Azərbaycanlı tələbə qızlardan müqavimət: - İntihar çıxış yolu deyil!
Bugünlərdə yayılan, üçüncü kurs tələbəsi Günel Nağdıyevanın intihar xəbəri hər kəsdə məyusluq doğurdu. Məlumatda deyilir ki, 21 yaşlı gənc qızın intihar səbəbi ailəsi tərəfindən istəmədiyi adamla evlənməyə məcbur edilməsi olub. Yetkinlik yaşına çatmış təhsilli bir xanımın üzləşdiyi problem qarşısında bu yolu seçməsi məyusedici olduğu qədər də suallar doğurur, hər kəsi düşünməyə vadar edir.
AYNA universitet tələbəsi olan qızlar arasında sorğu keçirib. Respondentlərə “Ailəniz sizi istəmədiyiniz adamla evləndirməyə məcbur etsə, özünüzdə buna müqavimət göstərəcək güc görürsünüzmü? Düşünmüsünüzmü, bu halda necə davranardınız, hara, kimə sığınardınız? İntihara alternativ olaraq nə edərdiniz?” sualları ilə müraciət edib. Beləliklə:
Esmira Cənnətova (3-cü kurs tələbəsi): “Məcburiyyət olsa, dəfələrlə danışmağa, izah etməyə cəhd edərdim ki, bu, doğru deyil. Yox, əgər fikirlərindən əl çəkməsələr, yəqin ki, evdə qaçardım, ya da özümü otağa qapadar, yemək yeməzdim və bu cür yollarla etirazımı bildirərdim. İndi siz sual verincə, düşündüm, həqiqətən də insan belə vəziyyətdə nə edə bilər, etməlidir? Özüm dəfələrlə şahidi olmuşam ki, ailə ilə birgə qohumlar da qıza təzyiq göstərirlər. Qız evdən qaçarsa, yerin dibində də olsa, onu tapar, döyər, hətta öldürərlər də. Nəticədə, qız başqa bir zorakılıqla qarşılaşmış olar”.
Aycan Məmmədzadə (3-cü kurs tələbsi): “Düşünürəm ki, ailəm mənə evlənmək üçün kimisə tövsiyə edə bilər, çünki buna haqları çatır. Lakin həmin şəxslə xoşbəxt ola bilməyəcəyimi düşünsəm, imtina edərəm. Bu can, ruh mənimdir. İstəmədiyim birisi ilə əsla evlənmərəm. Buna təhrik edilmək təcavüzə yol açır və sonradan yaranan problemlərdə də günahkar elə onlar olur. İntiharı çıxış yolu kimi görmürəm, amma bu çətin vəziyyətlə də üz-üzə qalmadığımdan qəti fikir deməkdə çətinlik çəkirəm. Bəlkə də insan məcbur qalanda tək yol bu görünür, psixoloji zəiflik buna vadar edir. Heç kəs istəməz ki, 18-ci mərtəbədən özünü atsın. Bunu edirsə, deməli, vadar edən günahkarlar var”.
Gülər Seymurqızı (3-cü kurs tələbəsi): “Belə bir hal yaşansa, özümdə buna müqavimət göstərəcək güc görürəm. Valideynlərimlə danışar, çəkdiyim əziyyəti, özlərinin verdiyi əməyi yadlarına salardım. Təhsilim mənim üçün böyük uğurdur. Yox, əgər bu yol alınmasa, intihara alternativ olaraq nə edəcəyimi bilmirəm. Düşünürəm ki, bu, çox çətin stiuasiyadır. O vəziyyəti yaşamadan “belə yox, elə edərəm” demək çətindir”.
Zeynəb Əsədova (3-cü kurs tələbsi): “Əvvəla, düşünürəm ki, ailəm kimi məsləhət bilsə, onunla evlənərəm. Ailən səni səndən daha çox sevir, düşünür. Sevgi bir yerə qədərdir, sonra tükənir. Heç vaxt da intihara əl atmaram. Özüm həmin ailə ilə danışardım, əgər dünya görüşümüz fərqlidirsə, bunu öz ailəmə də sübut edər və geri çəkilərdim. Çıxılmaz vəziyyətdə yəqin ki, qohumlara, bibimgilə gedərdim”.
Gülçin Cəmil (3-cü kurs tələbəsi): “Bu vəziyyəti yaşamadan fikir yürütmək çətindir. Qızını zorla ərə verən valideyn heç kəsin fikrini dinləyən və qəbul edən deyil. Buna görə bilmirəm, bu vəziyyətdə intihara alternativ olaraq nə etmək olar”.
Şirin Cəfərova (2-ci kurs tələbəsi): “Heç vaxt intihar etməzdim. Onlar məni düşünmədiyi kimi, mən də onları düşünməzdim, oğlan evinin yanında utandırardım. Evi tərk edər, kirayədə qalardım. İndi iş tapmaq elə də çətin deyil. Özümdə müqavimət göstərmək üçün yetəri qədər güc görürəm. Harasa, kiməsə sığınmağı düşünməzdim, həmişə özümə güvənmişəm. Təkbaşıma bacarardım”.
Vüsalə Babaşova (1-ci kurs tələbəsi): “Bacardığım qədər müqavimət göstərərdim. Evdən qaçardım, əgər bu üsulla alınmasa, polisə şikayət edərdim. Bu da faydasız olsa, canıma qıymaqla təhdid edərdim, amma intihar etməzdim”.
Elyanə Ələkbərova (2-ci kurs tələbəsi): “Bunu iki cür cavablandırmaq olar. Əgər rayon qızıyamsa, qapalı mühitdə böyümüşəmsə, yəqin ki, etiraz etməyə cəsarətim çatmazdı, qorxardım. Həm də düşünərdim ki, valideynlərim məsləhət bilibsə, pis olmaz. İndiki vəziyyətdə isə, özümdə etiraz etməyə, müqavimət göstərməyə güc görürəm. Lakin ana-atama bunu deməyə utanar, qorxaram. Vəziyyət ciddiləşsə, ilk olaraq anamla danışaram, o, məni anlamasa, qorxuma qalib gəlib atamla da danışaram. Bunlar da çarə olmasa, ya həmin adamla evlənməliyəm, ya da ölməliyəm. İnsan özünü əziyyətə salmaq istəmədiyindən yəqin ki, ən rahat yol ölümdür”.
Lətifə Həsənova (3-cü kurs tələbəsi): “Özümdə müqavimət göstərmək üçün güc görmürəm. Çünki anam-atam da məni pis adama verməz, deyə düşünürəm. Yəqin, buna görə də bu güc məndə formalaşmayıb”.
Xədicə Əlizadə (3-cü kurs tələbəsi): “Məncə, valideyndən yox, qızın özündən çox şey asılıdır. Uşaqlıqdan “sən qızsan...” ilə başlayan, haqqını tapdayan fikirlərə susmamalısan. Susmağın nəticəsidir ki, sabah kiminlə evlənəcəyinə də qarışırlar. Ailəm indiyəcən mənə evlilik haqda nəsə deməyib, həmişə oxumağıma, təhsilimə diqqət göstərirlər. Sabah kiməsə möhtac olmamağım üçün nəsihət edirlər. Mənə elə gəlir, bu cür hallar qızların özlərini valideynlərinə uşaqlıqdan çox əzdirməyinin nəticəsində olur. Çıxış yolunu intiharda görmək düzgün deyil. Düşünürəm ki, valideynlərin də olsa, sənin haqqını tapdalayırlarsa, polisə şikayət edə bilərsən”.
Xədicə Vəlizadə (4-cü kurs tələbəsi): “Məcbur heç nə edə bilməzlər. Buna etiraz etmək üçün özümdə kifayət qədər güc görürəm. Ən pis halda polisə şikayət edərəm”.
Zeynəb Allahquliyeva (2-ci kurs tələbəsi): “Ailəm bu seçimi öz öhdəmə verib. Əgər məcburiyyət olsa, özümdə etiraz edəcək qədər güc görürəm. İntihar acizlik əlamətidir, çıxış yolu ola bilməz”.
Fidan Məmmədli (3-cü kurs tələbəsi): “Bizim ailədə belə bir ehtimal olmadığından, indiyədək heç bu haqda düşünməmişəm. Əgər, belə bir şey olsaydı da, yəqin ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, polisə sığınardım. Hər halda özümdə müqavimət göstərəcək qədər güc hiss edirəm”.
Paylaş:
Müəllif : Yazar
Tarix:10-06-2020, 09:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-06-2020, 09:19
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01