İranda erməni bayrağı yandıran azərbaycanlını bu günə saldılar - FOTO
İranda rejimin asayiş keşikçiləri Ermənistan bayrağını yandırdığı üçün azərbaycanlı gənci küçənin ortasında şallaqlayıblar.
Bu barədə foto sosial şəbəkələrdə yayılıb.
Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyanın bu ilin fevral ayında Tehrana səfəri zamanı yerli erməni icması ilə görüşüb. Orada ""Artsax”-Ermənistandır, vəssalam” sözləri yazılmış plakatın önündə şelfi çəkib. Buna cavab olaraq Təbrizin "Traxtur” futbol komandasının oyunu zamanı on minlərlə azərbaycanlı stadiona yığışıb, "Qarabağ bizimdir, bizim olacaq!” şüarları səsləndirib. Habelə Azərbaycan bayrağı qaldırıblar və Ermənistan bayrağını yandırıblar.
İran polisi azərbaycanlı gənclərə müdaxilə edib, onlardan 30-a yaxını saxlanılıb. Saxlanılanlar arasında erməni bayrağını yandıran Eshan adlı gənc də olub. Onu şallaqlama cəzasına məhkum ediblər. Bu günlərdə cəza icra edilib. Və Ermənistan mətbuatı bu haqda yazıb. Sosial şəbəkələrdə yayılan fotoya əsasən cəlladlar kütlənin gözü qarşısında gənci xüsusi dəzgaha uzadıb şallaqla döyürlər, zərbələrdən onun kürəyi büsbütün qançır olub. (Virtualaz.org)
Paylaş:
Müəllif : Yazar
Tarix:18-04-2019, 16:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:18-04-2019, 16:55
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti