Lənkəran, Cəlilabad və Yardımlı rayonlarında da torpaq sürüşdü - Araşdırma aparılır
“Astara rayonun Kijəbə qəsəbəsi, Siyaku, Asxanakəran, Təngərüt kəndlərinin icra nümayəndəliklərindən sürüşmə ilə bağlı bizə müraciət daxil olub. Mütəxəssislərimiz hazırda bu 4 qəsəbə və kəndin ərazilərində araşdırma aparırlar”.
regionxeberlericom.az bildirir ki, bu barədə ONA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Şahmirzə Səfərov məlumat verib.
O bildirib ki, araşdırma zamanı əraziyə dəymiş ziyanlar və sürüşmə sahələrini konturları müəyyənləşdiriləcək. Hazırda bu ərazilərdə tədqiqatlar tam sona çatmayıb.
Xidmət rəisi bildirib ki, yeni yaranan sürüşmə zonaları yoxdur, bu ərazilər daimi qeydiyyatda olan ərazilərdir: “Sadəcə, mövcud sürüşmə zonalarının konturları dəyişib, yağışlara görə sərhədlər genişlənib”.
Ş.Səfərov deyib ki, Lerik rayonu və Yardımlı rayon ərazisində də aktiv sürüşmə zonaları var: “Cənub bölgəsindən 7 məntəqədən bizə məlumat daxil olub və işçi qrupu tərəfindən araşdırmalar aparmışıq”.
Xatırladaq ki, cənub bölgəsində yağan aramsız yağışlar Astara ilə yanaşı, Lənkəran, Cəlilabad və Yardımlı rayonlarında da torpaq sürüşmələrinə səbəb olub.
Paylaş:
Müəllif : Yazar
Tarix:26-04-2019, 15:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-04-2019, 15:45
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti