Salyanda məscidə yenə oğru girdi - SON 2 AYDA 3-CÜ DƏFƏ
Salyan rayonundakı Dayıkənd kənd məscidinə oğru girib.
Gecəyarısı oğurluğa girən, üzünü şalla bağlamış şəxs məsciddəki nəzir qutularının qıfılını qıraraq orada olan, hələlik məbləği bilinməyən pulu götürüb. Sonra məscidin içərisində quraşdırılmış iki ədəd nəzarət kamerasını görərək onları sındırıb. Lakin kameraların yaddaş kartlarını götürmədiyindən görüntüləri orada qalıb.
Qeyd edək ki, bu, son iki ayda həmin məsciddə eyni üsullla törədilən 3-cü oğurluq hadisəsi olduğundan az əvvəl məscidə nəzarət kameraları quraşdırılıb. Kənd sakinlərinin dediklərinə görə, əvvəlki iki oğurluq hadisəsi zamanı oğurluğa girən şəxs hətta məscidin mətbəxində quraşdırılmış qaz sobasını açıq vəziyyətə gətirərək gedibmiş. Hazırda kameraların yaddaş kartlarından götürülən videogörüntülər əsasında oğurluğu törətməkdə şübhəli bilinən şəxsin müəyyən edilərək saxlanıldığı deyilir.
Faktla bağlı araşdırma aparılır.
Paylaş:
Müəllif : Redaktor
Tarix:3-05-2019, 11:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:3-05-2019, 11:39
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti