“GƏMİNİN TAVANI ÇÖKDÜ, YAXINLIQDA BİR NƏFƏR ÖLDÜ...” - Beyrutda "Palmali"nin gəmisi də zərər görüb
Beyrutda ötən gün axşam saatlarında baş vermiş dəhşətli partlayış nəticəsində şəhər limanında yan almış gəmilərə də ziyan dəyib.
regionxeberlericom.az Virtualaz.org-a istinadən xəbər verir ki, partlayış zamanı limanda hazırda Türkiyədə həbsdə olan azərbaycanlı biznesmen Mübariz Mənsimovun “Palmali” şirkətinə məxsus “Kapitan Nağdəliyev” gəmisi də olub. Partlayış nəticəsində gəmiyə zərər dəyib, amma heyət üzvləri xəsarət almayıb. Heyətin tərkibi 2 Rusiya və 10 Azərbaycan vətəndaşından ibarətdir.
Gəmi kapitanın köməkçisi Dmitri Qudkovski baş verən hadisə haqda “Danışır Moskva” radiosuna açıqlama verib. O deyib ki, partlayış dalğası nəticəsində gəminin tavanı çöküb. Heyət üzvləri içəridə gizlənə bilib, amma qonşuluqda lövbər salmış gəmilərdə bir neçə nəfər həlak olub.
“Partlayış nəticəsində bizdə gəmini limana bağlayan bütün kəndirlər qırıldı. Dərhal maşınları işə saldıq, yenidən lövbərlədik. Gəminin yanında bir nəfər həlak oldu. Daha sonra hamımızı liman körpüsünə çıxardılar. Haradasa saat 22 radələrində göyərtəyə qalxdıq. İndi biz artıq gəmini təmizləmişik, dünən isə göyərtədə qalın qum qatı vardı. Partlayışdan sonra körpücüyə qalxdıq, hətta Günəşi görmək olmurdu”,-kapitan köməkçisi deyib.
“Kapitan Nağdəliyev” tankeri Beyrut limanında bir neçə aydır qalıb. Gəmiyə həbs qoyulub, dənizçilər evlərinə dönə bilmir. Onlar aylardır əmək haqqı da almır.
Paylaş:
Müəllif : Yazar
Tarix:5-08-2020, 17:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:5-08-2020, 17:42
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11