“Tibb bacıları kəlbətinlə ətimi qoparırdı” - Erməni əsirliyində olmuş hərbçi
"Sonuncu dəfə Xocavənd istiqamətində döyüşlərə qatılmışdıq. Orada 4 yerdə ermənilər güclü mövqe tutmuşdu. Bütün ağır artilleriya və zirehli texnikalarını həmin yerə yığmışdılar. Biz bütün müdafiəni qıra-qıra irəli gedirdik. Lakin axırıncı mövqedə noyabrın 8-i güclü döyüş oldu. 3 yerimdən - üzümdən, sol böyrəyimdən yaralandım, sol ayağım isə qırıldı. Ayaq üstündə qala bilmədiyim üçün həmin an yıxıldım, dərənin dibinə yuvarlandım. Ermənilər təpənin üstündə, kolluqlarda gizlənmişdilər. Danışıqlarından bizimkilər olmadığını bilirdim. Çalışırdım ki, mənim yerimi bilməsinlər və əsir götürülməyim, beləcə orada gün yarım qaldım".
Bu sözləri Azvision.az -a erməni əsirliyində olmuş kiçik gizir Ömər Ələkbərov deyib. O, yaralı vəziyyətdə döyüş yoldaşlarının yanına qayıtmaq istəyəndə düşmənə əsir düşdüyünü bildirib.
“Bir gün yarımdan sonra şumluq sahəni keçib, öz tərəfimizə irəliləmək istəyirdim. Yolun yarısını getmişdim, amma ayağımın ağrıları məni irəliləməyə qoymadı. Həm də çox qan itirmişdim. Sonra huşumu itirib yıxılmışam. Ayılanda artıq başımın üstündə ermənilər var idi. Mən nə qədər çalışdım ki, onlar məni öldürsünlər, amma etmədilər. Sonradan bildim ki, öz əsirlərini almaq üçün məni sağ tutmağa çalışıblar.
Əsir düşəndən sonra təxminən yarım saatlıq yol getdik, məni bir yerə aparıb, orada işgəncə verdilər. Sorğu-sual edirdilər. İstəyirdilər ki, özlərinə tabe edib, istədiklərini dedizdirsinlər. Böyrəyimə, qaraciyərimə, yarama təpiklə vururdular ki, “bizim dediyimizi denən”. Mən də onların özünə söyürdüm. İstədiklərini almadıqca, yenə də döyürdülər. Sonra gördülər ki, artıq huşumu itirirəm, qanım da axırdı. Baxırdılar ki, bir az da davam etsə, mən əllərində qalacam. Axırda məndən bezdilər. İstədiklərini ala bilmədikləri üçün hirslənirdilər. Daha sonra məni “nasılkada” türmə hücrəsi kimi bir yerə tulladılar. Bir gün burada qalandan sonra Ermənistana apardılar. Orada xəstəxanada ayağımdan gülləni çıxardılar, lakin başqa heç nə etmədilər. Hər gün tibb bacısı gəlib guya yaranın içini təmizləyirdi, gündə bir sümük qırıntısını çıxarıb əziyyət verirdilər. Onu bir dəfəyə edə bilirdilər, lakin 13-14 gün belə çəkdi. Hətta sümüyün əvəzinə içəridə parçalanmış əti də qəsdən çıxarırdı ki, əziyyət olsun. Daha sonra spirti çəkib dəri altına vururdular. Adi sistemi qoşanda bir damarı 15-20 dəfə deşirdilər, guya onu tapa bilmirlər. Ermənidir də, qəsdən belə edirdi, sonra deyirdilər ki, niyə qışqırmırsan. Bir dəfə mən qışqıranda gördüm ki, başıma yığışıb baxırlar. Bildim ki, bunların belə xoşuna gəlir. Bizim əziyyətlərimizdən həzz alırlar. Ondan sonra nə qədər dözülməz ağrılarım olsa da çalışdım ki qışqırmayım”.
Ö.Ələkbərov daha sonr üzündəki qəlpə yarasının yaratdığı fəsadlar və ermənilərin ona növbəti dəfə necə işgəncə vermələrindən danışıb:
“Üzümdəki qəlpə damağımı yaralamışdı. Lakin ona heç bir müdaxilə etməmişdilər. Bir dəfə noyabrın 28-dən 29-a keçən gecə ağzımın içərisində qan açıldı. 3 saat yarım ağrıkəsici vurulmadan, narkoz verilmədən onu əməliyyat etdilər. Ağzımın içərisinə elə tikiş qoymuşdular ki, burada həkimlə görəndə göz yaşlarını saxlaya bilmədilər. Sanki ayaqqabı tikmişdilər. Çığırda-çığırda, damağımda sümüyə iynəni sürtə-sürtə başqa yerləri tikirdilər. Guya həkim damarı tapa bilmir. Sonda huşumu itirənə yaxın damarı tapıb tikiblər. Ona da tikmək deyilərsə əgər. Gözümün biri görmür. Vaxtında əməliyyat olunsaydı, gözüm görərdi. Amma onu etmədikləri üçün göz dibi damarlarım qurumuşdu. Beynəlxalq Qırmızı Xaç Komitəsindən isə yalnız dekabrın əvvəli bir dəfə gəlib maraqlanmışdılar”.
Məni tutub apardıqları yerdə və xəstəxanada olanda yemək vermirdilər. Sonradan xəstəxanada 2-3 gündən bir yemək gətirirdilər, ona da yemək demək olarsa. Hər adamın gətirdiyi yeməyi də yemirdik. Eləsi olurdu ki, gətirib yeməyə məcbur edəndə bilirdik ki, içinə nəsə qatıb ki, bizə əziyyət olsun. Öldürəsi deyildi, lakin bizə gətirdiyi ağrı verəcəkdi. Ermənidə mərhəmət yoxdur, ancaq bizə işgəncə verməyi, bizi incitməyi düşünürdülər, hər etdikləri hərəkətə görə həzz alırdılar”.
Hərbi qulluçumuz Azərbaycana qayıtdığını təyyarədə olarkən rusiya sülhməramlılarından eşitdiyini vurğulayıb.
“Bizim qayıtmağımız barədə heç nə deyilməmişdi. Gözümüzü bağlamışdılar. Bilmirdik hara gedirdik. Yolda tərpənəndə gözüm bir az açılmışdı. Onda hava limanına gəldiyimizi gördüm. Lakin yenə də hara getdiyimizi bilmirdik. Bizi təyyarəyə mindirəndə gördüm ki, erməni əsgərlər düşdü, rus əsgərləri oradadır. Sonra general Muradov gəldi, dedi ki, gözlərimizi açsınlar. Gözümü açdılar, onda dedi ki, siz Azərbaycana gedirsiniz.
Biz orada olanda müharibədən nəsə soruşanda əsəbləşirdilər. Bizə heç nə demirdilər. Qələbə qazandığımızı Bakıya düşəndə tibb bacısından eşitdim.
Bakıda yenidən əməliyyat olundum. Ayağımı gödək etmişdilər, yenidən əməliyyat edib düzəltdilər. Sümüklərim hələ bir-birilərinə çatmır, dəmirlər qoyulub. Üzümü də yenidən əməliyyat etdilər. Gözümün altındakı sümük çökmüşdü, göz alması yerindən qaçmışdı. İki əməliyyatım hələ qalıb. Onlar da zamanla olunacaq”.
Ömər Ermənistanda xəstəxanada olarkən digər əsirlərimizi də gördüyünü qeyd edib.
“Xəstəxanada Yəhyanı, Mobili, Anarı görürdüm. Sonradan bizi təcridanaya aparanda artıq Yəhya yanımda idi. Noyabrın 19-dan dekabrın 14-ə qədər orda qaldıq. Onlara gözümün qarşısında işgəncələr verirdilər. Tibb bacıları kəlbətinlə ətimizi cimdikləyirdilər, yaramızın üstünə qola bağlanan “jqutla” vururdular, spirti çəkib dərimizin altına yeridirdilər. Biz danışa bilmirdik. İmkan tapanda əl işarəsi ilə bir-birimizə bildirirdik ki, qışqırmaq lazım deyil. Onda daha da həzz alıb, işgəncə verirdilər. Ondan sonra bizdən əl çəkdilər ki, bunlar qışqırmır.
Orada olanda bir dəfə mitinq kimi nəsə olduğunu, erməni dilində “ Nikol kaşakanyan” kimi ifadələr işlətdiyini eşidirdim. Amma bilmirdim ki, nə olub. Bir gün səhərdən axşama qədər, noyabrın 10 və 11-i günləri qulağım onların səsindən kar olmuşdu. Biz bilmirdik ki, Paşinyana etiraz edirdilər”.
2015-ci ildən Gəncədə N saylı hərbi hissədə Xüsusi həmlə taborunda kiçik gizir rütbəsində xidmət edən Ö.Ələkbərov döyüşlərə oktyabrın 20-də Füzuli istiqamətindən qoşulub.
“Sentyabrın 27-də müharibə başlayanda vəzifəm döyüşlərə qatılmağa imkan vermirdi. Yeməkxana rəisi idim, lakin sonradan xahiş etdim, vəzifəm dəyişdirildi, qrup komandiri oldum və oktyabrın 20-də Füzuli istiqamətində döyüşlərə qoşuldum. Füzuli, Zəngilanda, Qubadlıda döyüşlərdə olmuşuq. Xeyli sayda ermənini məhv etmişik, hərbi qənimətlər götürmüşük. 6-9 gün olardı döyüşlərə qatılmışdım, artıq mən 2 erməni “URAL”ı götürmüşdüm. Bir maşında erməni silah-sursatı var idi. Üzbəüz döyüşürdük, mən 2 km məsafəni fırlanıb, arxadan onları qənimət götürmüşdüm. Birinin ön şüşəsi qırılmışdı, digərinin isə arxa təkəri partlamışdı.
Döyüş yoldaşlarımızı 3 dəfə mühasirədən çıxarmışam. Birinci dəfə yaralı və şəhidlərimizi çıxarmışdıq. İkinci dəfə 50 nəfər mühasirədə qalmışdı. Yolu tanıdığım üçün onları çıxarmağa kömək etmişdim. Yolu göstərdim və mühasirədən çıxdılar. Üçüncü dəfə 62 nəfəri şəxsi heyətlə gecə gedib, təhlükəsiz yolları göstərib mühasirədən çxıarmışam. Onlar çıxan kimi məndən ermənilərin yerlərini istədilər. İstiqamətlərini verən kimi erməniləri mühasirəyə salıb məhv etmişdilər. Bunlar Xocavəndə yaxın yerlərdə olmuşdu”.
Əsas döyüşlərin gecələr həyata keçirdilyini deyən Ömər qeyd edib ki, düşmən ayılanda artıq onun üçün çox gec olurdu: “Ayılanda görürdü ki, biz artıq onlara yaxınlaşmışıq. Ona görə də silah-sursatını qoyub qaçırdı. Onların öz mərmisini, silahlarını özlərinə sərf edirdik. Əməliyyatları elə keçirdirdik ki, ayılanda artıq çox gec olurdu. Silahın arxasından durub qaçırdılar. Onlar bizimlə üz-üzə döyüşməkdən çəkinirdilər. Bizimlə bacara bilmirdilər. Tankdan atılan silahla bizi vururdular. Füzuli istiqamətində döyüşəndə kəndlərimizi necə xarabalığa çevirdiklərini görüb dəhşətə gəlirdik”.
12 ildən sonra üçəm övladı dünyaya gələn Ömər uşaqlarına Çingiz, Mübariz və Zəhra adlarını qoyub:
“Döyüşə gedərkən ailəmə məlumat verməmişdim. Qələbədən sonra mənim şəhid olduğumu biliblər və hər yerdə nəşimi axtarıblar. Lakin tapa bilməyiblər. Dekabrın əvvəlində əsir düşdüyümü onlara bildiriblər. Cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevə təşəkkür edirəm, bizi qısa zamanda Vətənimizə geri qaytardı. Bu gün öz Vətənəmizdə tarixi Qələbəmizi artıq qeyd edirik”.
Paylaş:
Müəllif : Yazar
Tarix:8-01-2021, 12:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:8-01-2021, 12:47
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Dünən, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
28-11-2024, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
28-11-2024, 10:11