İki qardaşın üzərinə benzin tökərək yandırıblar - Ağcabədidə OLAY
Ağcabədidə iki qardaşın üzərinə benzin tökərək yandırıblar.
APA-nın məlumatına görə, hadisə rayonun Boyat kəndində qeydə alınıb. Kənd sakinləri Ehtiram Əliyev və Yaşar Əliyev yanıq xəsarətləri ilə Ağcabədi rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Araşdırmalar zamanı məlum olub ki, kənd sakini Amil Əmrahov münaqişə zəminində E. Əliyev və Y. Əliyevin üzərilərinə benzin tökərək onları yandırıb.
İlkin məlumata görə, E. Əliyev və Y. Əliyev A. Əmrahov və onun qardaşı Aftandil Əmrahova telefonda nəlayiq ifadələr işlədiblər.
Daha sonra onlar kəndin kənarında görüşüblər. Bu zaman Amil Əmrahov idarə etdiyi avtomobildən benzin götürərək E. Əliyev və Y. Əliyev üstünə töküb, daha sonra alışqanla onları yandırıb.
E. Əliyev və Y. Əliyev qardaşları Ağcabədi rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, daha sonra isə Bakıdakı Yanıq Mərkəzinə köçürülüblər.
Hadisə zamanı Amil Əmrahov özü də yanıq xəsarətləri alıb, Aftandil Əmrahov şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:6-04-2020, 10:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:6-04-2020, 10:35
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti