Məşhur klinikada körpənin başına müsibət açdılar – Ananın dedikləri adamı dəhşətə gətirir
MediClub –ın məsuliyyətsizliyi üzündən övladım boğuldu...”
Azərbaycanda son aylar qızılcaya tutulan uşaqların sayında ciddi artım olması artıq heç kimə sirr deyil. Valideynlərin qorxulu kabusuna çevrilən bu xəstəlik uşaqda çox ağırlaşmalar verə bilər.
Övladının qəfildən vəziyyətinin dəyişdiyini, səpdiyini, hərarətinin çox yüksəldiyini görən valideyn ilk olaraq həkim və təcili yardım çağırır.
Hazırda Azərbaycanda dövlət hesabına təcili yardım xidməti olduğu kimi, özəl klinikaların da təcili yardım, hospitəlizə xidməti var. Bir çox valideynlər dövlət təcili yardımı yox, daha modern avadanlıqla, daha yaxşı şəraitli özəl klinikalara güvənib, övladı üçün tibbi xidmətin ən yaxşısını seçmək istəyir və buna da vətəndaş olaraq haqqı var.
Aprelin 26-da oğlu 5 yaşlı Mirabdullayev Alinin bədəninin qəfildən səpdiyini, hərarətinin yüksəldiyini görən anası MediClub klinikasına zəng edərək, təcili yardımı çağırıb.
Hər şey də elə bu klinikanın təcili yardımının gəlməsindən və xəstəyə müdaxiləsindən sonra baş verib. Övladının başına gələnləri Medicina.az-a danışan zərərçəkmişin sözlərini olduğu kimi, ixtisar etmədən dərc edirik:
"Çox təəssüf ki, mən bu məzmunda danışmağa məcbur oldum. Məsələ uşaqlarla, xüsusən öz övladının həyatı ilə bağlı olanda, nəinki sadəcə yazmaq, hətta bütün dünyaya bağırmaq istəyirsən.
Aprelin 26-da 5 yaşlı oğlum qəfildən səpib, hərarəti kəskin qalxanda mən dövlət təcili yardımı yox, şəhərin ən yaxşı, peşəkar komandası ilə tanınan MediClub-a zəng etdim. Çünki hesab edirdim ki, orda avadanlıq, təcili yardım xidməti, həkimlər daha professionaldır.
Təcili yardımın pediatrik komandası gəldi, həkim heç uşağa yaxınlaşıb baxmadan qızılca diaqnozu qoydu. Qan analizi götürdülər, analizin cavabı isə 2 gün sonra çıxacaqdı. Onlar uşağı hospitəlizə etməyib, evdə stasionar açdılar, səbəb kimi klinikada boksların olmamasını göstərdilər. Həkim pediatr Nigar Keberlinskaya qızılca diaqnozu əsasında müalicə təyin etdi. Sonra tibb bacısı uşağa infuziya sistemlər etməyə başladı.
Çıxıb gedəndə söz verdilər ki, uşaqla mütəmadi maraqlanacaqlar. Dedilər ki, ev stasionarı xidməti elə səviyyədədir ki, uşaq klinikada qaldı, ya evdə heç fərqi olmayacaq. Mən də təbii ki, buna inandım.
Bir müddət sonra uşağın vəziyyəti dəyişəndə nə qədər zəng etsəm də, həkim cavab vermədi, klinikaya zəng edəndə isə dedilər ki, həkim növbədən gedib, ona görə telefonlara cavab verməli deyil. Bu necə olur, axı müayinə etdiyi, cavabdeh olduğu uşaqla bağlı növbə bitdi deyə maraqlanmayacaq?
Uşağa infeksionist gəlib baxmalıydı, bunu da özləri demişdi. Saatlarla gözlədim, klinikadan xəbər çıxmadı. Mən özüm yığdım, tələb etdim, həmin gün infeksionist gəldi. Camaləddinov soyadlı həkimi klinika bizə professor kimi təqdim etmişdi. Sən demə, o professor yox, tibb universitetinin assistendi imış.
Elə o həkimin yanında uşaq ağır nəfəs almağa boğulmağa başladı. Həkimdən soruşanda ki, tənəffüs niyə belədir, nə baş verir, cavabı bu oldu ki, "belə olmalıdır, narahat olmayın” və müayinə edib getdi.
Gecə olanda, uşağı yatırtmaq istədim, amma uşaq boğulmağa başladı. Sanki balıq kimi nəfəs alırdı, sinəsi qalxıb enirdi. Mən təşviş içində MediClub-a zəng etdim ki, uşaq boğulur, tez gəlin, mənə dedilər ki, təcili yardımın gəlməsi üçün yenidən çağırış edib, 173 manat ödəyin.
Baxmayaraq ki, onlar ev stasionarında uşağı xəstəxananın xəstəsi kimi müalicəyə alıblar, bunun üçün 800 manat depozit aldılar və əlavə hər dəfə gələndə 173 man ödəyəcəyimizi deməmişdilər.
Övladımı gözümə alıb, mübahisə etmədim və razılaşdım. Təcili yardım gələndə uşaq artıq nəfəs ala bilmirdi. Həkim uşağın ciyərlərini dinləyib, pnevmoniya diaqnozu qoydu və təcili hospitalizasiya təyin etdi. Bizə dedilər ki, bu halda biz kömək edə bilmərik, dövlət xəstəxanasına aparaq.
Bu necə olur ki, bahalı, təmin olunmuş, evdə stasionar açan bir klinika tənəffüsü çətinləşmiş uşağa yardım edə bilmir və ya qəbul etmir, elementar inhalyasiya nebulayzerindən belə istifadə etmədilər.
Mən uşağımı qucağıma aldım, təcili yardımla 1 saylı Uşaq yoluxucu xəstəliklər xəstəxanasına getdik. Təcili yardımda uşaq demək olar, huşsuz, boğulmuş vəziyyətdə idi. Maşında ona oksigen verdilər.
Bizi orda Elmira xanım Pirəliyeva qəbul etdi, uşağın ağciyərlərini yoxladı, elə MediClub-un həkiminə dedi ki, uşaqda 2-ci dərəcəli tənəffüs çatışmazlığıdır, diaqnoz isə inağdır, pnevmoniya yox. Hətta onların özünü qınadı ki, niyə əvvəlki boğulmada, hələ I dərəcədə uşağı gətirmədiz, gecəyarı ağırlaşıb 2-ci dərəcəyə çatdırıb gətirmisiz. Nəyi gözləyirdiz, saturasiya (qanda oksigen) bu qədər aşağı düşüb. Onlar heç nə deməyərək, başlarını bulayıb, çıxıb getdilər və inanın, o klinikadan sonra bir adam zəng etmədi ki, evində stasionar xidmət açdığımız xəstə necə oldu?
Düzü, dövlət xəstəxanasının MediClub kimi avadanlıq və təminatının olmadığını düşündüyümdən, uşağı vəziyyətdən çıxaracaqlarına hələ də inanmırdım. Amma Allaha şükür ki, Elmira xanım kimi virtuoz həkimlərin təcrübəsi sayəsində 2 saat ərzində uşağın tənəffüsü, saturasiyası düzəldi, sakitləşdi və yatdı. Səhəri artıq oksigen maskasız nəfəs alırdı, inhalyasiyaya da ehtiyac qalmadı.
O xəstəxanada balamı xilas edən Elmira Pirəliyeva, Zaur Məmmədov kimi həkimlərimizi tanımağıma sevindim. Bir ana kimi onların qarşısında baş əyirəm.
Başıma gələnləri danışmaqda məqsədim odur ki, digər valideynlər mənim acı təcrübəmdən dərs götürsünlər, mənim səhvimi etməsinlər.
Mən bu barədə ətrafıma danışanda MediClub klinikasının məhz pediatrik şöbəsi və təcili yardımından bir neçə adamın da narazılığını eşitdim. Sən demə, hər şey reklam, piar imiş, vəd edilənlər yalan, o həkimlər isə işinin məsuliyyətini anlamayan, insan həyatı ilə oynayan varlıqlardır.
Sonradan Mediclub-un götürdüyü analizlərə baxıram ki, qızılcaya aid bir şey yoxdur. Deyirəm niyə belə, deyirlər, səpkilərdən 3-4gün sonra analiz göstərir. Əgər belədirsə, onda uşağı dəlik-deşik edib niyə qan götürürsüz, nə verdi bu analiz sizə?
Dövlət xəstəxanasında bildim ki, elə birinci dəfə vurulan infuziyadan sonra uşaqda ağırlaşma gedib, tənəffüs yolları şişib. Həmin vaxt yardım olunmadığından, uşaqda boğulma 2-ci dərəcəyə keçib.
Hesab edirəm ki, MediClub uşaqlarla, körpələrlə məşğul olmamalıdır. Böyük pasiyentlərlə deyə bilmirəm, ola bilər, yaxşı həkimləri var. Amma körpələrə toxunmasınlar. Onlar pediatrik xidmət lisenziyasına layiq deyillər. Bu həkimlər hələ attestasiyadan keçməli, imtahan verməli, təkmilləşməlidirlər. Uşağa baxmadan diaqnoz qoyan pediatrlar isə ümumiyyətlə xalatı çıxarsınlar”.
Məsələ ilə bağlı MediClub-un açıqlama almaq mümkün olmadı. Onların fikirlərini yayınlamağa hazırıq
Paylaş:
Müəllif : Yazar
Tarix:7-05-2019, 17:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:7-05-2019, 17:09
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11