Ana və ruhi xəstə qızını amansızlıqla öldürdü – DƏHŞƏTLİ CİNAYƏTİN TƏFƏRRÜATI
Cəlilalabadda quldurluq niyyəti ilə ana və qızını öldürən Yaşar Bayramovun apelyasiya şikayəti üzrə məhkəmə bitib.
regionxeberlericom.az-un Bakupost.az-istinadən məlumatına görə, hadisə ötən il avqustun 29-da rayonun Qarazəncir kəndində baş verib.
Təqsirləndirilən şəxs anası Züleyxa Babayeva ilə birlikdə qonşuluqda xəstə qızı Sənubər Əsgərova ilə birlikdə yaşayan həmkəndlisi Firuzə Əsgərovanın evlərinə gedib.
Yaşar Bayramov söhbət əsnasında pensiya aldıqları üçün kimsəyə ehtiyacının və pulunu xərcləmək niyyətinin olmamasını deyən Firuzə Əsgərovanın evində nəğd pul ola biləcəyi qənaətinə gəlib. O, qonşusunun evinə girərək oğurluq etmək qərarına gəlib. Bu səbəbdən gecə saatlarında spritli içki içib. Sərxoş vəziyyətdə qonşusunun həyətinə girib. Bu zaman Y. Bayramov F. Əsgərova ilə qarşılaşıb. O, qadının üzərinə hücum çəkib və onu yumruqla bir neçə dəfə vurub. F. Əsgərova aldığı xəsarətlərdən huşunu itirib. Səsə həyətə çıxan Sənubər Əsgərova da onu görüb evə girib. Y.Bayramov ilk öncə Firuzə Əsgərovanın iki əlindən sürüyək evin arxasına gətirib. Özü il götürdüyü bıçaqla qadının boğazını kəsib öldürüb.
Cinayətkar daha sonra mənzilə girərək ruhi xəstə olan Sənubər Əsgərovanın üzərinə hücum çəkib. O, 3 baş yaylığı götürək xəstə qadının boğazına dolayaraq onu boğub.
Ana-balanı öldürdüyündən əmin olan Y. Bayramov S. Əsgərovanın meyitini evin arxasına sürüyərək köhnə tikiliyə aparıb. Hər iki meyiti həmin tikiliyə qoyan təqsirləndirilən şəxs mənzilə daxil olaraq 11 min manat nəğd pul və min manat dəyərində qızıl zinnət əşyalarını götürüb.
Y.Bayramov daha sonra qadını öldürdüyü bıçağı yuyuraq özü ilə götürüb.
Hüquq-mühafizə orqanları tərəfindən Y. Bayramov saxlanılıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə görə Y. Bayramov ömürlük azadlıqdan məhrum edilib.
Hökmlə razılaşmayan təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaq olduğunu, əməlindən peşman olduğunu əsas gətirərək barəsində müddətli cəzanın seçilməsini istəyib.
Şirvan Apellyasiya Məhkəməsində keçirilən prosesdə onun şikayəti təmin edilməyib.
Paylaş:
Müəllif : Yazar
Tarix:21-05-2019, 13:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:21-05-2019, 13:04
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26