Mağarada 13 mülki vətəndaşın meyiti aşkarlandı
Türkiyənin müdafiə naziri Hulusi Akar İraqın şimalında PKK-ya qarşı aparılan və fevralın 10-dan başlayan “Qartal pəncəsi-2” əməliyyatının gedişi ilə bağlı brifinq keçirib.
Müdafiə naziri deyib ki, Türkiyə ilə həmsərhəd Gara bölgəsində, yüksək dağlıq ərazilərdəki PKK mağaralarından birində axtarış zamanı qətlə yetirilmiş 13 mülki şəxsin meyitləri aşkarlanıb. Onlar daha əvvəl PKK tərəfindən qaçırılmış mülki vətəndaşlardır. “Bu şəxslərdən biri kürəyindən, qalanları başlarından güllələnərək şəhid ediliblər. Bununla da PKK-nın alçaq və cani sifəti bir daha üzə çıxıb”,-Hulusi Akar bildirib.
Xüsusi təyinatlı qüvvələrin, F-16 qırıcılarının, “Bayraktar TB2” döyüş pilotsuz təyyarələrinin də iştirak etdiyi xüsusi əməliyyatın gedişini izləmək üçün Hulusi Akar ordu komandanları ilə birlikdə İraqla sərhəd nöqtəsinə gedib. Gün ərzində xüsusi əməliyyatı komanda mərkəzindən izləyən nazir müvafiq təlimatlar verib.
Müdafiə naziri jurnalistlərə bildirib ki, əməliyyatda bu günə qədər 50-dən çox PKK ədəfi hava zərbələri ilə məhv edilib, çoxsaylı terrorçu zərərsizləşdirilib. Türkiyə Silahlı Qüvvələrinin 3 personalı şəhid olub, daha 3 hərbçi yaralanıb. Öldürülən terrorçuların sayı 50-dən çoxdur.
“Əsasən yerli silah və sursatların istifadə oluduğu əməliyyatda terror təşkilatının bölgədəki varlığına ağır zərbə endirilib, Gara bölgəsi nəzarət altına alınıb”,-müdafiə naziri deyib. Akar deyib ki, 13 mülki şəxsin qətlə yetirildiyi mağaradakı PKK-çıların hamısı məhv edilib.
İraqın şimalında PKK mağaralarından birində qətlə yetirilmiş 13 mülki şəxsin meyitlərinin aşkarlanması ilə bağlı Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə başsağlığı verib. Bu barədə nazir özünün tvitterdəki səhifəsində yazıb.
"Xain terror hücumu nəticəsində Türkiyənin 13 vətəndaşının öldürülməsi xəbəri bizi çox kədərləndirdi. Şəhidlərin ailələrinə və qardaş Türkiyə xalqına başsağlığı bildiririk. Dinc insanlara qarşı törədilən terror aktını şiddətlə qınayırıq. Başın sağ olsun, qardaş Türkiyə!", - deyə nazir sosial şəbəkədə yazıb. (Virtualaz.org)
Paylaş:
Müəllif : Fuad
Tarix:14-02-2021, 14:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:14-02-2021, 14:27
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti