləsuvar rayon Xəstəxanasına gətirilib. Daxili orqanlarının müayinəsi zamanı onun cinsiyyət orqanından narkotik vasitə - heroin çıxarılıb.
İttihamla özünü qismən təqsirli bilən Ş.Başqaya narkotik vasitəni satış məqsədi ilə deyil, öz istifadəsi üçün gətirdiyini deyib: "Özüm narkomanam. Və bu xəstəlikdən əziyyət çəkirəm. Bunun üçün İrana gedib, özümə heroin alıb qayıdırdım”.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş. Başqayı qaçaqmalçılıqda və narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinib 6 il müddətə azadlıqdan məhrum edilib.
Qərarla razılaşmayan qadın apelyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsində keçirilən prosesdə onun cəzası 1 il azaldılıb və qəti olaraq 5 il azadlıqdan məhrum edilib. \\Bakupost.az
Paylaş:
Müəllif : Redaktor
Tarix:21-05-2019, 21:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:21-05-2019, 21:03
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26